Axtarış: 
ATXƏM nümayəndə heyəti İqdırda "15 iyul Milli Birlik və Demokrasi günü" tədbirlərinə qatılıb
+  -  Çap 
Yerləşdirilib: 19.07.19 | Baxılıb: 1569
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Türkiyə Cümhuriyyəti Iğdır valisi sayın Enver Ünlünün dəvəti ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədi İlham İsmayılov, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu, tanınmış sənətçi Şəmistan Əlizamanlı, ATXƏM-in icra katibi, Birlik jurnalının baş redaktoru İlqar İlkin Iğdırda təşkil olunmuş "15 temmuz Milli Birlik və Demokrasi günü" tədbirlərinə qatılıblar.



Tədbirdə öncə 2016-cı ildə Türkiyədə baş vermiş 15 temmuz darbe girişimində şəhid olmuş 241 nəfərin xatirəsinə dualar oxunub, o dəhşətli gecədə baş verən olaylar bir daha xatırlanıb.

Iğdır valisi Enver Ünlü çıxışında 15 temmuz 2016-cı ildə baş verən olaylarda Türkiyə xalqına və dövlətinə qarşı xəyanət baş verdiyini qeyd edərək bildirib ki, Türk xalqı hər zaman olduğu kimi həmin gün də öz dövlətinin yanında oldu, dünyəviliyi və demokrratiyanı hər şeydən üstün tutdu.

Daha sonra Iğdır valiliyinin önündə təşkil olunmuş və bütün xalqa açıq olan toplantıda şəhidlərin xatirəsinə yazılmış seirlər oxundu, ilahilər söyləndi.

Türkiyədə xüsusilə "Diriliş Ərtoğrul" dizisində Ozan obrazını canlandıran, vətənpərvərlik mahnıları ilə məhşur olan Şəmistan Əlizamanlının çıxışı tədbirə yeni bir ruh qatdı. Onun türk millətinin, onun bayrağının şəninə oxuduğu mahnıları hər kəs ayaqüstə dinlədi. ATXƏM-in sədri İlham İsmayılov çıxışında bildirdi ki, Azərbaycan tarix boyu hər zaman Türkiyənin yanında olub. "Üç il əvvəl Türkiyəyə qarşı baş verən məlum hadisələr zamanı da Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqı adından Tükiyəli qardaşlarımızın, Türkiyə dövlətinin yanınfa olduğunu bildirdi. Bu gün də biz yənə sizlərlə birlikdəyik, sizlərin yanındayıq. Çünki biz bir millətik, Türkiyənin ayağına dəyən daş bizim ürəyimizə dəyir".


VIDEO
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Mar.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo