Axtarış: 
Brüsseldə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda layihə həyata keçirildi. - 25.10.2024
+  -  Çap 
Yerləşdirilib: 29.10.24 | Baxılıb: 90
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


23-27 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində tərəfdaş təşkilat Azərbaycan-Belçika Dostluq Cəmiyyəti ilə birgə Avropanın siyasi mərkəzi olan Belçika Krallığının paytaxtı Brüssel şəhərində "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda silsilə tədbirlər keçirilib.

Oktyabrın 25-də Brüssel şəhərində "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Haachtse Steenvegdə Türk Dərnəkləri Birliyi Mərkəzində keçirilən beynəlxalq konfransda Azərbaycandan gələn nümayəndə heyəti, Belçika-Türkcə Media Birliyinin sədri Hüseyn Dönməz, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Belçika-Gent Türk Ocaqları Mərkəzinin rəhbəri Rəcəp Tuncer Sarı, Belinuks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri, Qərbi Azərbaycan əsilli İlhan Aşkın, Belçika Beynəlxalq Demokratlar Birliyinin (UİD) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ahmet Kürü oğlu, Belçika Beynəlxalq Demokratlar Birliyinin (UİD) Bölgə başkanı Yusuf Taşpinar, Belçika Beynəlxalq Demokratlar Birliyinin (UİD) Bölgə katibi Murat Asla, "Qazete Türk" Haber qəzetinin baş direktoru Necdet Özkan, CHP Belçika Dərnəyinin qurucusu Bilal Özcan, Beringen musiqi klubunun dərnək başkanı İsmayıl Erdoğan, Eski Türk Federasiyasının baş katibi Nuri Sarıkaya, Belçika Rumeli Türk Dərnəyinin başkanı Turan Türe, Fireland Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva, İslam Birliyi Avropa Türk Mədəniyyət Mərkəzinin sədri Həbıb Yıldırım, Brüsseldə Musiqi klubunun rəhbəri Zeki Yalçın, həmçinin Azərbaycanın Belçikadakı diplomatik korpusunun, diaspora təşkilatlarının, yerli mətbuatın nümayəndələri, Belçika, Holland, Azərbaycan,Türk və Avropada fəaliyyət göstərən icmaların üzvləri və digər qonaqlar iştirak etmişlər.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnləri ilə açılıb və Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanlar bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “ İRƏVAN _ Gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirildi.

Film nümayişindən sonra tədbiri giriş sözü ilə açan Belçika-Türkcə Media Birliyinin sədri Huseyin Dönməz qonaqları salamlayaraq, bildirmişdir: "Azərbaycan öz torpaqlarını azad edərək zəfər qazandıqdan, öz suverenliyini bərpa etdikdən sonra artıq dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Tarixi ədalət bərpa olundu. Bu gün Ermənistan ərazisi hesab olunan Qərbi Azərbaycan tarixi faktlar əsasında Azərbaycan torpaqlarıdır. Keçən əsrdən başlayaraq Qərbi Azərbaycandan qovulmuş və deportasiya olunmuş soydaşlarımızın öz doğma vətənlərinə təhlükəsiz və ləyaqətlə dönüşü beynəlxalq hüquqlar əsasında təmin olunmalı və ermənilər bu vaxta qədər Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə görə cavab verməlidirlər".

Konfransda çıxış edən ATXƏM İB-nin sədri İlham İsmayılov çıxış edərək bildirmişdir: "Bu gün Avropanın siyasi mərkəzi olan Brüsseldə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ahentliyinin maliyyə yardımı ilə ATXƏM İB "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda layihə həyata keçirir. Azərbaycan regionda apardığı siyasəti, nüfuzu və ədalətin yanında olmağı özünə borc bilən bir çox ölkələrin dəstəyilə Qarabağda öz ərazi bütövlüyünü təmin edib, bundan sonra isə yüz il əvvəl İrəvanın və Qərbi Azərbaycan ərazilərinin ermənilərə güzəştə gedilməsi ilə bağlı tarixi səhvimizi düzəltməyə çalışmalıyıq.

Azərbaycan prezidentinin xüsusi qayğısı və təşəbbüsü ilə yaradılan Qərbi Azərbaycan İcması öz torpaqlarından qovulmuş soydaşlarımız üçün bir ümid yerinə çevrilməklə, həm də hər birimiz üçün yeni bir hədəf müəyyənləşdirmiş oldu. Qarabağın işğaldan azad olunması, Ermənistanın kapitulyasiyası, Zəngəzur dəhlizinin açılması ilə bağlı başladılan genişmiqyaslı işlər Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdacağı ümidini də artırmış oldu. Bunun üçün İcma tərəfindən əsaslı şəkildə Qayıdış Konsepsiyası hazırlandı. Bu Konsepsiyanın həyata keçirilməsi üçün beynəlxalq dəstəyin alınması, problemlə bağlı geniş məlumatlandırma işlərinin aparılması zərurət kimi ortaya çıxır. Qərbi Azərbaycana Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün bir sıra addımlar atılmalıdır. Bu addımlardan biri kimi beynəlxalq aləmin problemlə bağlı məlumatlandırılması, beynəlxalq təşkilatlardan və ictimayyətdən dəstəyin alınmasıdır. Ermənistan Qərbi Azərbaycana qayıdacaq azərbaycanlılar üçün Avropa Şurası qarşısında milli azlıqlarla bağlı götürdüyü öhdəliklərə tam əməl etməlidi.

Bu sözü həmişə demişəm: Biz Qarabağ problemi həll olunanadək hamımız Qarabağlıydıq, bu gündən etibarən isə hamımız Qərbi Azərbaycanlı, Göyçəli, Zəngəzurlu, Dərələyəzli olmalıyıq".

Konfransda çıxış edən "Cəmiyyətin İnkişafi Mərkəzi" İB-nin sədri Əhməd Abbasbəyli qeyd etmişdir: "Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən zor gücünə qovulan soydaşlarımızın tarixi yurd yerlərinə qayıtmaq istəyi onların beynəlxalq konvensiyalarla təsbit olunan hüquqlarıdır.

BMT çərçivəsində ən mühüm qeyri-müqavilə mexanizmlərindən biri Baş Assambleyanın köməkçi orqanı olan İnsan Hüquqları Şurasıdır. Şuranın əsas funksiyaları sırasında dialoq və əməkdaşlıq vasitəsilə insan hüquqları pozuntularının qarşısının alınmasına yardım etmək və insan hüquqları sahəsində fövqəladə vəziyyətlərə reaksiya vermək, insan hüquqlarına dair Baş Assambleyaya tövsiyələr vermək bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Şura həm də insan hüquqlarının bütün sahələri üzrə tematik məsələlərin müzakirə olunması üçün forum kimi çıxış edir. Qərbi azərbaycanlıların ləyaqətli qayıdışının təmin edilməsi baxımından bu mexanizmin imkanlarından da səmərəli istifadə olunmalı, soydaşlarımızın ləyaqətli və təhlükəsiz qayıdış hüququnun təmin edilməsi məsələsinin İnsan Hüquqları Şurasının gündəliyinə daxil edilməsinə və Şuranın bununla bağlı Baş Assambleyaya müraciət edilməsinə və Assambleya tərəfindən bununla bağlı xüsusi qətnamənin qəbul edilməsinə nail olunmalıdır.

Beynəlxalq hüquqi əsaslara görə, Ermənistan hökuməti bu ölkənin ərazisindən qovulmuş, etmik təmizləməyə məruz qalmış azərbaycanlıların öz ölkələrinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa borcludur".

Demokrat.az xəbər portalinin baş redaktoru Vasif Həsənov çıxışında bildirmişdir: " Qərbi Azərbaycan məsələsi Qarabağ kimi Azərbaycan xalqının qəlbindəki dərin yaralardan biridir. Qarabağda işğal XX əsrin sonlarında başlamışdısa, Qərbi Azərbaycan torpaqları əsrin əvvəlindən işğal edildi.

Qarabağı azad etdik və o torpaqlara həyatı qaytarırıq. İndi növbə Qərbi Azərbaycandır. Burada söhbət azərbaycanlıların Qərbi Azərbaycana – doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmaq hüququnun təmin edilməsindən gedir. Ermənistan və havadarlarının Qərbi Azərbaycan məsələsini rəsmi Bakının “ərazi iddiası” kimi təqdim etməsi soydaşlarımızın qayıdış hüququnu arxa plana keçirmək cəhdindən başqa bir şey deyil. Azərbaycan ən yüksək səviyyədə ərazi iddiasının olmadığını, lakin azərbaycanlıların evlərinə qayıdış hüququnun təmin edilməli olduğunu bəyan edib. Bu, beynəlxalq hüququn tələbidir".

LAF TV MMC-nin direktoru Ləman İsmayılova çıxış edərək qeyd etmişdir: "Ermənilərin Qafqaza, xüsusən də Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərinə-tarixi Azərbaycan torpaqlarına köçürülməsi Gülüstan və Türkmənçay müqavilələrindən sonra xüsusilə güclənir. Əgər 16-cı əsrdə İrəvan xanlığında 15 minə yaxın gəlmə erməni yaşayırdısa, eyni zamanda onların sayının kolonistlərin hesabına kəskin surətdə artmasına baxmayaraq, hətta 1828-ci ildə çar höküməti tərəfindən İrəvan xanlığı ləğv olunaraq İrəvan vilayəti yaradıldığı dövrdə də, onun əhalisinin 80 faizi azərbaycanlılardan ibarət idi.Təsadüfi deyil ki, bizim torpaqlara köçüb gələn erməni kalonoyaları Azərbaycan dilinə müraciət etmiş, mədəniyyətimizi götürmüş, Azərbaycan dilində ünsiyyət qurmuşlar. Bunu ermənilərin özləri də zaman-zaman etiraf ediblər. Ümumiyyətlə, biz azərbaycanlılarda belə bir genetik xüsusiyyət var: ata ocağına bağlılıq kimi. Övladlarım atalarının doğulduğu evi görmək, orada məskunlaşmaq istəyirlər. Məncə buna onların hər cür haqqı çatır".

Daha sonra ictimai fəal, "İnkişafa və İslahatlara Dəstək" İB-nin sədri, Qərbi Azərbaycan əsilli Ramil Əliyev çıxışında qeyd etmişdir ki, azərbaycanlılar Qərbi Azərbaycandan deportasiya edildikdən sonra ermənilər onların izlərini itirmək məqsədilə, evlərini yerlə yeksan edib, oradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın ediblər, yüz minlərlə insan vəhşicəsinə oldürülmüşdür. Lakin bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Biz, öz tarixi torplarımıza qayıtmaq istəyirik və bizim buna həm hüquqi, həm də mənəvi haqqımız var. Ona görə də beynəxalq ictimaiyyət, müvafiq beynəlxalq təşkilatlar və müxtəlif dövlətlər Ermənistana təzyiq etməli, bizim hüququmuzun bərpa olunmasına dəstək verməlidirlər.

Tədbirdə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Belçika-Gent Türk Ocaqları Mərkəzinin rəhbəri Rəcəp Tuncer Sarı, Belinuks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri, Qərbi Azərbaycan əsilli İlhan Aşkın, Fireland Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva, İslam Birliyi Avropa Türk Mədəniyyət Mərkəzinin sədri Həbıb Yıldırım, Brüsseldə Music klubun rəhbəri Zeki Yalçın və digərləri mövzu ilə bağlı çıxış etmişlər. Konfransdan sonra tədbir iştirakçılarının şərəfinə qala şam yeməyi verilib.

ATXƏM İB-nin Mətbuat Xidməti


VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Dek.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Gecə: +6.. +8dumanlı yağmursuz
Səhər: +8.. +10buludlu yağmursuz
Gündüz: +10.. +12buludlu yağmursuz
Axşam: +8.. +10dumanlı yağmursuz
Atm. təziyi: 769
Rütübət: 78 %


free counters

2024 www.atxem.az
Powered by Danneo