Axtarış: 
"Turan" brendi Türk dünyasına nə vəd edir? - 23 May 2024 il
+  -  Çap 
Yerləşdirilib: 05.06.24 | Baxılıb: 428
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Mayın 2-3-də Bakıda "2024-cü il Türkdilli Dövlətlərin İqtisadi Forumu"nda qoyulan əsas məsələ türkdilli ölkələrin brendlərini dünyada tanıtmaq idi. Bu barədə Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov media qurumlarına məlumat vermişdi (françayzinq bir tərəfin (françayzer) ödəniş əsasında digər tərəfə (françayzi) öz biznesinin idarə edilməsi hüququnun verilməsidir, bir növ icarə markanın icarəsi).

Daha sonra mayın 17-də Qazaxıstanda Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını birləşdirən "Made in Turan" brendi yaradıldi. "Made in Turan" markası Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi deməkdir.

C. Mövsümov qeyd etmişdir ki, bu brendin yaradılmasında məqsəd türkdilli ölkələr arasında mövcud investisiya imkanlarının öyrənilməsi, brendlərin beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlər arasında kommersiya əlaqələrinin daha da inkişaf etdirilməsi və türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq və nəticədə şirkətlər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsinə, inkişaf etdirilməsinə gətirib çixaracaq. Bu brendin tətbiq olunması nəticəsində xüsusi güzəştlər əldə olunacaq və türk dövlətləri arasında ticarət dövriyyəsi xeyli artacaqdır.

Bildiyimiz kimi, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında bir çox siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq getdikcə daha da inkişaf etməldədir. Türk dünyası ölkələrinin qədim İpək Yolunun üzərində yerləşməsi ti­carət dövriyyəsinı artmasına və türk dövlətlərinin regionda iqtisadi gücə çevrilməsinə şərait yaratmışdir.

Uzun illər fəaliyyət göstərən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi indiyə qədər gördüyü işlərdə türkdilli dövlətlər arasında inteqrasiyanın inkişaf etdirilməsinə, mədəni, tarixi, elmi, iqtisadi, hərbi və ticarət əlaqələrinin gücləndirilməsinə həmişə tərəfdar olmuş və təbliğ etmişdir. Düşünürəm ki şengen ölkələri arasında vahid pul məkanının olması kimi, türkdilli dövlətlər arasında da yaradılan bu vahid brend məsuliyyəti artıracaq, beynəlxaq rəqabət apara bilməsi üçün ölkələrdə istehsal olunan məhsulların keyfiyyətinin artırılmasına gətirib çıxaracaq. Biz bu təşəbbüsü Türk Dünyası Birliyinin möhkəmləndirilməsində müsbət bir addım kimi qiymətləndirir və dəstəkləyirik.

Turan dövlətlərinin adının hallandığı bu brend ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsimdə mühüm addımdir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri
İlham İsmayılov

TÜRKÜSTAN TV

VIDEO
Güneyli soydaşlarımız üçün tarixi fürsət - 05.03.2026
 
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Mar.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo