Axtarış: 
Yasımıza hörmət etməyənlər, toylarımızda süfrə başında otura bilməzlər... - 18 fevral 2023
+  -  Çap 
Yerləşdirilib: 27.02.23 | Baxılıb: 504
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


İlham İsmayılov: “Təəssüf edirəm ki, bizim ölkəmizdə belə məqamlarda müğənnilərin böyük əksəriyyəti sosial məsuliyyətini unudur, ləyaqətli davranış sərgiləyə bilmir, hətta gülünc duruma düşürlər” Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələdən sonra bütün dünya bu dəhşətli fəlakətin aradan qaldırılmasına səfərbər oldu. Hətta Türkiyə ilə siyasi, diplomatik gərginliklər yaşayan Yunanıstan,İsrail, Ermənistan kimi dövlətlər də bu insanlıq faciəsi üçün öz potensial yardımlarını göstərdilər.

Bu cür faciələr, təbii fəlakətlər bütün insanlıq üçün bir dərs olmaqla yanaşı, həm də insanları acılar ətrafında birləşdirir. Təbii ki, qardaş Türkiyədə baş verən zəlzələ, dağıntıların acısını türk xalqı ilə yanaşı, eyni soykökə sahib olan Azərbaycan xalqı da yaşadı. Xalqımız uşaqdan-böyüyə bir nəfər kimi səfərbər olub, öz qardaş köməyini layiqincə göstərdi.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bidirib ki, Azərbaycan xalqı yüz il əvvəl də eyni ürəklə və səxavətlə qardaş Türkiyə Cumhuriyyəti Birinci dünya savaşında ona belə bir genişmiqyaslı yardım göstərmişdi: “Tarix sanki təkrarlanır. Azərbaycan və Türkiyə tarixin bir çox mərhələsində ortaq acıları və qədəri paylaşmalı olublar. Hər zaman da hər iki dövlət və xalq tarix qarşısında üzü ağ və yeni tarix yazaraq öz yoluna davam ediblər. Hər iki dövlətimiz düşdükləri ağır durumlardan güclənərək çıxıblar. Bu gün də qardaş Türkiyə çox böyük acılardan keçir və əminik ki, bu çətin günlər tezliklə bitəcək, Türkiyə bu durumdan güclənmiş şəkildə çıxacaq”.

İlham İsmayılov bildirib ki, faciədən iki həftə vaxt keçsə də, hələ də Azərbaycanda matəm havası hiss olunur. “Faciənin böyük miqyas alması, 35 min insanımızın ölümü, 100 mindən çox yaralıların olması, dağıntıların fantastik ölçüdə olması Azərbaycanda hər kəsi sarsıtdı. Demək olar ki, heç kimin üzü gülmür, hamı bu faciəni öz içində yaşayır. Bir neçə gün əvvəl Türkiyə səfirliyinə taziyə ziyarətinə getmişdik. Səfirliyin önündə hətta uşaq bağçalarından belə uşaqlar gül-çiçəklə gəlib Türkiyənin acısını paylaşırdı. Bu əsl qardaşlıq nümunəsidir. Rəsmi olaraq matəm günü olunmasına gərək olmadı, xalqımız özü matəmdə olduğunu hər addımda göstərdi”.

ATXƏM sədri təəssüflə bildirib ki, Azərbaycan və Türkiyənin belə bir durumda olduğu zamanda bəzi sənət adamlarının ləyaqətsiz davranışları utancverici və qəbuledilməzdir. “Dünyanın bir çox məşhur ulduzları Türkiyə üçün yardımlara başladı. Madonna bütün fanatlarına müraciət edərək, sənət dünyasını Türkiyə və Suriya üçün yardım etməyə çağırdı. Təəssüf edirəm ki, bizim ölkəmizdə belə məqamlarda müğənnilərin böyük əksəriyyəti sosial məsuliyyətini unudur, ləyaqətli davranış sərgiləyə bilmir, hətta gülünc duruma düşürlər. Özünü sənətkar kimi cəmiyyətə sırıyan Nadir Qafarzadənin faciə günlərində özünə təmtəraqlı ad günü keçirməsi şərəfsizlik və mənəviyyatsızlıqdı. Bu cür adamlar üçün dəyər anlayışı, mənəviyyat çox uzaqdır. Nadir Qafarzadə isə bu cür mənəviyatsızlığı yalnız bu gün etməyib. Əvvəllər də Xocalı soyqırımı günləri ərəfəsində, 31 mart Azərbaycanlıların soyqırımı günlərində də bənzər hərəkətlərə yol vermişdi. Bu cür halları təkrarlamağı ondan xəbər verir ki, Nadir Qafarzadə deyəsən bu hərəkətləri bilməməzlikdən deyil, əslində bilərəkdən xalqımızın faciə günlərində etməkdən zövq alır. Türk kimliyinə anlaşılmaz və xoş olmayan münasibəti onun məkirli yanaşmasını dəfələrlə göstərib. Ola bilsin ki, Nadir etnik olaraq türk kimliyini daşımır, amma Türk və Azərbaycan xalqının faciə günlərində kef məclisi qurmaq, şadlanmaq isə dünyada yalnız ermənilərə xas olan xüsusiyyətidir. Ümumiyyətlə, bu adam üçün müqəddəs dəyərlər qalmayıb. Amma cəmiyyət olaraq bu adamlara layiq olduğu yeri göstərməliyik. Yasımıza hörmət etməyən adam, toylarımızda süfrəmizin başında otura bilməzlər. Bu cür adamlar ictimai qınağa tuş gəlməlidirlər ki, öz yerlərini və həddlərini bilsinlər”.

baymediya.az

Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri bu gün Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyində olublar. - 14.09.2023
 
Qərbi Azərbaycan İcmasında QHT rəhbərləri ilə görüş keçirilib -  31.07.2023
 
İlham İsmayılov: “Xaçaturyanın aqibətini Zori Balayan da yaşamalıdır” -  01.08.2023
 
İlham İsmayılov: “Beynəlxalq Qırmızı Xaç Komitəsi dərhal etiraz bildirilməlidir”- 11 may 2023 il
 
Dağüstü parkda atəşfəşanlıq — 28 May 2023
 
QHT təmsilçiləri Kahramanmaraşda  - 12 may 2023 il
 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının Vəqflər Baş İdarəsində növbəti görüş keçirilib -11 May 2023 il
 
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2023
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +21.. +23aydn yağmursuz
Səhər: +23.. +25aydn yağmursuz
Gündüz: +24.. +26dumanlı yağmursuz
Axşam: +23.. +25dumanlı yağmursuz
Atm. təziyi: 766 ìì
Rütübət: 44 %


free counters

© 2023 www.atxem.az
Powered by Danneo