Axtarış: 
Türk dünyası bir araya gəldi: 250 min insan…
+  -  Çap 
Yerləşdirilib: 14.08.18 | Baxılıb: 1425
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Macarstanda VI Hun-Türk Qurultayı keçirilib

Macarstanda hər iki ildən bir keçirilən Hun-Türk Turan Qurultayı bu il 08-13 avqust tarixlərində yenidən Macarıstanın Kiçik Kumaniya bölgəsinin Bugac şəhəri yaxınlığındakı “Kişkunşaq” milli parkında keçirilib. Əsasən hun və türk xalqlarının ortaq keçmişini, mədəniyyətini və birliyini simgələyən bu Qurultaya Azərbaycan, Türkiyə, Macarıstan, Rusiya, Rumıniya, Bolqarıstan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Çin, Monqolustan, Ukrayna, Cənubi Koreya və digər dövlətlərdən olmaqla 300-ə yaxın qonaq qatılmışdı.

Sayca altıncısı keçirilən bu Qurultay türk xalqlarını birləşdirən çox böyük bir platformdur. Demək olar ki Qurultay keçirilən əraziyə üç gün ərzində bütün dünyadan 250 mindən çox insan qatılır. Qurultay türk dünyası nümayəndələrinin bir araya gətirilməsi və onların milli mədəniyyət nümunələrinin nümayiş etdirilmələri baxımından da olduqca ideal bir məkandır. Bu fürsəti bütün Qurultaylarda dəyərləndirən Azərbaycan heyəti də bu ilki Qurultayda çox fəal iştirak edib, hətta Qurultayın keçirildiyi üç gün boyunca Azərbaycanı yaxından tanıdan stend qurub, geniş təqdimat ediblər.

Xatırladaq ki, Qurultayda ölkəmizi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova, iş qadını Pərvanə Mustafayeva, tanınmış sənətçilərimiz, əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlı təmsil ediblər. Qurultayda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində bir sıra görüşlər də keçiriblər. Azərbaycan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində ilk öncə Macar Turan Fondunun başkanı Andras Biro ilə görüşüblər. Görüş zamanı ATXƏM-lə Macar Turan Fondu arasında əməkdaşlığın inkişaf perspektivləri, Türk dünyasının birlik və bərabərliyinin daha da möhkəmləndirilməsi istiqamətində atılmalı vacib olan addımlar və s. barədə fikir mübadiləsi aparılıb.

Səfir Vilayət Quliyev:
“Biz Macarstanla əməkdaşlığı daha da genişləndirməyi qarşımıza məqsəd qoymuşuq”

Daha sonra Azərbaycan nümayəndə heyəti ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quıliyevlə görüşüblər. Görüşdə Qurultayın təşkili, bu platformda Azərbaycanın necə təmsil olunması kimi məsələlər müzakirə olunub. Nümayəndə heyəti üç gün davam edən belə bir böyük tədbirdə Azərbaycan çadırının qurulmasının vacibliyini səfirin diqqətinə çatdırıblar. Səfir Vilayət Quliyev də bildirib ki, Azərbaycan səfiri olaraq bu Qurultaya ilk dəstək verənlərdən biri məhz Azərbaycan səfiri olmuşdur. “Ona görə də gələcəkdə bu əməkdaşlığı daha da genişləndirmək, öz ölkəmizi bundan da yaxşı təmsil etməyi hər zaman qarşımıza məqsəd qoymuşuq” – deyə, səfir qeyd edib.

Macar Turan Fondunun sədri Andros Biro:
“Bizi bir tarix birləşdirir, əsla kimsə bizim tariximizi, keçmişimizi əlimizdən ala bilməz” Qurultay ənənəvi olaraq Budapeştdə Macarstan Parlamentində türk xalqlarının nümayəndələri ilə keçirilən görüşlə rəsmi olaraq açılır. Bu dəfə də Macar Turan Fondunun sədri Andros Biro Parlamentdə çıxış edərək, bildirdi ki, qədim macarlar hunların birbaşa nəslindəndir və bu, Atillanın nəslindən olan Arpad xanın IX əsrin sonunda məğlubedilməz ordusu ilə bu torpaqlara gəlişi ilə bağlıdır. Buna görə də macarlar öz dövlətçiliklərinin və Arpad kral sülaləsinin başlanğıcını 896-cı ildən hesablayırlar. Macar etnogenezin mühüm mərhələrindən biri Şmali Qafqazın ətəyində, indiki Dağıstan, Çeçenistan, Kabardin-Balkar və Qaraçay-Çərkəz ərazilərini də əhatə etməklə baş verib. Macar tayfa ittifaqının bir hissəsi (savard-madyarlar) Cənubi Qafqaz torpaqlarına köçərək indiki Azərbaycan və Cənubi Azərbaycan (İranın şimal bölgəsi) ərazilərində yerləşib. Andros Biro çıxışında Türk xalqları və əqraba topluluqları arasında əlaqələrin əsaslı bir şəkildə bərpa olunmasının vacibliyinə də diqqət çəkib. O qeyd edib ki, macarlar öz doğma qardaşları ilə bir araya gəlmək, ortaq problemlərini çözmək iqtidarındadır. “Bizi bir tarix birləşdirir, əsla kimsə bizim tariximizi, keçmişimizi əlimizdən ala bilməz. Biz öz əqrabalarımızla birgə yenidən eyni ruhu, eyni gələcəyi yaşamaq istəyirik”.

Macarıstan Parlamentinin vitse-spikeri Şandor Lejak:
“Biz macarlar Avropada özümüzü yalnız hiss edirdik”

Macarstan Parlamentinin vitse-spikeri Şandor Lejak Qurultay iştirakçıları tərəfindən hər zaman alqışla qarşılanıb. Bu Qurultayların təşkilində əsas söz sahiblərindən biri olan Lejak hər çıxışında türk xalqlarının birlik və bərabərliyinə xüsusi önəm verir, Türk dünyasının qarşısında duran problemləri kürsüdən açıqca səsləndirə bilir. Görüş zamanı Şandor Lejak macarların uzun illər boyu öz əqraba topluluqlarından uzaq düşdüyünü, macarların özlərini Avropada yalnız hiss etdiklərini dilə gətirdi. “Bu gün biz bir-birimizin ortaq tarixi, ortaq dəyərləri və mədəniyyətlərimizlə tanış oluruq. Bu bizi yaxınlaşdırır, bizi məmnun edir. Əlaqələrimiz bizi gücləndirir”.

Millət vəkili Qənirə Paşayeva:
“Azərbaycanla Macaristan arasında bütün sahələrdə əməkdaşlıq daha da inkişaf edir və Azərbaycan rəhbərliyi iki dost ölkə arasinda əlaqələrin inkişafına xüsusi önəm verir” Qurultayın ikinci günündə millət vəkili Qənirə Paşayeva Buğacda “Turan Forumu”nda Azərbaycanla bağlı məruzə ilə çıxış edib. İlk öncə Azərbaycanın qədim tarixi barədə məlumatlar verən millət vəkili bütün müsəlman Şərqində 100 il əvvəl ilk parlamentli demokratik respublikanın Azərbaycanda qurulduğunu, müsəlman şərqində Azərbaycanın qadınlara ilk dəfə seçmək və seçilmək haqqı verən ölkə olduğunu deyib. Azərbaycan-Macarıstan münasibətlərindən danışan millət vəkili Qənirə Paşayeva Azərbaycanın və Türk dünyasının böyük şəxsiyyətlərindən Əli bəy Hüzeynzadənin macarlara ithafən 19-cu əsrin sonunda yazdığı “Turan” şeiri barədə danışıb və iki qardaş xalqın ortaq köklərini xüsusi vurğulayıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Macarıstanla əməkdaşlığın inkişafına verdiyi önəmdən danışan millət vəkili bu istiqamətdə əldə olunana uğurlar barədə də danışıb, əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial olduğunu vurğulayıb. O, bildirib ki Azərbaycanla Macaristan arasında bütün sahələrdə əməkdaşlıq daha da inkişaf edir və Azərbaycan rəhbərliyi iki dost ölkə arasinda əlaqələrin inkişafına xüsusi önəm verir. Qarabağ problemi, Ermənistanın işğal etdiyi torpqlarımız barədə də geniş çıxış edən millət vəkili tədbir iştirakçılarını Azərbaycanın ədalətli mövqeyini daha güclü dəstəkləməyə çağırıb.

ATXƏM sədri İlham İsmayılov:
“Öz tarixini, milli kimliyini dərk etmək və onu yaşatmağa çalışmaq o tarixin özünü yenidən yazmağa bərabərdir “ ATXƏM sədri İlham İsmayılov bildirib ki, bu Qurultay həm də böyük bir əməkdaşlıq platformasıdır və Azərbaycan nümayəndə heyəti də çalışdı ki, bu imkandan yararlansın.”Ortaq tarixi, ortaq mədəniyyəti paylaşan ata-babalarımızın ruh, gen və qan qardaşlığını yenidən canlandıran Qurultay Biz türk və hun əqraba topluluqlarının gələcəyini birgə qurması anlamını daşımaqdadır. Qlobal mədəniyyət aşınmasının sürətlə baş verdiyi dünyada öz tarixini, milli kimliyini dərk etmək və onu yaşatmağa çalışmaq o tarixin özünü yenidən yazmağa bərabərdir. Bu baxımdan Macar Turan Fondu bu gün qədim Hunların, bütün Türk xalqlarının tarixini, yaşam tərzini yenidən canlandırmaqla, həm də gələcək nəsillərin ruhunda öz keçmişinə rəğbət və sevgi oyatmaqdadır.

“Birlik” jurnalının baş redaktoru İlqar İlkin:
“Bu həm də qədim türk inanc sisteminin, türk ruhunun yenidən canlanmasıdır”

Tədbir haqqında fikirlərini bölüşən “Birlik” jurnalının baş redaktoru İlqar İlkin bildirib ki, Avropada bu Qurultaylara hər il daha çox maraq artır. Bunu sadəcə bir festival, əyləncə kimi düşünmək olmaz. Bu tədbirlərdə hər bir türk xalqı öz tarixini, mədəniyyətini təbliğ edir. Biz ortaq tariximizi, keçmişimizi bu tədbirlərdə daha yaxşı görürük. “Bu həm də qədim türk inanc sisteminin, türk ruhunun yenidən canlanmasıdır. Bu Avropada yenidən başlayan bir hun dalğası, bir hun-türk ruhudur. Bura düşündüyümüzdən də böyük bir plasdarmdır. Biz bu təbdirlərlə həm də Azərbaycan tarixini, mədəniyyətini və üzləşdiyimiz problemləri göstərə bilirik. Yüz minlərin qatıldığı bu böyük Qurultayda Azərbaycan həm tanınır, həm sevilir, həm də öz ortaq keçmişi ilə bağlı olduğu xalqlarla yenidən bir arada öz dəstəkçilərini tapır”.

Qeyd edək ki, Qurultay günlərində türk dünyasının sənət adamları açıq havada onlarla konsert veriblər. Əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlının çıxışları böyük coşqu ilə qarşılanıb.Üç gün ərzində davam edən Qurultayda qonaqlara şamanların çıxışı, atçılıq-idman yarışı, kamandan oxatma yarışı, qılınc döyüşləri də təqdim olunub.

Turkustan-info
14 Avqust 2018

VIDEO
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
Xeyirxah tənha qalmaz... - 15.07.2024
 
 El bir olsa,zərbi kərən sındırar. Atalar sözü. - 14.07.2024
 
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Okt.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Gündüz: +21.. +23buludlu yağmursuz
Axşam: +18.. +20dumanlı yağmursuz
Gecə: +17.. +19dumanlı yağmursuz
Səhər: +20.. +22dumanlı yağmursuz
Atm. təziyi: 760
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo