Axtarış: 
Antiterror tədbirləri göstərdi ki, Azərbaycan güclü və çevik orduya sahibdir - 18.09.2025
+  -  Çap 
Yerləşdirilib: 30.10.25 | Baxılıb: 61
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


“2023-cü il 19 sentyabr tarixində Azərbaycan Ordusunun Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməsini şərtləndirən bir neçə amillər vardır və həmin amillər Azərbaycanı buna məcbur etdi. Belə ki, İkinci Qarabağ Müharibəsinin başa çatmasını özündə ehtiva edən 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Ancaq 2023-cü ilə qədər Qarabağda erməni separatçı silahlı dəstələri hələ də fəaliyyət göstərirdi. Paralel olaraq müntəzəm şəkildə Azərbaycan ordusuna və mülki şəxslərə qarşı təxribatlar həyata keçirilirdi. 2023-cü ilin sentyabr ayının əvvəllərində Azərbaycan əsgərləri minalanma və atəşə tutulma hadisələri nəticəsində həlak oldu.

Həmçinin qanunsuz "Dağlıq Qarabağ Respublikası" adından qondarma prezident "seçkiləri"nin keçirilməsi də Azərbaycanı adekvat addımlar atmağa məcbur qoyurdu. Bu beynəlxalq hüquqa zidd idi və Azərbaycan suverenliyinə açıq-aşkar təhdid sayılırdı. Eyni zamanda Rusiya sülhməramlı kontingenti bölgədə yerləşdirilsə də, erməni silahlı dəstələrinin çıxarılması və təxribatların qarşısının alınması təmin olunmurdu. Bu da Azərbaycana öz suveren hüquqlarını bərpa etmək üçün hərbi əməliyyat keçirmək zərurəti yaradırdı.

Nəhayət, 19 sentyabrda səhər saatlarında Kəlbəcər və Laçın rayonlarında mina partlamaları nəticəsində 6 nəfər (4 polis və 2 mülki şəxs) həyatını itirdi. Bu hadisələr antiterror tədbirlərinə səbəb olan sonuncu damla oldu”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov 19 sentyabr antiterror tədbirləri və onun nəticələrindən danışarkən səsləndirib. İctimai birlik sədri deyib ki, bu əməliyyatın əsas məqsədi bölgədə qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah edilməsindən və Azərbaycanın suverenliyinin tam bərpasından ibarət idi:

“Əməliyyatlar yalnız hərbi obyektlərə və silahlı dəstələrə qarşı aparıldı, mülki şəxslərə zərər verilməməsi üçün dəqiq silahlar istifadə olundu. 24 saatdan az bir müddətdə Qarabağdakı separatçı ünsürlər ağ bayraq qaldıraraq təslim oldular”.

ATXƏM sədri deyib ki, antiterror tədbirləri ilə Azərbaycan qarsısına qoyduğu bir neçə məqsədə nail oldu: “Ən önəmlisi, Azərbaycan öz ərazisində tam suverenliyini bərpa etdi. Qarabağda qondarma qurumun mövcudluğu faktiki olaraq sona çatdı. Həmin ərazilərdə artıq yalnız Azərbaycan Konstitusiyası və qanunları qüvvədədir.

Əməliyyat nəticəsində Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərk-silah olundu, texnikaları və silah-sursatları təhvil verildi, mövqeləri ləğv edildi. Bu, bölgədə davamlı təhlükəsizliyin təmin olunması baxımından mühüm addım idi”.

İlham İsmayılov onu da deyib ki, antiterror tədbirləri ilə Azərbaycan daha bir ilkə imza atmış oldu. Onun sözlərinə görə, zərgər dəqiqliyi ilə baş tutan əməliyyat yalnız hərbi obyektlərə qarşı icra olundu, mülki şəxslər bundan ziyan görmədi:

“Azərbaycan rəsmiləri ilə yanaşı beynəlxalq müşahidəçilər də qeyd etdilər ki, əməliyyat yalnız hərbi obyektlərə qarşı yönəlmişdi. Mülki əhali və obyektlər hədəf alınmadı. Bu, Azərbaycanın hüquq çərçivəsində və beynəlxalq normalara uyğun hərəkət etdiyini göstərdi. Eyni zamanda antiterror tədbirləri çərçivəsində qeydə alınan ilklərdən idi ki, bu əməliyyat zamanı bir nəfər mülki şəxsin burnu belə qanamadı. Nəticədə Ermənistanın dəstəyi ilə 30 il ərzində Qarabağda mövcud olmuş separatçı idarəetmə qurumu ləğv edildi. Qondarma rejim özünü buraxdığını elan etdi. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasında son mərhələ idi. Bununla da sepatratizmə son qoyuldu”.

İlham İsmayılov sonda bunları qeyd edib:

“Əməliyyat göstərdi ki, Azərbaycan güclü və çevik orduya sahibdir. Eyni zamanda Ərazi bütövlüyü məsələsində qətiyyətlidir. Bütün addımlarını beynəlxalq hüquqa əsaslanaraq atır. Bu kimi gedişlər isə Bakının beynəlxalq səviyyədə mövqelərini gücləndirir.

Süleyman

newscenter.az

VIDEO
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir - 17.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Axşam: +6.. +8buludlu yağmursuz
Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +6.. +8buludlu yağmursuz
Gündüz: +9.. +11buludlu yağmursuz
Atm. təziyi: 774 ìì
Rütübət: 71 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo