Qırğızstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovun rəhbərliyi ilə Azərbaycanda səfərdə olan gənc qırğız yazarları Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini də ziyarət ediblər. ATXƏM-dən Newscenter.az-a daxil olan məlumata görə, işgüzar naharda keçirilən görüşdə iki qardaş ölkə arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin təşkil olunması müzakirə olunub. N.Kalıbekov Azərbaycanda hər getdiyi yerlərdə səmimi qarşılandıqlarını bildirərək, öz təşəkkürünü bildirib.
|