Axtarış: 
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə Azərbaycanın tanınmış QHT və mətbuat nümayəndələri görüşmüşlər - 07.04.2025
+  -  Çap 
Yerləşdirilib: 09.04.25 | Baxılıb: 410
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Bu gün Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri, Prof., Dr. Birol Akgünlə ATXƏM İB-nin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup Azərbaycanın tanınmış QHT və mətbuat nümayəndələri görüş keçirmişlər.

Səfir Birol Akgün qonaqları salamlayaraq bildirib ki, hər iki qardaş ölkənin ictimai təşkilatları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi olduqca vacibdir. Görüşdə nümayəndə heyəti adından ATXƏM İB-nin sədri İlham İsmayılov səfiri yeni təyin olunması münasibətilə təbrik etmiş və Azərbaycanda QHT-lərin və mətbuatın bu istiqamətdə apardıqları bir sıra ortaq layihələrin, Türk dünyasının inteqrasiyası, inkişafı uğrunda, diaspora fəaliyyətində Türk diaspora təşkilatlarının, xüsusən Avropada fəaliyyət göstərən təşkilatların dəstəyini xüsusi olaraq vurğulamışdır.

Görüşdə Türkiyə-Azərbaycan dostluğunun QHT platformasında əməkdaşlığının inkişafının genişləndirilməsinə ehtiyac olduğu qeyd olundu. Eyni zamanda İlham İsmayılov yeni səfirdən, keçən əsrin əvvəllərində Azərbaycanı işğaldan azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi üçün Bakı şəhərində adına küçə verilməsi, abidəsinin qoyulması üçün səfirlə birgə addımlar atmağı, məsləhətləşmələr aparmağı, təkliflər verməyi xahiş etdi. O qeyd etdi ki, uzun illərdir biz bu istiqamətdə bəzi cəhdlər etsək də, bu günə qədər real bir nəticə olmamışdır. Səfirın tarixi gözəl bilən bir elm adamı olduğunu nəzərə alaraq, bu məsələdə dəstək olması xahiş olundu.

Sonra "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı çıxış edərək Azərbaycan-Türkiyə dostluğunun ənənələrindən, Qafqaz İslam Ordusunun vaxtilə göstərdiyi şücaətlərdən danışdı.

Daha sonra "LAF TV"-nin rəhbəri Ləman Ələşrəfqızı Türkiyə-Ermənistan sərhədlərinın açılması ilə bağlı yaranan narahatçılıqla əlaqədar suallar verdi. Cənab səfir sərhədlərin artıq qapandığını, bunun yalnız müvəqqəti bir proses olduğunu qeyd etdi.

"Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri İradə Rzazadə İrəvanla bağlı danışdı. "İnkişafa və İslahatlara Dəstək" İB-nin sədri Ramil Əliyev Türkiyə-Azərbaycan mətbuat işçilərinin futbol yarışı barədə məlumat verdi. Gələcəkdə bu cür tədbirlərin keçirilməsini daha da inkişaf etdirməyin zəruri olduğunu vurğuladı.

Tədbirdə çıxış edən ATXƏM İB-in icra katibi Səadət Ramazanlı, "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İB-nin sədri Rauf Zeyni, "Bizim Media" İnformasiya portalının baş redaktoru Anar Tahirov, "Demokrat.az" xəbər portalının rəhbəri Vasif Həsənli tarix boyu Türkiyənin ölkəmizə, xalqımıza göstərdiyi mənəvi dəstəyinin, iki ölkə arasındakı qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğuladılar.

Səfir gələcəkdə də bu əlaqələrin genişləndirilməsi üçün səfirliyin əlində olan imkanlardan istifadə edəcəyini, Azərbaycanın bəzi məqamlarının Türkiyədə, Türkiyənin isə tarixi ilə bağlı Azərbaycanda geniş ictimaiyyətin tam, dolğun məlumatlandırılmasına ehtiyac olduğunu qeyd etdi. Bu istiqamətdə gələcəkdə QHT-lərin əməkdaşlığını yüksək qiymətləndirdi və vacib olduğunu vurğuladı. Görüşdə səfir Birol Akgün ATXƏM İB-nin sədri İlham İsmayılova Türkiyənın tarixi sərhədləri ilə bağlı kitab təqdim etdi.

Eyni zamanda İ. İsmayılov ATXƏM İB-nin "Birlik" dərgisinin saylarını, Şəmistan Əlizamanlı ATXƏM İB-nin dəstəyilə milli vətənpərvərlik ruhunda yazılmış diskləri, İradə Riza-zadə qədim İrəvanın tarıxı haqqında yazılmış kitabı səfirə təqdim etdilər.

ATXƏM İB-nin
Mətbuat Xidməti

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Noy.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Gündüz: +14.. +16dumanlı yağmursuz
Axşam: +12.. +14dumanlı yağmursuz
Gecə: +12.. +14dumanlı yağmursuz
Səhər: +15.. +17dumanlı yağmursuz
Atm. təziyi: 770 ́́
Rütübət: 76 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo