Axtarış: 
Belçikanın paytaxtı Brüssel şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
+  -  Çap 
Yerləşdirilib: 25.02.18 | Baxılıb: 1317
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Fevralın 24-də Belçikanın paytaxtı Brüssel şəhərində Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türk Media Birliyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

QHT.az xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Avropada Xocalı həftəsi" layihəsi çərçivəsində keçirilən tədbirə bu ölkəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayilov və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Belçika Türk Media Birliyinin başqanı Hüseyn Dönməz Azərbaycanın tarixi torpaqları olan Qarabağın işğalını gerçəkləşdirmək üçün ermənilərin uzun illər bunu planlaşdırdıqlarını qeyd edərək, bildirdi ki, onlar türklərə qarşı soyqırımlar törətməkdən heç vaxt çəkinməyiblər, öz məkirli planlarını daima həyata keçiriblər. "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində insanlığa sığmayan qətliamları da onların türk irqinə olan nifrəti, kini olmuşdur. Onlar bu qətliamları törətməklə dinc əhali arasında qorxu yaratmış, daha sonra tarixi Azərbaycan torpaqlarını işğal etmişlər".

Prezident Adminstrasiyasının sektor müdiri Qafar Əliyev Xocalıda yaşanan vəhşətləri anladaraq, qeyd etdi ki, ermənilər keçən əsrdə dəfələrlə Azərbaycan xalqına qarşı soyqırımlar törədiblər." lakin bizim xalq hər zaman bu qəddarlıqları onlara bağışlayıb, unudublar. Xocalıda baş verənləri isə əsla unutmaq olmaz. Bu bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir".

Belçika-Azərbaycan Dostluq Cəmiyyətnin sədri Ayhan Dəmirçi Xocalıda baş verən ağlasığmaz qətliamların beynəlxalq aləmdə soyqırım kimi tanıdılması üçün çalışdıqlarını bildirərək, bu istiqamətdə bütün diaspor təşkilatlarının bir araya gəlmələrinin vacib olduğunu bildirib.

ATXƏM-in sədri İlham İsmayılov çıxışında bildirdi ki, ermənilərin əsl hədəfləri özlərinin uydurduğu dənizdən-dənizə böyük Ermənistan xülyasına inanmalarıdır.Onlar bu xəstə təxyüllərini gerçəkləşdirmək üçün hər cür qəddar addım atırlar. Bu gün erməniləri bağışlasaq belə onlar gələcəkdə yenə də bu cür addımları atacaqlar. Çünki onlar zəhərli bir ideologiya ilə qidalanırlar və bu ideologiya regionda hər zaman barış və sülhə qarşı olacaq.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi

VIDEO
Əsla unutmarıq...unutdurmarıq... - 24 fevral 2017
 
İctimai təşkilat Türkiyəyə yardımda nümunə göstərir  - 08 fev 2023
 
ATXƏM sədri yardım üçün Türkiyə səfirinə müraciət etdi - 06 fev 2023
 
Azərbaycanda 20 Yanvar faciəsi ilə bağlı salınan ilk Şəhidlər Xiyabanı  - 26 Yanvar 2023
 
 Ãëàâíàÿ öåëü - Îòå÷åñòâî! - 06.01.2023
 
“Birmənalı şəkildə biz də sona qədər getməliyik”— ATXƏM sədri - 16 dek 2022
 
 
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« İyun.2023
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Gecə: +19.. +21aydn yağmursuz
Səhər: +22.. +24dumanlı yağmursuz
Gündüz: +23.. +25aydn yağmursuz
Axşam: +21.. +23aydn yağmursuz
Atm. təziyi: 760 ìì
Rütübət: 61 %


free counters

© 2023 www.atxem.az
Powered by Danneo