Axtarış: 
İctimai təşkilat Türkiyəyə yardımda nümunə göstərir - 08 fev 2023
+  -  Çap 
Yerləşdirilib: 27.02.23 | Baxılıb: 851
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


İki gün əvvəl qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra bütün dünyadan zəlzələ bölgəsinə texniki, humanitar yardımlar göndərilməkdə davam edir.

Ölkəmiz ilk ölkələrdən oldu ki, dağıntı bölgəsinə xilasedicilər, səhra xəstəxanası ilə yanaşı, fəlakətdən zərər görmüş insanlar üçün dərhal humanitar yardım da göndərdi.

Azərbaycan hökumətinin atmış olduğu bu addımlarla yanaşı, sadə insanlar, vətəndaş cəmiyyəti nümayəndələri də öz növbəsində hərəkətə keçərək, öz qardaş dəstəyini əsirgəmədi.

Zəlzələ bölgəsinə isti geyimlərdən tutmuş, qida, yataq dəstlərinə, çadırlara qədər hər kəs imkanı çatan qədər öz qardaşlarına yardıma tələsirlər.

Yardıma gələn ictimai təşkilatlar arasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin yardım bağlamaları diqqətimizi cəlb etdi.

Demokrat.az-ın məlumatına görə, əsasən uşaqlar, qadınlar və qocalar üçün nəzərdə tutulmuş bağlamalarda yeni isti geyimlər, ayaqqabılar və qış paltarları göndərilir. Bu yardım, ilkin olaraq mərkəzin sədri İlham İsmayılovun təşəbbüsü ilə göndərilir. Eyni zamanda, zəlzələdən zərərçəkən ailələrə maddi yardım da göstərilib. Gələcəkdə zərurət yaranacağı təqdirdə, yenidən bu cür aksiyalarda təşkilat öz dəstəklərini göstərəcək.

Qeyd edək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq mərkəzi daha əvvəllər də bu cür aksiyalarda mütəmadi iştirak edib. Pandemiya dövründə onlarla ailəyə təşkilat tərəfindən yardımlar olunub.

demokrat.az

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo