Axtarış: 
BƏƏ Prezidentinin Şuşaya səfəri həm simvolik, həm də strateji baxımdan böyük beynəlxalq və regional əhəmiyyət daşıyır - 17.09.2025 il
+  -  Çap 
Yerləşdirilib: 19.09.25 | Baxılıb: 140
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


“Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın Azərbaycana, xüsusilə Şuşaya səfəri həm simvolik, həm də strateji baxımdan böyük beynəlxalq və regional əhəmiyyət daşıyır. Bu səfər həm BƏƏ-nin yerləşdiyimiz coğrafiyada Azərbaycana nə dərəcədə önəm verdiyinin, həm də Əbu-Dabinin Cənubi Qafqaz bölgəsində nüfuzunu artırmaq niyyətinin göstəricisidir”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov BƏƏ Prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. İlham İsmayılov BƏƏ Prezidentinin Şuşaya rəsmi səfər edən ilk ərəb ölkəsi lideri olması da Əbu-Dabinin Cənubi Qafqazda daha fəal diplomatik və iqtisadi mövqe tutmaq istədiyini göstərir.

“İstər BƏƏ, istərsə də regionda marağı olan, burada fəal iqtisadi rol oynamaq istəyən ölkələrin Azərbaycanı Cənubi Qafqazın açarı hesab etməsi, regiona məhz Bakı ilə yaxından əməkdaşlıq çərçivəsində gəlməyin mümkünlüyünü qəbullanması ölkəmizin yerləşdiyimiz coğrafiyada söz sahibi olması, dövlət başçısı Cənab İlham Əliyevin uğurlu siyasəti, eyni zamanda 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbə ilə birbaşa əlaqəlidir. Digər tərəfdən BƏƏ-nin Azərbaycana olan marağı, bu ölkə Prezidentinin ölkəmizə səfəri Bakının İslam dünyası, müsəlman aləmi ilə yüksək səviyyəli əlaqələr qurmasından da irəli gəlir. Bildiyimiz kimi Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir və təşkilatın həyatında, mühüm qərarların qəbul edilməsində hər zaman aktiv rol oynayıb. Bundan başqa 2024-cü ildə ölkəmiz Misirin paytaxtı Qahirə şəhərində keçirilən inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın bu quruma üzv olması da islam dünyasında Bakıya olanm marağın artmasını şərtləndirən amillərdəndir. Paralel olaraq Bakının Türk dünyasının birlik və bərabərliyində hər zaman təşəbbüskar olması, bu məqsədlə zaman-zaman mühüm təşəbbüslər, platformalarla çıxış etməsi də öz-özlüyündə İslam ölkələrini Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa cəlb edir”.

ATXƏM sədri onu da deyib ki, belə bir yüksək səviyyəli səfər, Qarabağda sülh, bərpa və investisiya çağırışlarını beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından əhəmiyyətlidir:

“Şuşa səfəri Qarabağda Azərbaycanın suverenliyinin tanınmasının və möhkəmləndirilməsinin simvoludur. Ümumiyyətlə, qeyd edilən istiqamətdə Cənab Prezidentin uğurlu siyasəti və diplomatik gedişləri ilə cox mühüm işlərə imza atılır, təkcə Bakı deyil, artıq azad Qarabağ mötəbər tədbirlərə evsahibliyi edir. Keçən il Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, bir müddət əvvəl Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi, Laçında Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatda görüşünün baş tutması, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedovun Qarabağa, Şuşaya səfər etməsi, bütün bunlar həm bölgədə həyata keçirilən quruculuq-abadlıq işlərinin dünyaya çatdırılması baxımından önəmlidir, həm də İslam və Türk dünyasından Azərbaycana, onun Qarabağda apardığı genişmiqyaslı işlərə siyasi dəstəyin təzahürüdür. Xüsusilə, onu qeyd etmək yerinə düşər ki, baş tutan bu kimi səfərlər Qarabağ və Şərqi Zəngəzurda hansısı yeni infrastrukturun əsasının qoyulmasına, yaxud açılış mərasimin reallaşmasına təsadüf edir. Sevindirici hal ondan ibarətdir ki, Qarabağa səfər edən hər bir ölkə lideri ora öz dövlətinin dəstəyini açıq şəkildə ifadə edir, Qarabağda aparılan quruculuq-abadlıq işlərinə dəstək olurlar. Sanki hər bir ölkə Qarabağın dirçəldilməsinə, onun inkişafına, çiçəklənməsinə töhfə vermək yarışına girib. Bu da bizdə sonsuz dərəcədə sevinc, fərəh hissi yaradır. Bütün bunlar isə təbii ki, Azərbaycan liderinin, Azərbaycan dövlətinin artan nüfuzu və çəksindən irəli gəlir”.

İlham İsmayılov onu da deyib ki, BƏƏ Prezidentinin Şuşaya səfəri və səfər zamanı imzalanan sənədlər iqtisadi baxımdan da olduqca səmərəlidir:

“Bildiyimiz kimi BƏƏ şirkətləri artıq Azərbaycanda yaşıl enerji, bərpa layihələri və nəqliyyat sahələrində fəaliyyət göstərirlər. Masdar şirkəti Azərbaycanın bərpa olunan enerji bazarına milyard dollarlıq investisiyalar qoyur. Bu investisiyalar hesabına həyata keçirilən Xızı, Qaradağ, Neftçala layihələrini göstərmək olar. Bu baxımdan hesab edirəm ki, BƏƏ Prezidentinin Şuşa səfəri, həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya çağırışıdır. Bu ərazilərdə BƏƏ kapitalı ilə turizm, kənd təsərrüfatı və logistika infrastrukturu inkişaf etdirilə bilər”.

Süleyman

newscenter.az

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gecə: +7.. +9dəyişkən buludlu yağmursuz
Səhər: +9.. +11buludlu yağmursuz
Gündüz: +11.. +13dumanlı yağmursuz
Axşam: +6.. +8dumanlı yağmursuz
Atm. təziyi: 749 ìì
Rütübət: 62 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo