Axtarış: 
Bu ölkədə sayımız azalır, yoxsa məktəblərimiz?
+  -  Çap 
Yerləşdirilib: 17.10.18 | Baxılıb: 1739
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


1989-cu ildən bu vaxta qədər Gürcüstanda azərbaycanlıların təhsil aldığı məktəblərin, eləcə də orada dərs deyən müəllimlərin və təhsil alanların sayının kəskin şəkildə azalmasının obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəbləri odur ki, 1989-cu ildən sonra azərbaycanlıların böyük bir hissəsi Gürcüstandakı durumun ağırlığından dolayı ölkədən getmək məcburiyyətində qaldı.

90-cı illərdə Gürcüstanda milliyətçi düşüncəyə sahib hakimiyyət var idi. Bu da oradakı soydaşlarımızın sıxışdırılması ilə nəticələnirdi.

Bu sözləri Axar.az-a açıqlamasında "Birlik" jurnalının baş redaktoru, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi İlqar İlkin Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri barədə danışarkən deyib.

"Hazırda Gürcüstandakı milli məktəblərdə çalışan müəllimlərin sayının azalması ilə yanaşı, bir problemi də ondan ibarətdir ki, Azərbaycan məktəblərində direktorların gürcü millətindən təyin edilməsi ilə bağlı cəhdlər var. Bu da öz növbəsində müəyyən problemlər yaradır", - İ.İlkin deyib.

İ.İlkinin sözlərinə görə, bu təkcə soydaşlarımızn problemi deyil, ölkələrarası dostluğa və strateji əməkdaşlığa bağlı olan bir məsələdir:

"10 il əvvəl Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini daha qabarıq şəkildə önə sürürdüksə, bu gün daha az diqqət yetiririk. Əvvəllər azərbaycalıların gürcü cəmiyyətinə inteqrasiya olunmasını gözləyirdiksə, artıq son 5 ildə bu proses başlayıb. Gürcüstandakı soydaşlarımızın gürcü dilini öyrənməsinə önəm verməsi sevindirici haldır. Bu həm də oradakı soydaşlarımızın dövlət qulluğunda çalışa bilməsi üçün vacibdir. Ancaq bu o demək deyil ki, biz onillərlə mövcud olan anadilli təhsili, mədəni muxtariyyəti unutmalıyıq. Gürcü dilini öyrənmək ayrı, anadilli təhsil ayrı məsələdir. Ana dilində olan məktəblərdə gürcücəni mükəmməl öyrənmək daha doğrudur".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov hazırda Gürcüstanda işləyən azərbaycandilli məktəblərdəki müəllimlərin 80 faizinin təqaüdçü olduğunu və orada ciddi şəkildə kadr çatışmazlığı yaşandığını bildirib. Ekspert həmçinin qeyd edib ki, 1989-cu ildə 183 azərbaycandilli məktəb, bu məktəblərdə 6922 müəllim var idisə, 2018-ci ildə məktəbin sayı 80-ə, müəllimlərin sayı isə 3628-ə düşüb.

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo