Axtarış: 
Mandatsız deputat - 06.07.2024
+  -  Çap 
Yerləşdirilib: 07.07.24 | Baxılıb: 460
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Nə barım var, nə barxanam,
Ömür yükü saxlamağa,
Allah məni yarı öldür,
Yarı saxla ağlamağa.

(Vaqif Səmədoğlu)


Biz hələ orta məktəbdə oxuyanda müəllimlərimiz bizi elə öyrədirdi ki,ailədə,təhsildə,ictimai həyatda fəaliyyət elə istiqamətlənməlidir ki,əxlaqi gözəllik hər kəsin mənəvi təlabatı olsun. Etik münasibətlərdə layəqət hamının şəxsi əqidəsinə çevrilməlidir.

Dostlar, çox həssas məqam qarşısındayıq Parlament seçkilərinə ciddi hazırlaşmalı və istədiyimiz şəxs İlham İsmayılovun namizədliyini elliklə bir səslə müdafiə etməliyik. Yaddan çıxarmayaq ki, İlham Surxayoğlunun üç dəfə mandatı zorla əlindən alınıb. Zənnimizcə, indi dövr o dövr deyil,seçkilərin tam obyektiv keçirilməsi üçün şərait yaradılması vəd olunur.

Bəlkə də İlham dost-tanışlarımın içərsində yeganə adamdır ki,üzünə baxanda onun gözlərinin dibini,sonunu görməmişəm. Onun gözlərində mehribanlıq,doğmalıq layları görmüşəm.

Səmimiyyət görmüşəm. Nifrət, hikkə layları, həsəd qatları görməmişəm. Ayrı-ayrı adamlarla görüşəndə bu layların,bu qatların bir-birini asanlıqla əvəz etdiyini sezmişəm. Bəlkə bu onun son dərəcə dərinliyindən,dolu və zənginliyindən,maraqlı bir insan olmağından irəli gəlir. Onunla birgə olanda,yol gedəndə,saatlarla danışmasaq belə heç vaxt darıxmır,bəlkə də bütün nigarançılığı unudur,dərdləri yaddan çıxarır,bu anların daha çox olmasına intəhasız bir ehtiyac duyuram.

O sənin tanıdığın,bildiyin dost-doğma sudan,otdan,daşdan,qayadan,arıdan,ətirdən,tikandan və tanımadığın bir adamdan danışanda da elə bil təzə şey deyir sanki sən onunla yenidən təzə tanış olursan. Əgər səhərisi bunlardan yenə danışsa,dünən dediklərini təkrar etməyəcək,elə bil o dünyanın hər günü ilə və gündə qarşılaşdığı hər şeylə birinci dəfə görüşür,onların forması,məzmunu,təhər-tövrü xasiyyətləri ilə səni təzədən tanış edir. Bütün bunlar onun böyüklüyündən,dərinliyindən,ucalığından gələn amillərdir. Adam onunla təmasda olanda sanki qəlbinin şamı yanır,həyata inamın artır,eşqin çağlayır. Bu sətirləri yazarkən xarici səfərlərimizdən birini xatırladım. Qardaş Türkiyənin İğdır şəhərinə gedəsi idik. Naxçıvana təyyarəylə uçduq. Orada bizi hərarətlə qarşılayıb,təzə bir mikroavtobusa əyləşdirdilər. Oturduğumuz mikroavtobusda o uzaqlıqda yolu necədə yaxın etdik.

Əlbəttə yol yoldaşımız mərhum Qulam Sadiqin və digər yoldaşların da duzlu, məzəli ibrətamiz söhbətləri də uzaq yolu yaxın etdi. İlhamın klassik və müasir şairlərin şeirlərini deməsi, lətifələr söyləməsi xüsusi maraq doğururdu. Heyrətlənirdik. Elə bil onu yenidən kəşf edirdik. İlham gözümüzdə daha da böyüyür,ülviləşir,müdrikləşirdi. Həssas duyumlu Qulam müəllimlə səfər təsuratımızı bölüşəndə heyrətini gizlədə bilmədi. Ləzzət içində yaşadım. İlhamı yaxından tanımamaqda özümü qınadım. Bu səfərdə dost məhəbbətinin şəhdi-şəbi bəxtiyarlığımdır. Hacı Cəfər müəllim, mən İlhamı yenidən kəşf etdim. Bu kəşfimdən onunla mehribanlıq dan yaranan bir aləmin sakini olduğum üçün qismətimdən razıyam. İlhamın sözlərinin o qədər böyük məna yükü vardır ki,onları bir yerə yığsaq ağıl sinfonyası kimi elə səslənər ki,adam həmişəlik xoşbəxt olar. Düz deyirsən Qulam müəllim Ulu Tanrı ona həssas, zərif, kövrək, geniş bir ürək bağışlamışdır. Elə ona görə də İlhamın etdikləri və edəcəkləri müdrik xalqımızın səadətinə,gələcəyinə xidmət üçün onu Parlamentdə görmək hamımızın müqəddəs arzusudur.

Cəfər Cəfərli

yazıçı-filoloq

Demokrat.az

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo