Axtarış: 
“Ümid edirəm ki, bəzi QHT-lər Ədliyyə Nazirliyi və QHT Agentliyinin bəyanatından nəticə çıxaracaq”-ATXƏM sədri - 13.09.2025 il
+  -  Çap 
Yerləşdirilib: 19.09.25 | Baxılıb: 138
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


“Qeyri-Hökumət Təşkilatlarının orden və medal təsis etməsi yolverilməzdir. Çünki Azərbaycan Respublikasının qanunvericiliyinə görə, dövlət simvolları, məsələn, ordenlər, medallar, nişanlar və s. yalnız dövlət tərəfindən təsis edilə bilər”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəzi orden və medal təsis edən qeyri-hökumət təşkilatları ilə bağlı yaydığı bəyanatı şərh edərkən səsləndirib. İctimai birlik sədrinin sözlərinə görə, Azərbaycan Respublikasının “Orden və medallar haqqında” qanununa əsasən, yalnız dövlət və ya dövlətin səlahiyyət verdiyi orqanlar orden və medal təsis edə bilər. Bu baxımdan İlham İsmayılov hesab edir ki, QHT-lər ictimai təşkilatlar olduğundan onlar dövlət səlahiyyətlərini əvəz edə bilməzlər:

“QHT-lərin mükafat və ya təşəkkür məktubu, fəxri fərman kimi qeyri-rəsmi təşviq formaları təqdim etməsi mümkündür, lakin bu, dövlət mükafatı ilə eyni statusda deyil və “orden” və “medal” adları altında təqdim olunması hüquqi pozuntu sayılır. “Orden” və “medal” anlayışları dövlət atributlarıdır və onların istifadəsi qanunla tənzimlənir”.

İctimai bilrik sədrinin sözlərinə görə, QHT-lərin belə adlardan istifadə etməsi ictimai çaşqınlığa və dövlətin nüfuzunun pozulmasına səbəb ola bilər:

“Bir sıra hallarda həmin QHT-lər hətta bunu alver predmetinə çevirib, bu yolla uzun illər asan qazanc əldə etməyə çalışıblar. Təsis etdikləri həmin orden və medalları müəyyən məbləğ qarşılığında ayrı-ayrı şəxslərə satıblar. Bəzi hallarda orden və medal verilən şəxsin özünün bundan xəbəri olmur, gəlib deyirlər ki, sənin adına medal təsis etmişik, 1000, yaxud 1500 manat verməlisən. Bu qətiyyən yolverilməzdir və belə halların qarşısı alınmalıdır”. İlham İsmayılov ümid edir ki, həmin kateqoriyadan olan QHT-lər Ədliyyə Nazilrliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəyanatından nəticə çıxaracaq və bir daha qanunvericiliyə zidd olan fəaliyyətlərlə məşğul olmayacaqlar:

“Əks təqdirdə onlara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımların atılması qaçılmaz olacaq. Qanunları pozan Qeyri-Hökumət Təşkilatları barəsində müvafiq ölçülərin götürülməsi hüquqi dövlət prinsipinə uyğundur. Hüquqi çərçivədə fəaliyyət göstərmək bütün təşkilatlar üçün əsas şərtdir. Bu, dövlətin qanunvericilik qaydalarının təminatı və ictimai maraqların qorunması baxımından vacibdir”.

Süleyman

newscenter.az

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gecə: +7.. +9dəyişkən buludlu yağmursuz
Səhər: +9.. +11buludlu yağmursuz
Gündüz: +11.. +13dumanlı yağmursuz
Axşam: +6.. +8dumanlı yağmursuz
Atm. təziyi: 749 ìì
Rütübət: 62 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo