Axtarış: 
Azərbaycan Türk Birliyinin konsalidasiyasında muhum rol oynayır - 11noyabr 2022 il
+  -  Çap 
Yerləşdirilib: 26.02.23 | Baxılıb: 570
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


İlham İsmayılov: "Türk Dövlətləri Təşkilatının fəaliyyəti və dövlət başçılarının qərarlı bir şəkildə yürütdükləri siyasət Türk Birliyi ölkələrini dünyada söz sahibinə çevirib"

Xəbər verdiyimiz kimi, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilb. Tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və Təşkilatın yeni Baş katibi Kubanıçbek Ömüralıyev iştirak və çıxış ediblər.

Tədbirlə bağlı fikirlərini bölüşən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib ki, bu Zirvə görüşü zaman və məkan, eləcə də müzakirə olunan mövzuların dərinliyi və həssaslığı baxımından da olduqca maraqlı və yaddaqalan oldu. "Zaman və məkan baxımından ona görə deyirəm ki, indiki vəziyyətdə dünyada və regionda baş verən müharibələr və kataklizmlərin mövcud olduğu bir vaxtda bu zirvə görüşünün belə möhtəşəm şəkildə Orta Asiya regionunda keçirilməsinin özü bütün Türk Dövlətlərinin uğuru sayılmalıdır. Əvvala Özbəkistan əvvəlki Zirvə görüşlərindən fərqli olaraq,bu gün Türk Birliyi ilə bağlı məsələlərdə daha aktiv bir şəkildə proseslərə qatılıb. Həm də bu proseslərdə iştirakı zamanı Özbəkistanı daha çox bu gün Rusiyanın təsir dairəsindən azad və müstəqil siyasət yürütdüyünü görə bilirik. Bu fikirləri sadəcə bu günkü tədbirə görə yox, son bir neçə il ərzində Özbəkistanın Türk Dövlətləri, o cümlədən ölkəmizlə və Türkiyə ilə bağlı münasibətlərindəki dinamik inkişafa əsaslanıb demək mümkündür. Əslinə qalsa, Orta Asiya Türk Dövlətlərinin hər birində biz artıq Rusiyanın təsir dairəsinin zəiflədiyini müşahidə edirik. Təbii ki, doqquzuncu ayında davam edən Rusiya-Ukrayna müharibəsi və Rusiyanın itirdiyi imici və gücü də bu amillərə təsir edir. Lakin hesab edirəm ki, 2009-cu ildə ilk dəfə Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatının fəaliyyəti və dövlət başçılarının qərarlı bir şəkildə yürütdükləri siyasət bu gün Türk Birliyi ölkələrini söz sahibinə çevirib və artıq bütün beynəlxalq birliklər, dünya dövlətləri belə bir Birliyin mövcudluğunu ciddi şəkildə qəbul edir və hesablaşırlar".

İlham İsmayılov IX Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında toxunduğu soydaşlarımızla bağlı məsələyə diqqət çəkərək, bildirdi ki, prezidentin çıxışı son vaxtlar İranın ölkəmizə qarşı təhdidlərinə əsaslı və tutarlı bir cavab idi. "Azərbaycan prezidenti Türk Dövlət Təşkilatlarının yüksək Zirvə görüşündə dünyadakı 40 milyondan çox soydaşımızın ana dilində təhsil ala bilməməsini, onların pozulan hüquqlarına Azərbaycanın laqeyd qalmayacağını qeyd etməklə, həm də onların problemlərini geniş tribunadan dilə gətirməklə İranın artan təhdidlərinə cavab vermiş oldu. Eyni zamanda soydaşlarımızın problemini ümumtürk konteksində təqdim etməklə, dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlaması, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səyləri də birləşdirməyin vacibliyini diqqətə çatdırdı. "Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması daim təşkilatın gündəliyində olmalıdır, bu istiqamətdə lazımi addımlar atılmalıdır" - deyərkən Azərbaycan prezidenti yalnız dünyada yaşayan Azərbaycanlıları deyil, həm də Türk dövlətlərdən kənarda yaşayan Türk toplumunu nəzərdə tuturdu. Bu olduqca vacib məsələdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı bu istiqamətdə səylərini daha çox artıracaq, Türk Dövlətlərindən kənarda yaşayan, türklərin təşkilatda daha aktiv iştirakını da təmin edəcəklər. Biz ictimai təşkilat olaraq 15 ildən çoxdur ki, bu istiqamətdə fəaliyyət göstəririk və bütün türk toplumları ilə də əlaqələrimiz mövcuddur. Sevindirici haldır ki, bu istiqamətdə görülən işlər artıq daha geniş müstəvidə baş verir. Dövlət başçılarımız səviyyəsində türk toplumlarının problemləri Zirvə görüşlərində gündəmə gətirilir, onların Türk Birliyindəki yerləri göstərilir. Azərbaycan prezidentinin dilindən bu məsələnin səslənməsi isə bir daha sübut edir ki, Azərbaycan hər zaman olduğumu kimi bu gün də Türk Birliyinin konsalidasiyasında mühüm rolun oynayır".

ATXƏM sədri İlham Əliyevin işğaldan azad edilən Azərbaycan torpaqlarında bərpa quruculuq işlərində Türk Dövlətlərinin iştirakı ilə bağlı çağrışını da yüksək qiymətləndirərək, bildirdi ki, bu prosesdə bütün Türk Dövlətlərinin iştirakı həm birlik, bərabərlik baxımından, həm də ortaq iqtisadi maraqlar baxımından olduqca vacibdir. "Bu gün Zəngəzur dəhlizinin açılmasına görə İran Azərbaycanı təhdid edir. Bu dəhliz yalnız Azərbaycanın deyil, Türkiyəni də Orta Asiya Türk Dövlətləri ilə bağlayan mənəvi və iqtisadi bir bağdır. Bu hər bir ölkə üçün yaranmış fürsətdir və bunun reallaşması üçün əmək sərf edilməlidir. Aydındır ki, Fransa, İran, Ermənistan başda olmaqla bəzi ölkələr bu dəhlizin aşılmasını arzu etmirlər. Lakin bu dəhliz həm də Türk Dövlətlərini birləşdirən, onlar arasında iqtisadi bağları dərinləşdirən bir xəttdir və bunu reallaşması üçün Türk Dövlətləri da birlik nümayiş etdirməlidirlər. "

baymedia.az

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gecə: +7.. +9buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +9.. +11buludlu yağmursuz
Axşam: +4.. +6buludlu yağmursuz
Atm. təziyi: 764 μμ
Rütübət: 72 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo