Axtarış: 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
+  -  Çap 
Yerləşdirilib: 12.09.24 | Baxılıb: 482
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Avqustun 11-də ölkəmizə böyük bir heyətlə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin ildönümü münasibətilə səfər etmiş İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) qonağı olmuşdur. Tədbir iştirakçıları Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin ruhunu yad ediblər.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov rəhbərlik etdiyi təşkilatın ənənəvi olaraq 15 sentyabrda Bakının işğaldan azad edilməsinin ildönümünü hər il bir bayram kimi qeyd etdiyini vurğulayıb.

İ. İsmayılov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmində Nuru Paşanın rəhbərliyi altında Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasının tarixi əhəmiyyətlini qeyd edib, misilsiz qəhrəmanlıqlarından danişdi. O, Azərbaycan-Türkiyə dostluq-qardaşlığına toxunaraq, qeyd edib ki, iki ölkə arasındakı münasibətlər bütün dünya üçün bir örnəkdir.

İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinın sədri Səfər Karakoyunlu çıxış edərək, dərnək adından ATXƏM sədri İ.İsmayılova səmimi qarşılanma və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Türkiyə-Azərbaycan birlyinin, qardaşlığının əbədi olduğunu qeyd etdi. Qonaqlar ATXƏM sədri İ.İsmayılova xatirə hədiyyələri təqdim etdilər. Qonaqlar proqram müddətində Şuşa şəhərini və Quba Soyqirimi Memorial Kompleksini ziyarət edəcəklər. Daha sonra Şəhidlər xiyabanında Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni və İkinci Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimizin məzarını ziyarət edəcəklər.

Tədbirdə Türkiyə Səfirliyi, Bakı Əlaqələr üzrə müşaviri Cihangir İşbilir və digər tanınmış QHT və mətbuat orqanlarının rəhbərləri iştirak etdilər.

Tədbirin sonunda Qafqaz İslam Ordusunun xilaskar missiyasının ildönümü ilə bağlı gələn qonaqların şərəfinə ziyafət verilmişdir.

ATXƏM İB-nin
Mətbuat Xidməti

VIDEO
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir - 17.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Axşam: +3.. +5dumanlı yağmursuz
Gecə: +2.. +4dumanlı yağmursuz
Səhər: +4.. +6dumanlı yağmursuz
Gündüz: +6.. +8dumanlı yağmursuz
Atm. təziyi: 765 μμ
Rütübət: 76 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo