Axtarış: 
XOCALI SOYQIRIMININ DÜNYAYA ÇATDIRILMASI İSTİQAMƏTİNDƏKİ UĞURLU FƏALİYYƏT İŞĞALÇI ERMƏNİSTANI, ERMƏNİ LOBBİSİNİ CİDDİ ŞƏKİLDƏ NARAHAT EDİR
+  -  Çap 
Yerləşdirilib: 25.02.19 | Baxılıb: 1605
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


İlham İsmayılov: “Xocalı soyqırımının dünyada tanıdılması istiqamətindəki fəaliyyətlər Leyla xanım Əliyevanın başlamış olduğu Xocalıya ədalət kampaniyasından sonra daha sistemli xarakter almağa başladı”


Azərbaycan müstəqillik illərində tarixinə yazılmış daha bir ümumxalq hüzn gününü qeyd edir. Erməni vandallarının Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı. 1992-ci il, 26 fevral tarixində ermənilər tərəfindən Xocalıda xalqımıza qarşı həyata keçirilən bu soyqırımı törədənlər hələlik beynəlxalq hüquq müstəvisində öz layiqli cəzalarını alıb, məsuliyyətə cəlb edilməsələr də, lakin Azərbaycan dövləti olaraq bu istiqamətdə uğurlu və məqsədyönlü fəaliyyətimiz davam edir. Xüsusilə, ötən illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət” kampaniyası çərçivəsində bu soyqırımın dünyaya çatdırılması, onun tanıdılması istiqamətində uğurlu nəticələr əldə edilib. Belə ki, məhz həyata keçirilən təbliğat kampaniyası nəticəsində dünyanın bir sıra ölkələri, onların parlamentləri, beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edib, bu soyqırımı pisləyən bəyanatlar yayıblar. Bu ölkələr və təşkilatlar sırasında Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Amerikanın bir neçə ştatı, İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək olar.

Xocalı soyqırımının dünyada tanıdılması istiqamətindəki fəaliyyət və əldə edilən nəticələr qismət qaneedici olsa da, lakin dövlət olaraq bununla kifayətlənmək fikrində deyilik və bu proses davamlı olaraq gedir. Bir məqamı xüsusi qeyd etmək yerinə düşər ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində dövlətlə yanaşı, qeyri-hpkumət təşkilatları, ictimai birliklər də fəallıq göstərir, sistemli iş aparırlar. Belə təşkilatlardan biri də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzidir. Məlumat üçün qeyd edək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ötən illər ərzində "Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra xarici ölkələrdə, Avropanın siyasi mərkəzlərində, Belçika, Strasburqda tədbirlər, konfranslar təşkil edilib, Xocalıya ədalət mitinqi keçiriblər. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov deyir ki, təşkilat olaraq Xocalı soyqırımının dünyada tanıdılması istiqamətindəki fəaliyyətləri bundan sonra da davam edəcək və bu fəaliyyətlərin nəticəsi kimi dövlət olaraq soyqırımın bütün dünyada tanıdılmasına nail olacağıq:


"Bu istiqamətdə sistemli işin aparılması belə deməyə əsas verir. Qeyd edim ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətindəki fəaliyyətlər Leyla xanım Əliyevanın başlamış olduğu Xocalıya ədalət kampaniyasından sonra daha sistemli xarakter almağa başladı. Düzdür, ona qədər də bu istiqamətdə dövlət və qeyri-dövlət təşkilatları fəaliyyət göstərir, işlər aparırdılar. Ancaq Xocalıya ədalət kampaniyasına start veriləndən sonra bu fəaliyyətlərdə bir sistemlilik, koordinasiya oldu. Hazırda da nəticələr göz önündədir”.

İlham İsmayılov deyib ki, ATXƏM hər il Xocalı soyqırımının ildönümü ərəfəsində Avropadakı diaspor təşkilatları, cəmiyyətləri ilə birgə Brüsseldə etiraz aksiyası keçirib, Xocalıda ermənilərin törətdikləri vəhşilikləri avropalıların diqqətinə çatdırıb:

"Məlum olduğu kimi bu il də Avropadakı müttəfiq təşkilatlarımız, diasporamız Brüsseldə Xocalıya ədalət aksiyası keçirəcəklər. ATXƏM olaraq bu il həmin aksiyalara qatıla bilməməyimizin səbəbi isə fevralın 26-da Bakıda ümumxalq yürüşünün keçirilməsidir. Məlumdur ki, indiyə qədər bir neçə dəfə dövlət başçısı Cənab İlham Əliyevin də iştirakı ilə bu cür ümumxalq yürüşü keçirilib. Qeyd edim ki, bu cür yürüşlərin də dünyaya çatdırılması, Xocalı soyqırımnın tanıdılması istiqamətində mühüm əhəmiyyəti var. Çünki bu gün Azərbaycan regionun inkişaf edən bir ölkəsi olaraq bütün dünyanın diqqətindədir. Ölkəmizdə baş verən hər bir hadisə dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılır, təbliğ edilir. Bu baxımdan hesab edirəm ki, bizim də bir təşkilat, eyni zamanda vətəndaş olaraq həmin ümumxalq yürüşündə iştirakımız zəruridir, vacibdir”. ATXƏM sədri deyib ki, gələcək fəaliyyətlərinin də əsas qayəsini məhz Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətindəki fəaliyyətlər təşkil edəcək: "Ümumiyyətlə, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin fəaliyyətində 4 əsas iqtiqamət özünü ehtiva edir. Bunlardan iki əsas iqtiqamət məhz qeyd etdiyim məsələlərə aiddir. Belə ki, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərarlarını təbliğ etmək və ermənilərin əsassız soyqırım iddialarına qarşı Xocalı soyqırımının dünyada tanıdılmasına çalışmaqdır”.

İlham İsmayılov onu da diqqətə çatdırıb ki, Azərbaycan dövlətinin Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətindəki uğurlu fəaliyyəti və əldə edilən nəticələr işğalçı Ermənistanı, erməni lobbisini ciddi şəkildə narahat etməyə başlayıb:

"Məhz bu narahatçılıq özünü Avropanın bəzi ölkələrində özünə sığınacaq tapmış antimilli ünsürlərin fəaliyyətində göstərir. Bu günlərdə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, soydaşlarımız Xocalı soyqırımının tanıdılması məqsədilə tədbirlər, aksiyalar keçirdikləri halda, həmin antimilli ünsürlər də bir neçə gün əvvəl Almaniyada BMT-nin ofisi qarşısında Azərbaycan əleyhinə aksiya keçirib, ölkəmizdə insan hüquq və azadlıqlarının pozulduğu, demokratiyanın olmadığını iddia ediblər. Hesab edirəm ki, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Azərbaycan əleyhinə belə aksiyaların keçirilməsi təsadüfi deyil və burada erməni lobbisinin təsiri yox deyil. Bu da onu deməyə əsas verir ki, Xocalı soyqırımın tanıdılması istiqamətindəki fəaliyyətlərimizdən və əldə olunan nəticələrdən işğalçı ölkə və onun lobbisi bərk narahatdır. Ancaq inanıram ki, bu kimi fəaliyyətlərin heç bir nəticəsi olmayacaq və apardığımız məqsədyönlü fəaliyyələr nəticəsində tezliklə Xocalıda xalqımıza qarşı soyqırım həyata keçirmiş vandallar törətdikləri insanlıq əleyhinə cinayətlərə görə öz cəzalarını alacaqlar”.

"Şərq" 1əzeti, 25.02.1019

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo