Axtarış: 
ATXƏM sədri İlham İsmayılov: "Bu gün diaspor təşkilatlarımız arasında narazılıqlar, məhz buna görə pik həddə çatıb"
+  -  Çap 
Yerləşdirilib: 28.07.21 | Baxılıb: 1091
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Bir neçə gün əvvəl Diaspora ilə iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xarici ölkələrdə yaşayan diaspor nümayəndələrinin Şuşaya səfəri təşkil olunub.

Bir növ cəmiyyətdən gizli şəkildə saxlanılmağa çalışılan həmin səfərdə 24 ölkədən 72 nümayəndə iştirak edib.

Bu vaxtadək Şuşaya bütün təbəqələrdən olan insanların səfərləri mətbuatda geniş işlqlandırılsa da, diaspor nümayənələrinin səfərləri qapalı saxlanılmağa çalışılıb, hətta bizdə olan məlumata görə orada iştirak edən nümayəndələrə bu səfərlə bağlı mümkün olduğu qədər az paylaşım etmək tapşırılıb.

Uzun illər Azərbaycanda diaspor sahəsində fəaiyyət göstərən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, bir təşkilat olaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin bu səfəri təşkil etməsini yalnlz sonradan ayrı-ayrı diaspor nümayəndələrindən öyrənmişik: "Komitə, guya diaspor nümayəndələrinin ölkədə olduğundan istifadə edərək, onların səfərini təşkil etdiyini bildirsə də, bizdə olan məlumata görə, onlar Azərbaycana, məhz Komitə tərəfindən dəvət olunublar. Bu səfər əvvəlcədən planlaşdırılıb, diaspor nümayəndələri dəvət olunub. Bu səfərin geniş yayılmamasının səbəbi isə, narazılıqların olacağını bildikləri üçün qapalı saxlamağa cəhd ediblər".

İlham İsmayılov bildirib ki, uzun illər Azərbaycan həqiqətlərini Avropanın siyasi mərkəzlərində təbliğ edən, mübarizə aparan, Xocalı soyqlrımının tanıdılması üçün mücadilə edən əsas diaspor nümayəndələrimiz Şuşa səfərinə dəvət olunmayıb: "Çox təəssüf edirəm ki, Avropa məkanında uzun illər milli maraqlarımızı sistemli şəkildə müdafiə edən, heç bir mənafe güdmədən öz şəxsi hesablarına Azərbaycan həqiqətlərini təbliğ edən Avropa Azərbaycanlılar Konqresinin prezidenti - Sahil Qasımov, Azerbaycan Belcika Dostluk Cemiyetinin sədri - Ayhan Dəmirçi, Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin başqanı - İlhan Aşkın, Strasburq Azərbaycan Evinin Başkanı - Mustafa Əlincə, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri - Səfər Qaraqoyunlu, Finlandiya Azərbaycanlı Qadınlar cəmiyyətinin sədri - Arzu Oqtay, İtaliya "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədr - Mais Nuriyev, Brabant Əyaləti Azərbaycanlıları Məclisinin rəhbəri - Ofelya Babayeva, Belarusya "Azərbaycan İcmaları Konqresi"nin rəhbəri" - Natiq Bağırov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri - Rövşən Tağıyev, Benelüks Azərbaycanlıları Konqresinin sədri - Elsevər Məmmədov, Finlandiya Azərbaycanlıları Asossiyasının sədri -Vasif Muradlı və bir çox diaspor nümayəndəmiz Şuşa səfərinə dəvət olunmayıb. Ümumiyyətlə, deyə bilərəm ki, bu insanların çoxu Fuad Muradovun Komitəyə rəhbərliyi dönəmində soyuq münasibətə məruz qalıblar. Bu gün Komitə özünə uyğun, öz maraqları çərçivəsində yenidən diaspora vizyonu çizmək istəyir. Lakin xidməti olan insanların, diaspor nümayəndələrinin xidmətlərini görməzdən gəlmək ümumi işimizə zərər verir. Bu gün diaspor təşkilatlarımız arasında narazılıqlar məhz buna görə artıq pik həddə çatıb".

İlham İsmayılov vacib bir məqama diqqət çəkərək, bildirib ki, Azərbaycan prezidenti 2007-ildən başlayaraq, hücum diplomatiyasını irəli sürdü və Azərbaycan - Türk diaspor təşkilatkarının birliyinin vacibliyini qeyd etdi: "Hətta bu yaxınlarda Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyein Şuşada birgə imzaladıqları Şuşa bəyannaməsində də diaspor təşkilatlarımızın konsalidasiyalı şəkildə birgə fəaliyyət göstərmələrinin vacibliyi qeyd olunurdu. Amma təəssüf hissilə bildirirəm ki, Komitənin Türk diasporlala əməkdaşlından danışa bilmərik. Eyni zamanda xaricdə bizim diaspor təşkilatlarımızın içərisində Türkiyədən olan soydaşlarımız da var. Onların iddiasına görə Komitə sədri həm də onlara qarşı laqeyd münasibət sərgiləyir. Əlbəttə, bu qəbuledilməzdir və ümid edirəm ki, Fuad Muradov bu cür ittihamların olmaması üçün fəaliyyətində dönüş yaradacaq".

Züleyxa

paralel.az

VIDEO
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir - 17.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Gündüz: +4.. +6dumanlı yağmursuz
Axşam: +3.. +5dumanlı yağmursuz
Gecə: +3.. +5dəyişkən buludlu yağmursuz
Səhər: +5.. +7aydn yağmursuz
Atm. təziyi: 748 μμ
Rütübət: 83 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo