Axtarış: 
Yoloğlu türkçü deyilsə, onda türkçü kimdir?
+  -  Çap 
Yerləşdirilib: 20.08.18 | Baxılıb: 1918
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Tarix elmləri doktoru, böyük türkoloq Güllü Yoloğlunun "Mədəniyyət" kanalında yayımlanan "Keçmişdən Gələcəyə" verilişində saxta "böyük ermənistan" xəritəsinin kadr arxası efirə verilməsi səhnəsinə baxanda düşünmüşdüm ki, bu, arzulanmayan və diqqətdən yayınan bir səhvdir: yəqin ki, kadrı efirə hazırlayan texniki heyət və ya rejissor fərqinə varmadan belə bir səhv edib.

Çünki Güllü xanım uzun illərdir ki, yayımladığı bu proqramda dəfələrlə erməni yalanlarının ifşası ilə bağlı sanballı verilişlər hazırlayıb, əsaslı dəlillərlə Azərbaycan həqiqətlərini bütün dünyaya yayıb. Dünən Güllü xanım da öz Feysbuk səhifəsində rejissorun cəzalandırıldığını qeyd etmişdi.

Lakin bu gün bəzi saytlarda Güllü Yoloğlu haqqında həqiqəti əks etdirməyən fikirlərə rast gəldim. Yazılarda iddia olunur ki, Güllü Yoloğlu türkçülüyə qarşıdır, türk kimliyinin qabardılmasını uyğun görmür.

Tanrı eşqinə, bunu hansı məntiqlə yazırsınız? Əgər bu ölkədə Güllü Yoloğlu türklüyə qarşıdırsa, siz onda mənə türkçülər kimlərdir, onları göstərin! Baş redaktoru olduğum "Birlik" jurnalının hər nömrəsində Güllü Yoloğlunun türk kimliyi, türk varlığını əks etdirən araşdırmalarını neçə illərdir dərc edirəm. Mən bir turançı kimi onun dəyərli araşdırmalarından öz tariximizi, keçmişimizi öyrənirəm. Güllü Yoloğlu şüarçı, hay-küyçü millətçi deyil, o, həm də bütün türk dünyasını addım-addım dolaşıb, onları öyrənən bir aydındır. O, türkçülüyü kitablardan yox, uzaq Sibirdə, Altaylarda, Balkanlarda, Orta Asiyada unudulmuş türk toplumları ilə iç-içə olaraq öyrənib, araşdırıb, təbliğ edib.

Keçən il dekabr ayının 12-də erməni lobbisinin güclü olduğu Parisdə Ermənistan səfirliyinin qarşısında kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz mitinqi, Moskvada girovlarımızın hüquqlarının müdafiəsinə həsr olunmuş tədbir keçirmişdik. Güllü Yoloğlu öz verilişinin birini məhz buna həsr etmişdi: "Erməni yalanlarına qarşı informasiya müharibəsi". Həmin verlişdə hər ikimizin qənaəti ondan ibarət olmuşdu ki, Azərbaycan etnik baxımdan rəngarəng ölkədir. Amma biz bütün ölkəmizin vətəndaşlarına eyni münasibət göstəririk, kimliyindən asılı olmayaraq, hər bir vətəndaşımız üçün mücadilə edirik. Başqa cür ola da bilməz. Çünki bizim sadəcə bir vətənimiz var: Azərbaycan!

Azərbaycanımızın isə dəyərli aydınları, ziyalıları var. Onları gözdən salmağa əsla izn verməməliyik!

İlqar İlkin
ATXƏM-in icra katibi,
"Birlik" jurnalının baş redaktoru

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo