Axtarış: 
İlham İsmayılov: "Digər Türk dövlətlərinin də Şuşada konsulluqlarının açılması arzuolunandır"
+  -  Çap 
Yerləşdirilib: 16.06.21 | Baxılıb: 1061
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter

"İyunun 15-də işğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladıqları "Şuşa bəyannaməsi" iki qardaş ölkə arasında bağlanmış bütün strateji tarixi müqavilələri bir daha xatırlatmaqla, imzalanmış bu müqavilələrə, o cümlədən 100 il əvvəl bağlanmış Qars müqaviləsinə sadiqliyin bir daha təsdiqi kimi anlaşılmalıdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa bəyannaməsini şərh edərkən bildirib.

O, qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdiyi son 30 il ərzində Türkiyə ilə bağlamış olduğu bütün müqavilələr hər iki qardaş dövlətlərin və xalqların strateji maraqlarına hesablanıb, beynəlxalq müstəvidə birgə fəaliyyətin təşkili, ortaq milli maraqların qorunmasını təmin edib:

"Şuşa bəyannaməsi" bu vaxtadək hər iki ölkənin öz üzərinə götürdüyü öhdəliklərini bir daha xatırladır və əsla bu öhdəliklərdən vaz keçməyəcəklərini bir daha vurğulayır. "Şuşa bəyannaməsi"ni xüsusilə əhəmiyyətli edən səbəblərə baxsaq, bu bəyannamənin qəbul edildiyi məkana və zamana diqqət etməliyik. Bəyannamənin Şuşa şəhərində qəbul olunması Ermənistanda seçkiöncəsi revanşizm xülyalarını təbliğ etmək istəyən, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təxribatlar törətməyə cəhd edən siyasi dairələrə tutarlı bir cavabdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Brüsseldə keçirilən Liderlər Sammitində iştirakının ardından belə bir bəyannaməyə imza atması Türkiyənin NATO ölkəsi olaraq bu bölgədə sülhə, stabilliyə, beynəlxalq münasibətlərdə aqressiyaya deyil, həmrəylik və əməkdaşlığa önəm verilməsinin nə qədər vacib olduğuna diqqət çəkmək çabasıdır. Hesab edirəm ki, bu ciddi və dolğun mesaj həm Ermənistana, həm də onun havadarlarına tam məna yükümü ilə çatıb. Əks həmlələr Ermənistan üçün özünəqəsddən başqa bir şey deyil".

ATXƏM-in sədri bəyannamədə Azərbaycan və Türk diasporaları ilə bağlı əməkdaşlığı ehtiva edən məsələlərə də toxunub:

"Bəyannamədə Azərbaycan və Türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumu problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərin birləşdirilməsi nəzərdə turulur. Uzun illərdir ki, təşkilatımız dünyanın bir çox yerində, xüsusilə Avropanın siyasi mərkəzlərində diaspor təşkilatlarımızın birlik və bərabərliyinin təmin edilməsinə çalışıb, onlarla birlikdə müxtəlif layihələr həyata keçirib. Dövlət başçılarımız imzaladıqları bu bəyanatda bu məsələyə xüsusi önəm verdiklərini bir daha vurğulayıblar. Hesab edirəm ki, bu istiqamətdə səylər davam etdirmək bizim əsas vəzifəmizə çevrilməlidir. Bəyanatda da qeyd edildiyi kimi, 1915-ci il Osmanlıda olan olaylar və uydurma "erməni soyqırımı"nın ifşa olunması üçün arxivlərin açılması üçün beynəlxalq arenada Ermənistana təzyiqləri də artırmalıyıq".

İ.İsmayılov Şuşada Türkiyənin konsulluq açılması ilə bağlı qərarını xüsusilə təqdirəlayiq bir hadisə olduğunu qeyd edib:

"Bu hadisə Türkiyənin bu bölgədə sabitliyə və sülhə nə qədər əhəmiyyət verdiyini bir daha təsdiqləyir. Bu, həm də gələcəkdə ermənilər tərəfindən düşünülə biləcək hər hansı bir aqressiyanın öncədən qarşısının alınmasıdır. Bəyanatda Türk dünyası ilə əməkdaşlığın dərinləşməsi, lazımı səviyyəyə çatdırılması üçün də hər iki ölkənin səylərinin artırılmasının vacibliyi vurğulanır. Bu sənəddə də gördüyümüz kimi Azərbaycan və Türkiyə Türk dünyasının birliyi üçün lokomativ rolunu öz üzərinə götürür. Gələcəkdə digər Türk dövlətlərinin də Şuşada konsulluqlarının açılması bütünlükdə Türk dünyasının milli maraqlarının təmini baxımından olduqca arzuolunandır".

Aygül Qarayeva
Demokrat.az

VIDEO
İctimai İştirak və İctimai Nəzarət: Vətəndaş Nəzarəti”-Ə.Abbasbəyli və İ.İsmayılov ilə QIRMIZI MASA - 16 iyul 2025 il
 
1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya zamanı mülkiyyət hüququnun pozuntusu - 07 iyul 2025 il
 
AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda 2023 və 2024-cü illərdə həyata keçirilən layihələrlə bağlı brifinq keçirib - 11 iyun 2025
 
 
 3 May Türkçülük Günü- 03.05.2025
 
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə Azərbaycanın tanınmış QHT və mətbuat nümayəndələri görüşmüşlər - 07.04.2025
 
 
   Türkman QHT-lərinin nümayəndələri yerli QHT-lərlə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmışlar - 17.03.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Avq.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axşam: +24.. +26aydn yağmursuz
Gecə: +23.. +25aydn yağmursuz
Səhər: +27.. +29aydn yağmursuz
Gündüz: +30.. +32aydn yağmursuz
Atm. təziyi: 762 ìì
Rütübət: 47 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo