Axtarış: 
Anadolunun “Anadolusu”nda Türk ruhu yenidən oyandı
+  -  Çap 
Yerləşdirilib: 05.06.22 | Baxılıb: 88
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Bu il iyunun 3-5-də Türk Dünyasının mədəniyyət paytaxtlarından biri olan Kastamonuda 22-ci “Türk Dünyası Günləri” adı altında böyük bir tədbir düzənləndi.

7 minlik tarixi olan bu qədim şəhər 900 ildir ki Türk ruhunu daşıyır və Anadolunun tam mərkəzi olduğundan buranı Anadolunun “Anadolusu” da adlanırmaq olar. Kastamonuda bu il keçirilən tədbirlər əvvəlkilərdən bir qədər fərqliydi və daha çox marağa səbəb olmuşdu. Bunun əsas səbəbi postpandemiya dövründə keçirilən ən böyük tədbir olması və geniş Turan coğrafiyasını əhatə etməsi idi. Sonuncu dəfə Macarıstanda 2018-ci ildə keçirilən Türk-Hun Qurultayında bir araya gələn Türk milli ruhunun daşıyıcıları uzun zamandan sonra yenidən görüşür, yenidən bir araya gəlirdi. Uzun sürən canlı təmasların olmaması türk qövmlərinin pandemiya dövründə ayrı düşmələri bu tədbirdəki sıcaqlığı daha da artırırdı. 20-dən çox ölkədən, 28 türk toplumunun qatıldığı bu tədbirə rəsmi nümayəndələrlə yanaşı, Türk dünyasından mədəniyyət xadimləri, sənətçilər və folklor qrupları da qatılmışdı.

Kastamonu Bələdiyyə başqanı Rahmi Galip Vidinlioğlunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə Kastamonu valisi Avni Çakır, MHP genel başkan yardımçısı Sadir Durmaz, Karabük Bələdiyyə başkanı Rafet Vergili, Çankırı Bələdiyyə başkanı İsmayıl Hakkı Esen, Bayburt Bələdiyyə başkanı Hükmü Pekmezçi, KKTC-dan ictimai işlər və nəqliyyat naziri prof.dr. Erhan Arıklı, Gaqauz Mədəniyyət naziri Marina Semenova, Macar-Turan Fondunun sədri Andras Biro, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Belçika Gent Türk Ocaqlarının fəxri başkanı Recep Tuncer Sarı, Türk Dünyası Araşdırmalar Vakfı başkanı Közhan Yazqan, Cənubi Koreya Turan təşkilatının sədri Cho Sunghee, ATXƏM-in icra katibi İlqar İlkin, türk toplumlarından gələn heyət rəhbərləri və yaxın bölgələrin icra nümayəndələri də iştirak edirdi. Üç gün ərzində davam edən tədbirlər ilk olaraq Kışla parkından Cümhuriyyət meydanına Türk yürüşü ilə başladı. Türk toplumlarından gələn hər kəs öz milli geyimində, bayraqları ilə birgə Atatürkün heykəli önündən meydana qədər yürüş etdi. Yürüş boyu Türk Mehtaran takımı cəng havaları ilə Türk ruhunu yenidən oyandırdı. Daha sonra Kastamonu Bələdiyyəsinin konfrans salonunda "Türk Dünyasının dünəni, bu günü və gələcəyi" mövzusunda panel iclas keçirildi. Kastamonu Bələdiyyə başkanı Rahmi Galip Vidinlioğlu tədbirə qatıldıqları üçün Kastamonuya gələn Türk toplumu nümayəndələrininə təşəkkür edərək, qeyd etdi ki, bu tədbirləri bələdiyyə olaraq hər il keçirməyi planlaşırır: “Kastamonu Anadolunun tam mərkəzi bölgələrindəndir. Biz burada bütün Türk toplumunu görməkdən qürur duyuruq. Bu tədbirə üç saatlıq yoldan da gələn var, üç günlük yoldan da. Bu bizim Turan coğrafiyamızın genişliyini, böyüklüyünü göstərir”. MHP Genel başkanı baş danışmanı Hüseyn Sözlü də tədbirə qatılan Türk toplumlarını salamlayaraq, bildirdi ki, türk toplumları bir-birindən nə qədər uzaqda yaşasa da, könül bağları ilə bir-birinə daha yaxındırlar. Bu cür tədbirlər türk toplumları arasında həmin bağları daha sağlam şəkildə bir-birinə bağlayır, mənəvi olaraq bir-birini tamamlayır.

Bəzi tədbirlər rəsmi protokola uyğun tərtib olunsa da, türk toplumları arasındakı isti, bir-birinə qarşılıqlı xoş münasibətlər hər şeyin fövqündə dururdu. Bu hissləri çox hallarda bələdiyyə başkanının öz sadəliyi və topluma yaxınlığı yaradırdı. Bütün tədbir boyu Azərbaycan heyətinə olan isti münasibət, xoş qarşılanmaları sezmək olurdu. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər bütün Türk xalqları arasında minnətdarlıq duyğusu ilə qarşılanırdı. Bu duyğunu ATXƏM sədri İlham İsmayılov və Kastamonu Bələdiyyə başkanı arasındakı görüş zamanı da sezmək olurdu. ATXƏM sədrinin Zəfərimizin rəmzinə çevrilmiş Xarıbülbül xatirə hədiyyəsinə həssas münasibət göstərən bələdiyyə başkanı bu qələbəmizi Türk dünyasının qələbəsi olaraq dəyərləndirdi. İlham İsmayılov isə bildirdi ki, Azərbaycan yalnız müharibə zamanı deyil, Qarabağ probleminin həll olunmasında MHP-nin hər zaman dəstəyini hiss edib.

Kastamonu Bələdiyyə başkanı Türk toplumları ilə hər gün bir yerdə olsa da, heyətləri ayrıca dəvət edərək, öz ofisində onlarla tək-tək də görüşməyə vaxt ayırdı. Bu onun türk toplumlarına sayğılı davranışı, onlara böyük dəyər verdiyini göstərirdi. Ona görəydi ki, Uzaq Sibirdən, Tıvadan, Cənubi Koreyadan günlərlə yol gəlmiş iştirakçılara xüsusi yanaşır, onların bu cəfakeşliyini təqdir edirdi. Azərbaycan heyəti adından görüşümüzdə Türk millətçiliyinin himninə çevrilmiş “Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağna”nı birlikdə oxumamızı rica edir, Azərbaycana sevgi və sayğısını maksimim dərəcədə ifadə etmək istəyirdi.

Tədbirlərdə Avropada yaşayan Türklər də geniş şəkildə təmsil olunurdu. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi tədbirin önəmini xüsusi vurğulayaraq, bildirdi ki, bu etkinlik uzun aradan sonra təkrar gerçəkləşdi. “Türkiyə hər bir türk toplumu üçün ümid yeridir, öz vətənindən başqa ayrıca bir vətəndir. Türk insanı da bu cür tədbirlərdə öz qardaşlarını, əqrabalarını görmüş olur. Bu hər bir toplumu bir-birinə yaxınlaşdırmaqla onlara öz tarixlərini yenidən xatırlatmış olur”.

Gent Türk Ocağının fəxri sədri Rəcəb Tuncer Sarı da Macarstanda keçirilən son Qurultaydan sonra Türk toplumları arasında bir neçə ildir ki, görüşün olmamasını bir əksiklik saydı. “Mədəniyyət xalqları yaxınlaşdıran bir formuldur. Türk xalqları bir-birinin mədəniyyətindən uzaq qalarlarsa, öz köklərindən, öz tarixlərindən uzaqlaşmış olarlar. Ona görə bu cür tədbirlər bizi sadəcə əyləndirmir, bizdə Türk ruhunu daima diri saxlamağa, onu yaşatmağa səbəb olur”.

Bu il Kastamonuda təşkil olunmuş tədbirlərdə daha çox bütün Türk xalqlarının folklor və rəqs qruplarının təmsil olunmasına üstünlük verilmişdi. Bu tədbirlərdə də Azərbaycanı Firuz Alövsədovun rəhbərliyində altı nəfərdən ibarət “Ritm” rəqs qrupu təmsil edirdi. Azərbaycanın ritmik rəqsləri ilə üç gün səhnəyə çıxan “Ritm” qrupu da tədbirlərin əsas favorilərindən idi. Rəqqas Aydan Kamilovanın “Sarı gəlin” rəqsi isə yalnız gözəl rəqs deyildi, həm də Azərbaycanın milli-mənəvi sərvətinə sahiblənmək, bütün Türk xalqları ilə birlikdə bir mesaj vermək idi. Odur ki, bu mesaj hər kəs tərəfindən çox gözəl anlaşılır və böyük alqış qazanırdı.

Təbii ki, postpandemiya dövründə, iki ildən çox canlı ünsiyyətdən çəkinən, qapanmış vəziyyətdə olan toplumların yenidən bir araya gəlməsində bəzi çətinliklər də mövcud olmuşdur. Bu çətinliklər isə yalnız pandemiya ilə bağlı deyil. Rusya-Ukrayna müharibəsinin yaratmış olduğu gərginliklər də, çətinliklərdə sezilirdi. Türk toplumlarının böyük bir qismi Rusiya sərhədləri daxilində yaşadıqlarını nəzərə alsaq, onların bu tədbirlərə qatılmaqdakı çətinliklərini də nəzərə almalıyıq. Odur ki, Rusiya daxilindəki bəzi toplumlar daha geniş heyətlə qatıla bilməmişdilər.

Tədbirin təşkilində Türk Dünyası üzrə əsas koordinator olan Ahmed Açıkgöz bu çətinlikləri ən çox bilən adamdır. Ondan öyrənirik ki, Rusiya daxilindəki türk toplumlarının bəziləri hətta 35 saatlıq uçuşun ardından Kastamonuya gələ biliblər. Rusiyadan uçuşların bir çox ölkələrə qadağa qoyulması yalnız uçuşların vaxtına deyil, həm də onların qiymətlərinə də təsir edib. Rusiya daxilində yaşayan türk toplumlarından və Ukraynadan gələn heyətlərin bilet qiymətləri normal zamanlarda olan qiymətlərdən üç dəfə baha alınmasına baxmayaraq, Kastamonu bələdiyyəsi tədbirdəki rəngarəngliyi, Türk toplumların sırasını pozmayıb onların tədbirdə iştirakını təmin etmək üçün maksimin səy göstəriblər. Məncə onların bu fədakarlıqları da alqışlanmalıdı.

Beləliklə, Türk ruhunu hiss etdirən, Türklüyü doya-doya yaşadığımız bir tədbiri daha geridə qoyduq. Bütün Türk toplumları öz ölkələrinə yaşadıqları bu gözəl hisslərlə döndü. Qarşıda isə Macarstanda 10-15 avqustda keçiriləcək böyük Türk-Hun Qurultayı günləri bizi gözləyir.









{img27




İlqar İlkin

VIDEO
Türk Dövlətlərinin hərbi alyansının yaradılması da gündəmə gələ bilər - 24.06.2022
 
Anadolunun “Anadolusu”nda Türk ruhu yenidən oyandı
 
İlham İsmayılov: “Rusiya sülhməramlılarının son hərəkətləri, onların vaxtından əvvəl ölkəmizdən çıxarılmasına əsas yaradır”
 
İlham İsmayılov: “Köhnə sovet məkanında yaşayan bütün xalqlar işğalçıya qarşı milli mübarizəyə qayıtmalıdırlar” - 28 fevral 2022 il
 
Zelenskini nə gözləyir: öldürülə bilərmi? - Ekspertdən açıqlama - 25 fevral 2022 il
 
HOCALI ŞEHİTLERİ İÇİN BRÜKSEL’DE ANMA PROGRAMI DÜZENLENLENDİ - 25 fevral 2022 il
 
Brüsseldə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi - 25 fevral 2022 il
 
Belçikada Avropada yaşayan azərbaycanlı icma nümayəndələri Xocalı qurbanlarını yad etdilər  - 26 fevral 2022 il
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« İyun.2022
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

Gecə: +24.. +26aydn yağmursuz
Səhər: +26.. +28aydn yağmursuz
Gündüz: +27.. +29aydn yağmursuz
Axşam: +25.. +27aydn yağmursuz
Atm. təziyi: 753 ìì
Rütübət: 51 %


free counters

© 2022 www.atxem.az
Powered by Danneo