Axtarış: 
27 sentyabr həm də xalqın mübarizə ruhunun simvoludur - 26.09.2025
+  -  Çap 
Yerləşdirilib: 30.10.25 | Baxılıb: 6
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


“Bu günün əhəmiyyəti yalnız hərbi qələbə ilə bağlı deyil, həm də azadlıq, şərəf və xalqın mübarizə ruhunun simvoludur. 27 sentyabr Azərbaycan xalqı üçün birliyi, qəhrəmanlığı və torpaq sevgisini xatırladan bir gündür”.

Newscenter.az xəbər verir ki, bunları “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov 27 sentyabr-Anım günü ilə bağlı danışarkən səsləndirib. İctimai birlik sədri yaxın tarixə nəzər salaraq deyib ki, 2020-ci il, sentyabrın 27-də Ermənistan öz işğalçılıq siyasətini davam etdirmək və yeni ərazilər ələ keçirmək məqsədilə Azərbaycana hücum etdi. İlham İsmayılov deyib ki, bu aqressiya, növbəti işğalçılıq arzusu İkinci Qarabağ Müharibəsinin başlamasına yol açdı:

“İkinci Qarabağ müharibəsinin başlanması ilə bir çox həyat dəyişdi. 27 sentyabrda Ermənistanın Azərbaycan torpaqlarına hücumu ilə tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi başladı. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağda münaqişənin sonlandırılması istiqamətində mühüm bir mərhələ oldu. Müharibə Azərbaycanın vətənpərvərlik, birlik və mübarizə ruhunu daha da gücləndirdi”.

İlham İsmayılov bildirib ki, qüdrətli Azərbaycan Ordusu və onun müzəffər Ali Baş Komandanı İlham Əliyevin sayəsində Azərbaycan əks hücuma keçərək müharibənin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərini, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərini, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər işğaldan azad olundu:

“Müharibənin ilk günlərində əldə edilən qələbələr sonrakı döyüşlərdə qazanılacaq tam qələbənin başlanğıcı oldu. 2020-ci il, noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə İkinci Qarabağ müharibəsi başa çatmış oldu. Bu, düşmənin məğlubiyyətini etirafı idi və beləliklə, noybrın 10-da üçtərəfli Bəyanat imzalandı. Əslində bu bir sıradan bəyanat deyildi. İmzalanan bəyanat Azərbaycanın qalibiyyəti, Ermənistanın isə məğlubiyyətinin sübutu idi.

44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdış Beləliklə, Vətən müharibəsinin nəticəsi olaraq, 30 illik işğal altındakı ərazilərimiz azad olundu”.

İlham İsmayılov onu da deyib ki, Azərbaycanın 44 günlük müharibədə tarixi zəfəri bütün Türk dünyasında sevinclə qarşılandı:

"Bu qələbə həm də dondurulmuş münaqişələrin həllinin başlanğıcı kimi qəbul edilməyə başlandı.Eyni zamanda Qərbi Azərbaycana qayıdış, Zəngəzur dəhlizinin açılması, eləcə də Türk dünyasının problemlərinin həllinin başlanğıcı kimi qəbul edildi. Həmçinin Turan birliyinin yaradılması, Türk İslam Birliyini sürətləndirmiş oldu, Azərbaycanın lider, təşəbbüskar rolunu, onun bir mərkəzə çevrildiyini dünyaya göstərdi.

ATXƏM sədri deyib ki, 27 sentyabr həm də itkilər və acılarla bağlı olan dərin mənalı, duygusal bir gündür: “Bu günü tarixiləşdirən, onun əhəmiyyətini birə-beş artıran da Cənab Prezident İlham Əliyev oldu. Belə ki, dövlət başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu sərəncamdan, eyni zamanda qəhrəman oğul və qızlarımıza yüksək ehtiram və sayğıdan irəli gələrək hər il 27 sentyabrda şəhidlərimiz anılır, milli birlik və həmrəylik bir daha önə çıxır. Biz də ATXƏM olaraq torpaqlarımızın bütövlüyü, ərazi bütövlüyümüzün tam bərpa olunması istiqamətində canlarını fəda etmiş şəhidlərimizin ruhunu yüksək ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyir, qazilərimizə ilə can sağlığı, tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzu ediirk”.

Süleyman

newscenter.az

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Gündüz: +15.. +17dəyişkən buludlu yağmursuz
Axşam: +13.. +15dəyişkən buludlu yağmursuz
Gecə: +13.. +15aydn yağmursuz
Səhər: +16.. +18aydn yağmursuz
Atm. təziyi: 769 ěě
Rütübət: 65 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo