Axtarış: 
"Ötən 20 ildə bir çox sahələrdə inkişafa yol açan islahatlar aparılıb" ATXƏM sədri - 1 Fevral 2024 il
+  -  Çap 
Yerləşdirilib: 04.02.24 | Baxılıb: 540
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter

"Bu il növbədənkənar prezident seçkilərinin keçirilməsi iki cəhətdən əhəmiyyət kəsb edir. Birincisi, ona görə ki, müstəqillikdən sonra ilk dəfə seçkilər bütün suveren ərazilərimizi əhatə edəcək. İkincisi isə bu seçkilər xalqın cənab Prezident İlham Əliyevin 20 illik hakimiyyətinə verdiyi qiymət kimi tarixdə öz yerini tutacaq".



Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov deyib.

O qeyd edib ki, geridə qoyduğumuz 20 il ərzində iqtisadi, sosial sahələrdə, aqrar sektorda, ordu quruculuğu sahəsində və vətəndaş cəmiyyəti daxilində ölkənin inkişafında rol oynayan mühüm islahatlar aparılıb:

"Güclü iqtisadiyyat bütün dövlətlər üçün inkişafın təməlini təşkil edir. İqtisadi imkanlarımızın güclənməsi ötən 20 ildə iqtisadi sektorun inkişafı üçün atılan davamlı addımlar, sahibkarlara yaradılan münbit şərait, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və ölkəyə sərmaya qoyuluşu imkanlarının artırılması ilə birbaşa bağlıdır. Yeni dövrdə iqtisadi sahədə də yeniliklər olmalıdır. Hesab edirəm ki, bu yeniliklər həm də iqtisadi cinayətkarlığa yol verən, sahibkarlığın inkişafına süni əngəllər yaradan, münbit rəqabət mühitinin olmasını əngəlləyən məmurların, məsul şəxslərin tutduqları postlardan uzaqlaşdırlması ilə daha da güclənəcək" .

İ.İsmayılov bildirib ki, Azərbaycan bu gün regionda əsas söz sahiblərindən birinə çevrilib:

" 30 il davam edən Ermənistan təhdidi artıq arxada qalıb. Azərbaycan xalqı daxili problemlərin həllinə, köklü islahatların aparılacağına inanır. Ölkə başçısının xarici qüvvələrə, separatçılara tuşlanmış "dəmir yumruğ"unun indi də daxildə inkişafımızı əngəlləyən, xalqı, sahibkarları incidən bəzi qurumlara və şəxslərə qarşı çevrilməsinin vaxtı yetişib. Bu gün cəmiyyətdə saflaşma, təmizlənmə getməlidir. Milli, vətənpərvər şəxslərin icra strukturlarında çalışması dövlət maraqlarının təmin olunmasına daha çox fayda verəcək. İnanırıq ki, 7 fevral seçkiləri hər qarış torpağımızda azad şəkildə keçiriləcək seçkilər kimi tarixdə öz yerini tutacaq. Bu seçkilərdən sonra daxildə islahatların müşahidə edilməsi gözləniləndir" .

Törə Zeynallı

Demokrat.az

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo