Axtarış: 
Azərbaycanın TDT-də fəal aktor rolu oynamasında dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət dayanır - 30.09.2025
+  -  Çap 
Yerləşdirilib: 30.10.25 | Baxılıb: 60
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


“Son onilliklərdə qlobal nizamın dayaqları olan BMT, BMT Təhlükəsizlik Şurası, ÜTT və digər beynəlxalq təşkilatların effektivliyinin sual altına düşməsi bu dövrdə yeni yaranan regional təşkilatların güc mərkəzlərinə çevrilmək, qlobal nizamsızlığa fayda verə bilmək imkanlarınl artırıb. Bu kimi təşkilatlar sırasında Türk Dvlətləri Təşkilatının da özünəməxsus yeri və rolu var.

2009-cu ildə Türk Şurası kimi qurulmuş, 2021-ci ildə isə rəsmi olaraq Türk Dövlətləri Təşkilatı adını almış bu qurum hazırda regional aktordan qlobal aktora çevrilməkdədir. Bakıda keçirilən "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans da məhz bunun əyani sübutudur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. Təşkilatın məqsədləri arasında ortaq tarix və mədəniyyətin qorunması ilə yanaşı, siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və texnologiya sahələrində əməkdaşlıq da dayanır. Bu isə təşkilatı yalnız mədəni deyil, həm də strateji və siyasi platformaya çevirir.

İctimai birlik sədri qeyd edib ki, TDT üzv ölkələrin Avrasiya məkanında mühüm strateji mövqedə yerləşməsi onun nəinki regional, eləcə də qlobal aktor kimi oyunçuya çevirir. İlham İsmayılovun sözlərinə görə, TDT-nin əsas üzv ölkələri üzərindən keçən Orta Dəhlizin Çin ilə Avropa arasında nativ ticarət və enerji yolu rolunu oynaması təşkilatın nə dərəcədə qlobal əhəmiyyətli bir qurum olduğunu göstərir:

“Bundan başqa Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələr zəngin enerji ehtiyatlarına malikdir. Bu resursların dünya bazarına çıxarılmasında TDT üzvləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. TANAP, TAP və Bakı-Tbilisi-Ceyhan kimi layihələr məhz bu əməkdaşlığın nəticəsidir”.

ATXƏM sədri deyib ki, TDT-nin gələcəkdə qlobal güc mərkəzləri arasında balans rolunu oynaması mümkündür:

“Zəngəzur dəhlizi, Orta Dəhliz, ortaq iqtisadi layihələr, enerji təhlükəsizliyi əməkdaşlığı, rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq, təşkilatın beynəlxalq səviyyədə daha nüfuzlu aktora çevrilməsinə imkan verə bilər”.

Azərbaycanın TDT-dəki rolu, mövqeyinə toxunan İlham İsmayılov, “Azərbaycan, Türk Dövlətləri Təşkilatında (TDT) həm coğrafi, həm siyasi, həm də iqtisadi baxımdan strateji rol oynayır. Bu rol son illərdə daha da artmışdır, xüsusilə 2020-ci ildən sonra – II Qarabağ müharibəsindəki qələbə, enerji siyasətindəki uğurlar və geosiyasi dinamikanın dəyişməsi ilə əlaqədar olaraq Azərbaycanın təşkilatdakı rolu özünü daha qabarıq şəkildə göstərir.

İlk növbədə, Azərbaycan Qafqazda yerləşərək Avrasiya nəqliyyat dəhlizlərinin kəsişməsində duran bir dövlətdir. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) – Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti üzrə strateji tranzit ölkədir. Zəngəzur dəhlizi layihəsi həyata keçərsə, Türk dünyasını birləşdirən quru bağlantı mümkün olacaq. Bu, TDT-nin fiziki birliyin təmin olunmasında ciddi mərhələ sayılır. Bütün bunlaru Azərbaycanın həm Qərblə, həm də Türk dövlətləri ilə münasibətlərində vasitəçi və əlaqələndirici rolunu artırır”,-deyə vurğulayıb.

ATXƏM sədri bütün bunların təməlində, Azərbaycanın TDT-də fəal aktor rolu oynamasında dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin dayandığını söyləyib. İlham İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev TDT çərçivəsində vahid türk mövqeyinin formalaşması, enerji və nəqliyyat birliyi, ortaq media, mədəniyyət və təhsil institutlarının yaradılması kimi təşəbbüslərlə çıxış edir:

“Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı və Avropa strukturlarında aktivliyi yüksəlib. Bu da Türk dünyasının beynəlxalq səviyyədə təmsil olunmasında faydalıdır. Eyni zamanda II Qarabağ müharibəsindən sonra Azərbaycan hərbi sahədə təcrübə və imkanlarını artırıb ki, bu da öz növbəsində Türk dövlətləri üçün də model ola bilər. TDT daxilində ortaq müdafiə və təhlükəsizlik mexanizmləri müzakirə olunarsa, Azərbaycanın hərbi təcrübəsi və modernləşdirilmiş ordusu burada mühüm rol oynaya bilər”.

Süleyman

newscenter.az

VIDEO
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir - 17.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Axşam: +6.. +8buludlu yağmursuz
Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +6.. +8buludlu yağmursuz
Gündüz: +9.. +11buludlu yağmursuz
Atm. təziyi: 774 ìì
Rütübət: 71 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo