Axtarış: 
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu - 100” mövzusunda möhtəşəm tədbirlər keçirildi
+  -  Çap 
Yerləşdirilib: 14.09.18 | Baxılıb: 1679
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Sentyabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu - 100” mövzusunda konfrans keçirildi. Tədbirə Türkiyədən ölkəmizdə səfərdə olan qonaqlar da böyük heyətlə qatılıblar.

Tədbir iştirakçıları Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin ruhunu yad ediblər. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov rəhbərlik etdiyi təşkilatın ənənəvi olaraq Bakının işğaldan azad edilməsinin ildönümünü qeyd etdiyini vurğulayıb və bu tarixi hər il bayram kimi qeyd etməyin ATXƏM-in gündəliyinə daxil olduğunu söyləyib. İlham İsmayılov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmində Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasını tarixi faktlarla təhlil edib. Azərbaycan-Türkiyə dostluq-qardaşlığına toxunan ATXƏM sədri qeyd edib ki, iki ölkə arasındakı münasibətlər hər zaman dünyaya örnək olub. İctimai Birlik sədri bildirib ki, XXI əsr türk əsridir deyənlər zamanında bunun konturlarını müəyyən ediblər və bu gün biz mərhələ-mərhələ ona doğru irəliləyirik.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da 15 sentaybr tarixinin əhəmiyyətindən danışıb və bu günü bayram kimin xarakterizə edib. O, da Azərbaycan və Türkiyənin çətin günlərdə bir-birinə yardım etdiyini deyib və qarşılıqlı münasibətlərin, əlaqələrin hər ötən gün daha da inkişaf etdiyini söyləyib.

Tədbirdə çıxış edən millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva bildirib ki, Nuri Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması ona olan vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur.

Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Volkan Özkiper bildirib ki, 1918-ci ildə baş vermiş bu hadisəni qeyd etməyimiz bizim üçün çox önəmlidir. 1915-ci ildə Çanaqqala döyüşündə türklərlə bərabər azərbaycanlı qardaşlarımız da şəhid olub. Üç il sonra - 1918-ci ildə azərbaycanlı qardaşlarımıza kömək lazım olduqda heç düşünmədən bu köməyi etdik. Tarixboyu azərbaycanlı qardaşlarımıza kömək lazım olanda müraciət gözləməmişik. Dostluğumuz, qardaşlığımız 100 illər keçsə də, davam edəcək və daha da güclənəcək. Biz bu münasibətlərin güclənməsi üçün hər bir sahədə əlimizdən gələni etməyə hazırıq.

Tarixçi alimlər Anar İsgəndərov və Nəsiman Yaqublu tədbir iştirakçılarına 1918-ci ildə erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən söhbət açıblar. Tədbirdə iştirak edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışa başlayaraq deyib ki, hər zaman gözümüzün önünə Şəhilər Xiyabanında uyuyan Nuri Paşanın 1100 əsgəri, Bakının qurtuluşu və son dönəmlər üzə çıxan türk şəhidlikləri gəlir: “Türk-İslam ordusu xilaskar ordu idi. Onlar Azərbaycana Türk olduğumuz üçün gəlmişdi. 1918-ci il 31 mart soyqırımı haqqında erməni, bolşevik zehniyyətinin tör-töküntüləri olan yazarlar “Türk-İslam ordusu işğalçı olub” deyirlər. Necə ki, Türkiyədə BDP-dən olan bir millət vəkili “Ənvər Paşa soyqırımçı, qatildir” deyə yazır. Bu tip adamlar hələ də içimizdə var. Bu tədbirlərin mahiyyəti ondan ibarətdir ki, o cür düşünən insanların qarşısında Azərbaycan və Türkiyə olaraq birlikdə dayana bilək. Biz deyirik ki, Nuri Paşaya Azərbaycanın ən görkəmli yerində heykəl qoyulsun. Çox təəssüf ki, bu olmadı. Ümid edirdik ki, bu təklifimiz Bakının qurtuluşunun 100 illiyində olacaq, nədənsə baş tutmadı. Əminəm ki, prezidentimiz İlham Əliyev canı-könüldən bunu istəyər. Çünki o hər zaman Türkiyənin yanında olub. Nuri Paşaya heykəl qoyulmasına icazə verməyənlər erməni, rus, bolşevik, işğalçı zehniyyətinin tör-töküntüləridir. Biz bu tip insanlardan yaxında qurtulacağıq. Onda Azərbaycanla Türkiyə daha da yaxın olacaq”

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu da çıxışında iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıb. İSTAD sədri Qafqaz İslam Ordusunun komandanı, eyni zamanda Türkiyə və Azərbaycanın milli qəhrəmanı Nuru Paşanın Bakıda və Gəncədə abidəsinin ucaldılmasını da arzu etdiklərini bildirib. İSTAD sədri həmçinin təklif edib ki, həm Bakı, həm də Gəncədə uyğun olan mərkəzi küçələrdən birinə Nuru Paşanın adı verilsin: “Bununla yanaşı biz təklif edirik ki, Türkiyə və Azərbaycan arasında mövcud olan qardaşlıq, dostluq əlaqələrinin daha da qüvvətli olması üçün müxtəlif sahələrdə qarşılıqlı səfərlər təşkil edilsin”.

Millli QHT Forumunun rəhbəri Rauf Zeyni istər 15 sentyabr tarixinin, istərsə də ona aparan yolun bir ibrət səhnəsinə şahidlik etdiyini dilə gətirib. Bu səhnənin ortaq türk mənafelərini rəhbər tutduğunu vurğulayan R.Zeyni belə önəmli hadisələrin bütövlükdə türk dünyasına çatdırılması istiqamətində işlərin aparılmasının zəririliyini vurğulayıb.

«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı Qafqaz İslam Ordusunun fəaliyyətinin Azərbaycan və Türkiyənin müştərək hərb tarixinin şanlı səhifəsi kimi dəyərləndirib. 100 illik tarixin bir sıra maraqlı məqamlarına diqqət çəkən baş redaktorun Qafqaz İslam Ordusu barədə söylədikləri fikirlər maraqla qarşılanıb.

Tədbirdə Nuru Paşanın qardaşı Ənvər Paşanın nəticəsi Arzu Erdoğan da iştirak edib. Arzu xanım ailə adından təşkilatçılara təşəkkür edib, bu cür tədbirlərin yeni nəslin yetişməsində müsbət amil olduğunu qeyd edib.

İSTAD ağsaqqallar şurasının sədri Bahaddin Miral, araşdırmaçı- jurnalist Azər Həsrət, millət vəkili Sona Əliyeva və digər ziyalılar da 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlığından bəhs ediblər. Qeyd edək ki, tədbir daha sonra Rəşid Behbudov adına Mahnı Teatrında "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu -100” adlı ədəbi-bədii tədbirlə davam edib.




VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo