Axtarış: 
Türkçülük Günü Salyanda qeyd olundu
+  -  Çap 
Yerləşdirilib: 07.05.18 | Baxılıb: 1843
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) 3 may Türkçülük gününü türkçülüyün banisi, Azərbaycanın ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadənin doğma yurdu olan Salyan rayonunda qeyd edib.

Əsası ATXƏM tərəfindən qoyulmuş və hər il ənənəvi olaraq qeyd olunun bu əlamətdar günlə bağlı dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının rəhbərləri bir araya gəlmişdilər.

Tədbir iştirakçıları öncə Salyan rayonunda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra onlar Əli bəy Hüseynzadənin və istiqlal şairi Xəlil Rza Ulutürkün abidələrini, həmçinin rayonda türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət ediblər.

Toplantını giriş sözü ilə açan ATXƏM sədri İlham İsmayılov "Türkçülük günü"nün mahiyyətindən, yaranma tarixçəsindən söz açıb. Birlik sədri bildirib ki, belə tədbirlərlə bu əlamətdar tarixin anlamının gənclərə çatdırılması, milli şüurun daha da yüksəldilməsinə nail olmaq, vətənpərvərlik ruhunun hər zaman diri tutmaq hədəf seçilir. "Azərbaycan və Türkiyə arasında, eləcə də digər türk xalqları ilə əməkdaşlıq sahəsində son illər çox ciddi, mühüş işlər görülməkdədir. Bu işlər intensivləşməkdədir. Bu əməkdaşlıqların dərinləşdirməsi xalqlarımızın rifahının yüksəlməsinə, eyni tarixi kökə sahib olan insanların yenidən yaxınlaşmasına səbəb olacaqdır", – deyə İ.İsmayılov vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin depuatı Əflatun Amaşov
may ayının bayramlar ayı olduğunu deyib: "Artıq bir neçə ildir ki, 3 may tarixi isə Türkçülük Günü kimi qeyd olunur. Bu gününün qeyd edilməsində ATXƏM-in böyük rolu var. Hesab edirəm ki, belə tədbirlərin təşkili ilə biz türkçülük mirasına sahib çıxmış oluruq. Tədbirin Salyanda – Əli bəy Hüseynzadənin doğma yurdunda təşkili isə xüsusi rəmzi məna daşıyır. Bizlər çalışmalıyıq ki, gələcəkdə bu gün digər türkdilli xalqlar və toplumların paradı kimi özünə yer tutsun", – deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.

Dünya Azərbaycanlılarınin Milli Birliyinin sədri Cavad Derəxti
Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar, Azərbaycanın bu proseslərdəki rolundan danışıb. Bildirib ki, son illər ərzində Türk dünyasının birlik və bərabərliyi yolunda mühüm tədbirlər keçirilib və bu tədbirlər günü-gündən daha da artmaqdadır.

Milli QHT Forumunun İdarə Heyətinin sədr müavini Qorxmaz İbrahimli, şair Əkbər Qoşalı, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli, Azər Həsrət və digəriləri çıxışlarında Türkçülük gününün önəmindən danışıblar. Qeyd edilib ki, tarixi keçmişimizin öyrənilməsi, tariximizdəki qəhramanlıq səlnamələrinin gələcək nəsillərə çatdırılması üçün belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti vardır.

Daha sonra Türkçülük Günü tədbiri konsert proqramı ilə davam edib.

VIDEO
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir - 17.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Axşam: +5.. +7dumanlı yağmursuz
Gecə: +4.. +6dəyişkən buludlu yağmursuz
Səhər: +5.. +7dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Atm. təziyi: 755 μμ
Rütübət: 73 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo