Axtarış: 
Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi - 21.10.2023
+  -  Çap 
Yerləşdirilib: 26.10.23 | Baxılıb: 626
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Niderland Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyəti Haaqa şəhərindəki Xocalı abidəsini ziyarət edib.

Demokrat.az xəbər verir ki, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutan anım mərasimində ATXƏM sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, Niderlanddakı Azərbaycan diaspor təşkilatı olan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Belçika Gent Türk Ocaqlarının Fəxri Sədri Recep Tuncer Sarı, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Xocalı abidəsinin önünə gələrək, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Daha sonra çıxış edənlər Xocalı soyqırımı məsələsində ədalətə nail olmaq naminə "iki dövlət, bir millət"in diasporunun var gücü ilə çalışdığının önəmini vurğulayıb, bu birliyin nəticəsində artıq Xocalı qurbanlarının qisasının alındığını deyiblər.

Mərasim iştirakçıları qalib Azərbaycan dövlətinin Xocalı soyqırımını törədənlərin hər birinin ədalət qarşısına çıxarılmasına nail olacağına əminlik ifadə edib. {img2} Çıxış edənlər həmçinin bildirib ki, Azərbaycan xalqı Qarabağ kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana da mütləq geri qayıdacaq. Artıq bunun üçün tarixi zərurət yaranıb və biz mütləq Zəngəzura, İrəvana, Göyçəyə, Dərələyəzə dönəcəyik.

ATXƏM sədri İlham İsmayılov, millət vəkilləri Əziz Ələkbərli və Hikmət Babaoğlu İlhan Aşkın başda olmaqla, dərnəyin təşəbbüsü ilə burada 2007-ci ildə abidə ucaldıldığını xatırladaraq, dərnək başqanına təşəkkürlərini çatdırıblar.

{img3}Qeyd edək ki, oktyabrın 21-də Niderland Krallığının Haaqa şəhərində "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri" adlı beynəlxalq konfrans keçiriləcək.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belinuks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Niderland Parlamentinin (Tweede Kamerin) "Nieuwspoort" Media Mərkəzində keçiriləcək beynəlxalq tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutacaq.

{img4}Onu da bildirək ki, sözügedən tədbirdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli Niderlandda səfərdədir.




Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo