Axtarış: 
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumu keçirildi - 18.03.2025
+  -  Çap 
Yerləşdirilib: 24.03.25 | Baxılıb: 973
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


2025-ci il martın 18-də Heydər Əliyev Mərkəzində AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və ATXƏM İB ilə birgə təşkilatçılığı ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumu keçirildi.

Forum torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla ehtiramla yad etməklə işə başladı. Sonra Dövlət Himni səsləndirildi. AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qonaqları salamalayaraq türk dünyasının ortaq dəyərlərinin böyük sərvət olduğunu, türkmanların ləyaqətlə öz milli kimliklərini, dilini, mədəniyyətini bu günə qədər qorumağı bacardıqlarını qeyd etdi.

İraq parlamentinin Türkmanlar qrupunun sədri Ərşad Rəşad Fəth Allah Əl-Salihi eyni kökdən, eyni dildən, eyni mədəniyyətdən olan türkmanların doğma Azərbaycana olan dərin bağlılığını ifadə edərək türkmanların tarixən üzləşdikləri problemləri konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov, Naqif Həmzəyev çıxış edərək bundan sonra əlaqələrimizin daha da inkişaf etdirilməsi, belə görüşlərin davamlı olaraq keçirilməsi arzusunda olduqlarını bildirdilər.

ATXƏM İB-nin sədri İlham İsmayılovun moderatorluq etdiyi "Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri" panelində uzun illər türkmanların tarixini araşdırmış əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, türkmənlərin tarixi ılə bağlı bəzi məqamları konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Sonra Türkməneli Qadınlar Dərnəyinin Başkanı Fevziyə Hasasu Kərkükdəki türkmanlara məxsus qədim qalanın bərpası ilə bağlı təklif irəli sürdü. "Türkmaneli" qəzetinin baş redaktoru, yazıçı-jurnalist, tarıxçı Necat Kevseroğlu, Türkmənelı Federasiyası Dərnəklərinin sədri Mehmet Tütünçü Türk Dünyasının ortaq görkəmli siması olan Füzulinin Kərkükdə xatirəsinin əbədiləşdirilməsini, abidəsinin qoyulmasını, adına küçə verilməsini və kitabxana açılmasını təklif etdilər.

Panelin sonunda çıxış edənlərin cərgəsinə vaxtilə Azərbaycanda məzun olmuş İraq Türkmanları Həkimlər Dərnəyinin İcra Komitəsinin üzvü Əyad Xalid Ömər Qəttan və Türkman Mühəndislər Birliyinin nümayəndəsi Əmir Məhəmməd Xudhur qatılaraq 18 il əvvəl ATXƏM-in təşəbbüsü ilə Türkmən Tələbələr Birliyini yaratdıqlarını bildirdilər və o vaxtdan milli ideoloji xətt götürərək vətənə qayıdıb təşkilatlandıqlarını və bu günə qədər bu mücadiləni davam etdirdiklərini qeyd etdilər. Eyni zamanda onlar Azərbaycanın Kərkükdə Konsulluğunun və xəstəxana açılmasını məqsədəuyğun hesab etdiklərini vurğuladılar.

İlham İsmayılovun spikerlərın və çıxışçıların təkliflərinin nəzərə alınmasının, Kərkük türkmənlərinə mədəni Muxtariyyət verilməsinin Azərbaycan və İraq hökumətlərinə bir xahiş kimi konfrans iştirakçıları adından çatdırılması təklifini Forum iştirakçıları rəğbətlə qarşıladılar.

"Ortaq Dəyərlər" İB-nin sədri Aqil Camalın moderatorluq etdiyi "Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər" adlı paneldə Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarik Sulo Cevizci, Türkman Akademiklər Təşkilatının sədri Nebil Şahin Kifrili, Türkman Həmrəylik Təşkilatının sədri Kurşat Çavuşoğlu, "Əbədi Turan" Kitab Fondunun sədri Esmira Fuad, İraq Türkmanları İnsan Haqqları Dərnəyinin Almaniya üzrə təmsilçisi Qənim Osman çıxış edərək İraq və Suriya türkmanlarının problemlərindən danışdılar və gələcəkdə Türkman QHT-ləri ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunaraq, konkret təkliflər irəli sürüldü.

Sonra qonaqlar İlaxır çərşənbəsini Bakıda keçirib, Novruz şənliklərinə qatıldılar.

Sonda türkman qonaqlar layihənin yekunu olaraq Forumun uğurla başa çatdığını və çox məmnun olduqlarını bildirərək öz vətənlərinə geri döndülər.

















ATXƏM İB-nin
Mətbuat Xidməti

VIDEO
Güneyli soydaşlarımız üçün tarixi fürsət - 05.03.2026
 
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Apr.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo