Axtarış: 
Azərbaycanın yeni Avropa siyasəti – 3 mühüm yol
+  -  Çap 
Yerləşdirilib: 30.04.18 | Baxılıb: 1535
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


2016-cı ildə Dünya azərbaycanlılarının IV qurultayında Azərbaycan diasporunun qarşısında duran vəzifələrə yenidən baxıldı, erməni lobbisinə və xaricdə Azərbaycana qarşı olan qüvvələrə effektiv əks-hücumun təşkil olunması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təlimatlar da verildi.

İki il əvvəl verilmiş bu təlimatlarda ölkə başçısı əsasən xarici media orqanlarında Azərbaycana qarşı qarayaxma kampaniyalarının təşkil olunduğunu bildirir, bu əsassız ittihamlara qarşı diaspor təşkilatlarının görməli olduğu əsas vəzifələri də xatırladırdı.

Bu həmin vaxtlar idi ki, Avropada mühacir olan “sapı özümüzdən olan baltalar” Azərbaycana qarşı antitəbliğatın içərisində yenicə yer almağa başlamışdılar. Xüsusilə, ölkə başçısı Azərbaycan və türk xalqlarının diaspor təşkilatlarının xarici media orqanları ilə təmas qurmalarını, qarşılıqlı faydalı əməkdaşlıq etmələrini, bu media oqranlarında türk dünyasına qarşı qərəzli hücumları neytrallaşdırmağı, onlarla əlaqələrin gücləndirilməsinə diqqət ayrılmasını vacib sayırdı.

Bu həmin vaxtlar idi ki, ayrı-ayrı ölkələrin mətbu orqanlarında Azərbaycana qarşı müəyyən təxribat xarakterli yazılar dərc olunurdu, ölkəmizə qarşı şər-böhtan atılırdı. Lakin təəssüf ki, ötən iki il ərzində ölkəmizə qarşı olan qərəz, xarici mediada qarayaxmalar azalmaq bilmir, əksinə, vaxtaşırı bu cür hücumlarla üz-üzə qalırıq. Bununla bağlı iki il əvvəl Diasporla iş üzrə Dövlət Komitəsinə verdiyimiz layihəyə təəssüf ki, cavab verilmədi.

Məlumdur ki, Azərbaycan diasporunun ən təsirli hissəsinin fəaliyyət dairəsi Avropa ölkələrində cəmlənib. Avropa Birliyi ölkələri ilə Azərbaycanın əlaqələrini nəzərə alsaq, bu ölkələrdə milli maraqlarımızın yüksək səviyyədə təmin olunmasına da ehtiyac var. Avropa Birliyi ölkələri həm də erməni lobbisinin və diaspor təşkilatlarının ən güclü olduğu bir coğrafi məkandır. Odur ki, bu gücə qarşı mübarizədə Azərbaycan diaspor təşkilatlarının, diplomatik korpuslarımızın fəaliyyəti ilə yanaşı, üç başlıca güc mənbəyindən istifadə edilməlidir;

- Avropada fəaliyyət göstərən bütün türk xalqlarının diaspor və lobbi təşkilatları ilə ortaq əlaqə;

- Avropa Birliyi ölkələrində fəaliyyət göstərən xarici media qurumları ilə əlaqə;

- Avropada fəaliyyət göstərən Türkcə Media Qurumları ilə əlaqə.

Diaspor Komitəsinə təqdim etdiyimiz layihənin də iki mərhələdə həyata keçirilməsi planlaşdırılırdı. Birinci mərhələdə Avropa ölkələrində fəaliyyət göstərən diaspor və türkcə media orqanlarının iştirakı ilə Ümumavropa Türkcə Media Platformunun yaradılması nəzərdə tutulurdu. Bu Platformun Azərbaycan media orqanları ilə əməkdaşlıq şəraitində fəaliyyəti Azərbaycan həqiqətlərinin Avropada təbliği istiqamətində yeni bir mərhələ ola bilərdi. Çünki Avropa məkanında türk xalqlarına aid olan 147 media fəaliyyət göstərir ki, bu media orqanlarının yerli təsir imkanları heç də ümidsizlik vəd etmir.

“Avropada Diaspor və Media lobbiçiliyi; Ümumavropa Türkcə Media Platformunun yaradılması” layihəsinin əsas məqsədi də Avropanın aparıcı dövlətlərində fəaliyyət göstərən media qurumları, ictimai təşkilatlarla əlaqələri dərinləşdirmək, sistem halında onların arasında konsalidasiya rolunu gücləndirməkdən ibarət idi. Təbii ki, Avropada fəaliyyət göstərən bir çox diaspor təşkilatı ilə qarşılıqlı əlaqələrimizin mövcudluğu, onlarla ortaq layihələri gerçəkləşdirməyimiz nəticəsində əldə etdiyimiz təcrübədən də yararlanaraq qeyd edə bilərik ki, xarici media ilə əlaqələrə önəm vermək üçün öncədən bir sıra addımlar atılmalıdır. Bu addımlardan biri kimi aparıcı Avropa ölkələrində olan Türkcə Media Qurumlarının bir araya gətirilməsi, onların arasında əlaqələrin qurulmasıdır. Məsələn, məlumat üçün bildirim ki, təkcə Avropanın siyasi mərkəzi olan Brüsseldə 21 türk media qurumu fəaliyyət göstərir ki, onlar da vahid Belçika Türkcə Media Platforumunda birləşiblər. Eyni qaydada Avropanın digər qabaqcıl ölkələrində - Hollandiya, Almaniya, Fransa, İsveç, Norveç, İtaliya, İngiltərə və s. olan türkcə media orqanları arasında əlaqələrin qurulması və onların Ümumavropa Türkcə Media Platformunda mərkəzləşdirilməsi onların açıq bir güc mərkəzi halında lobbi fəaliyyəti göstərməsini təmin edə bilər. Əslində, düşünülən layihənin də məqsədi bu idi; Avropadakı media qurumları ilə bu məsələləri müzakirə etmək, onlar arasındakı birliyin yaradılmasına çalışmaq, hər halda bu, ilk cəhd ola bilərdi.

Təbii ki, belə bir platformun yaranacağı təqdirdə Azərbaycanın 25 ildən artıq bir vaxtda məcburən üzləşdiyi Dağlıq Qarabağ probleminin səbəb və nəticələri haqda Avropa media qurumlarında, beynəlxalq mətbuat orqanlarında, xüsusən Avropa İttifaqı üzvü olan dövlətlərin ictimai və media qurumlarında dolğun məlumat formalaşacaq, bu münaqişənin tənzimlənməsində və ədalətli həllində onların Azərbaycanın maraqlarını müdafiə etməsində təmsil etdikləri ölkələrin rəsmi qurumlarına təsir imkanları artacaq. Eyni zamanda, Azərbaycanın inkişafı, vətəndaş cəmiyyəti quruculuğu prosesləri, ölkəmizin demokratikləşməsi məsələləri Avropa dövlətlərinin universitetlərində təhsil alan tələbələrin, siyasi partiyaların, Avropada fəaliyyət göstərən ayrı-ayrı dövlətlərin diplomatik korpuslarının, kütləvi informasiya vasitələri əməkdaşlarının da faydalanacağı şəksizdir. Bu platformun yaranması həm də Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinin sürətlənməsini təmin edə biləcək müvafiq məlumatların bütün Avropa cəmiyyətləri və aparıcı media orqanlarının əlçatarlıq əmsalını artıra biləcək, erməni diasporunun yalanlarına qarşı müştərək vahid təbliğat mexanizminin qurulması baxımından da olduqca vacibdir.

Ümid edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri və onun komandası bu layihələrin dəstəklənməsində maraqlı olacaqlar. Çünki artıq yeni mərhələdə ciddi lobbiçilik fəaliyyətinə ehtiyacımız var.

İlqar İlkin

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi,
"Birlik" jurnalının baş redaktoru

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo