Axtarış: 
QHT və Media nümayəndələri Türkiyə səfirliyini ziyarət edib - 15 fevral 2023
+  -  Çap 
Yerləşdirilib: 27.02.23 | Baxılıb: 664
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Bu gün bir qrup QHT və Media nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət ediblər.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü ilə baş tutan taziyə ziyarətində səfirlik önündə Türkiyədə zəlzələdə ölənlərin xatirəsi yad olunub, daha sonra səfir Cahit Bağçı ilə görüşüblər. Görüşdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov, Biosfer İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, ATXƏM-in icra katibi İlqar İlkin, Cəmiyyət və Vətəndaş Münasibətləri İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Ailələrə Sosial Dəstək İB-nin sədri Esmira Rəhimova, İnkişafa və İslahatlara Dəstək İB-nin sədri Ramil Əliyev, Demokrat.az saytının rəhbəri Vasif Həsənli, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə iştirak ediblər.

QHT nümayəndələri bildiriblər ki, fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ miqyasına görə son yüzilin ən böyük fəlakətlərindən biridir. Fəlakət baş verən gündən Azərbaycan xalqı bir nəfər kimi qardaş Türkiyə ilə birlik və bərabərlik nümayiş etdirərək, ilk yardıma başlanılmışdır. Azərbaycan QHT-ləri də bu yardım kampanyalarında fəal iştirak edib, zəlzələdən zərər çəkənlərə yardımı təşkil etmək üçün İctimai Dəstək platforması yaradıblar. Bu platformada birləşən təşkilatlar bundan sonra da davamlı olaraq zəlzələdən zərər çəkənlərə öz yardımlarını davam etdirəcəklər.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı taziyə ziyarəti üçün təşəkkür edərək, bildirib ki, Azərbaycan Türkiyədəki zəlzələdən zərər çəkənlər üçün yardım edən ölkələrin başında gəlir. Biz bu yardımların göstərilməsində həm dövlətin, həm də Azərbaycan xalqının ürəkdən birlik və bərabərlik içərisində çalışdığını gördük. Bu bizim qardaşlığımızı, birliyimizi daha da gücləndirir.

VIDEO
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Mar.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo