Axtarış: 
Prezidentin BMT-nin sessiyalarına qatılması mühüm siyasi, diplomatik və strateji əhəmiyyət daşıyır - 24.09.2025
+  -  Çap 
Yerləşdirilib: 30.10.25 | Baxılıb: 6
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin yerləşdiyimiz coğrafiyada yaratmış olduğu yeni reallıqlarla dünya birliyinin məlumatlandırılması, eləcə də postmüharibə dövründə işğaldan azad edilən ərazilərimizdə görülən işlər, həyata keçirilən tədbirlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir. Ümumiyyətlə, bu kimi səfərlər və dövlət başçımızın belə mötəbər tədbirlərə qatılması bir sıra mühüm siyasi, diplomatik və strateji əhəmiyyət daşıyır”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. O bildirib ki, bu cür beynəlxalq tədbirlərdə iştirak Azərbaycanın dünya miqyasında mövqeyinin gücləndirilməsi, ölkənin maraqlarının müdafiəsi və qlobal çağırışlara münasibətinin ifadə olunması baxımından da olduqca vacibdir:

“Prezident İlham Əliyevin BMT kimi qlobal təşkilatda çıxış etməsi və dünya liderləri ilə bir araya gəlməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Bu, ölkənin regional və qlobal proseslərdə aktiv iştirak etdiyini nümayiş etdirir. 2020-ci il Vətən müharibəsindən sonra formalaşan yeni reallıqlar, o cümlədən Qarabağın tam azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası, beynəlxalq ictimaiyyətə birbaşa dövlət başçısının dilindən çatdırılır. Həm keçirilən yüksəksəviyyəli görüşlərdə, sessiyalarda çıxışlar zamanı, həm də ikitərəfli formatlarda baş tutan fikir mübadilələrində Prezident İlham Əliyev regionda dayanıqlı sülh, əməkdaşlıq və inteqrasiya imkanlarını vurğulamaqla, Azərbaycanın təşəbbüskarı olduğu layihələr, Zəngəzur dəhlizi, Cənub Qaz Dəhlizi və s. barədə məlumat verir. Bu, həm bölgə ölkələri, həm də beynəlxalq sərmayədarlar üçün mühüm siqnaldır”.

İlham İsmayılov deyib ki, Azərbaycan Cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində son illərdə BMT-nin ən aktiv və fəal üzvlərindən birinə çevrilib və rəsmi Bakının bu təşkilat daxilində irəli sürdüyü təşəbbüslər yüksək səviyyədə dəstəklənir:

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi uğurlar və Prezident İlham Əliyevin ədalətə əsaslanan yeni dünya düzəni çağırışları bunların əyanı sübutudur. Bu cür təşəbbüslər inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi baxımından vacibdir. Bu həm də Azərbaycanın "qlobal cənub" ölkələri arasında nüfuzunu artırır. Eyni zamanda Azərbaycan enerji, iqlim və dayanıqlı inkişaf məsələlərinə də öz töhfəsini verir. Azərbaycanın təşəbbüskar olduğu və yaxından iştirak etdiyi iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, yaşıl enerji keçidi kimi məsələlər BMT sessiyalarının əsas gündəliklərindən biridir. Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri və uğurlu diplomatik gedişləri ilə COP29-un 2024-cü ildə Bakıda keçirilməsi bu sahədə Azərbaycanı qlobal ekoloji və enerji transformasiyasının mərkəzinə çevirmiş oldu”.

İlham İsmayılov onu da xüsusi olaraq vurğulayıb ki, indiyə qədər keçirilən BMT sessiyalarında Azərbaycan lideri beynəlxalq aləmi regiondakı münaqişəyə, Ermənistanın işğalçılıq siyasətinə sərt reaksiya verməyə çağırış edir, nüfuzlu beynəlxalq təşkilat və qurumları ədalətli olmağa səsləyirdisə, 44 günlük Vətən müharibəsi və tarixi zəfərimizdən sonra artıq Cənab İlham Əliyev suverenliyinə, ərazi bütövlüyünə qovuşmuş bir ölkənin rəhbəri kimi bu tədbirlərə qatılır, yaranmış yeni reallıqlar fonunda regionda həyata keçiriləcək yeni layihələr, bunun təkcə Cənubi Qafqaz üçün deyil, ümumilikdə qlobal miqyasda əhəmiyyətli olduğunu vurğulayır, dünyanın diqqətini bu istiqamətə cəlb edə bilir:

“BMT Baş Assambleyasının 80-cı yubiley sessiyası çərçivəsində keçirilən müxtəlif səpkili görüşlərdə Birləşmiş Ştatlar prezidenti Donald Trampın bir daha Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə diqqət çəkməsi, Ağ Ev rəhbəri ilə Cənab İlham Əliyev arasında baş tutan qısa, səmimi dialoq, eləcə də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sessiyada çıxışı zamanı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması mümkünlüyü və bundan sonra regionda mövcud olacaq davamlı sülh barədə danışması, eləcə də digər bu kimi faktlar onu deməyə əsas verir ki, Azərbaycanın regionda yaratmış olduğu yeni əməkdaşlıq imkanları artıq beynəlxalq səviyyədə də qəbul edilir, dəstəklənir”.

Süleyman

newscenter.az

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Gündüz: +15.. +17dəyişkən buludlu yağmursuz
Axşam: +13.. +15dəyişkən buludlu yağmursuz
Gecə: +13.. +15aydn yağmursuz
Səhər: +16.. +18aydn yağmursuz
Atm. təziyi: 769 ìì
Rütübət: 65 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo