Axtarış: 
"Sağlam, gənc və uzun ömürlü olmaq üçün təmizlənmə (detox) müalicələri" mövzusunda konfrans
+  -  Çap 
Yerləşdirilib: 29.05.19 | Baxılıb: 1749
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qafqaz Point" otelində "Sağlam, gənc və uzun ömürlü olmaq üçün təmizlənmə (detox) müalicələri" mövzusunda konfrans keçirildi. Konfransda Türkiyədən Naturmed Termal Sağlıq Mərkəzinin baş həkimi, Doğa və Sağlıq Vəqfi sədri, Avropada tanınmış uzman dr. Yaşar Yılmaz da iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan ATXƏM-in sədri İlham İsmayılov bildirdi ki, konfransın keçirilməsində əsas məqsəd ölkəmizdə sağlam nəslin yetişdirilməsində təbii müalicə üsullarının təşviqinə nail olmaq, insanlarda təbiətə olan sevgini, doğanın əhəmiyyətini bir daha anlatmaqdır. "Təşkilatımızın əsas fəaliyyət istiqaməti türk xalqalrı ilə əməkdaşlıq olduğuna baxmayaraq, zaman-zaman sağlıq və tibb ilə bağlı da tədbirlərimiz olur. 2010-cu ildən başlayaraq, Naxçıvanda, Qarabağ bölgəsində, Quba, Bakı və Gəncə şəhərlərində Türk Dünyası Akademik Tibb və Tarix Konfransları təşkil etmişik. Əsas məqsədimiz isə bu sahədə də qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək, mübadilə proqramlarına dəstək verməkdir".

Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri, tibb elmləri doktoru, Nərgiz Klinikasının baş həkimi Məlahət Qəhrəmanova bildirdi ki, uzun illərdir klinikada təbii müalicə üsullarına geniş yer verilib: "Əsas məqsədimiz kimyəvi dərman vasitələrindən istifadəni azaltmaqla, təbii müalicə üsullarına üstünlük vermək, milli genofondumuzun sağlamlığına çalışmaqdır. Odur ki, biz bu gün Türkiyədə fəaliyyət göstərən NaturMed sağlıq mərkəzi ilə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq.Ümid edirəm ki, bu əməkdaşlıq hər iki qardaş xalqın sağlamlığının təmin olunmasında öz töhfəsini verəcəkdir".

Naturmed Termal Sağlıq Mərkəzinin baş həkimi, Doğa və Sağlıq Vəqfi sədri dr. Yaşar Yılmaz çıxışında suyun və yaşıllığın insan həyatındakı önəminə diqqət çəkərək bildirdi ki, biz cəmiyyətdə öncə elə işləri təşviq etməliyik ki, onlar insanların xəstə olmaması üçün əsaslardır: "Bu təbiət və meşə sahələrinin bol olmasıdır. Ən inkişaf etmiş ölkələrin sağlamlıq durumuna baxsaq görərik ki, yaşıllıq zolaqlarının bolluğu və təmiz su mənbələrinin varlığı sağlamlığı yaradan əsas nəsnələrdir. Bizim təsisatın da əsas üstünlüyü ondan ibarətdir ki, bizim proqam insanlara necə xəsə olmamağı öyrədir və əminəm ki, bu yaşam tərzini seçənlər uzunömürlülər olaraq həyatlarına davam edirlər".

Millət vəkili İlham Məmmədov, akademik Vaqif Abbasov çıxışlarında təbii üsullarla yaşam tərzinin təbliğinə daha çox yer ayrılmasının təbliğ olunmasını vacib saydılar. Natiqlər bildirdilər ki, Azərbaycanın özünəxas florası və təbii müalicə mərkəzləri mövcuddur. Bu müalicə mərkəzlərinin bir çoxu hətta xarici ölkələrdə də məşhurdur, biz bu müəssələri hər zaman təbliğ etməliyik.

Daha sonra konfrans akademik məruzələrlə davam etdirildi. Azərbaycan Tibb Universitetinin Əczaçılığın Texnoloğiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva "GMO məhsulları və onların törətdiyi fəsadlar" mövzusunda çıxış etdi. Tədbirdə məruzə ilə çıxış edən həkimlər - Aytəkin Həsənova, dos.dr.Zeyqəm Süleymanov, Lətafət Mustafayev və Xəyalə Məmmədova da təbii müalicə metodlarının önəminə diqqət çəkdilər.

Tədbir plaket və sertifikat təqdimatı ilə başa çatdı.

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Noy.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Gündüz: +14.. +16dumanlı yağmursuz
Axşam: +12.. +14dumanlı yağmursuz
Gecə: +12.. +14dumanlı yağmursuz
Səhər: +15.. +17dumanlı yağmursuz
Atm. təziyi: 770 ́́
Rütübət: 76 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo