2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işə başlayıb. Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında AR Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev və digərləri çıxış edərək, bu gün Azərbaycan QHT sektorunda böyük bir inkişafın müşahidə edildiyini və belə görüşlərin dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın, birgə fəaliyyətin daha da möhkəmlənməsinə gətirib çıxaracağını qeyd etmişlər.
Forum öz işini 4 paneldə davam etdirib.
ATXƏM İB-nin Mətbuat Xidməti
|