Axtarış: 
Şəhidlərimizlə bağlı kitab çapına da hansısa formada nəzarət olmalıdır - 06.10.2025
+  -  Çap 
Yerləşdirilib: 30.10.25 | Baxılıb: 246
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


"Qeyri-qanuni olaraq medal, döş nişanı təsis edərək onu müxtəlif şəxslərə təqdim edən bəzi qeyri-hökumət təşkilatlarına qarşı hüquqi çərçivədə addım atılması təqdirəlayiqdir. Çünki bu addım, QHT-nin medal təsis etməsi ilk növbədə qanunvericiliyə ziddir. Digər tərəfdən bu cür qeyri-qanuni addım atan təşkilatların qanunsuz əməllərindən çəkinmələri ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilmişdi. Xəbərdarlıqdan nəticə çıxarmayan təşkilatlara qarşı hüquqi çərçivədə addım atılması artıq zərurətə çevrildi"

Bu fikirləri Newscenter.az-a "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. ATXƏM sədri hesab edir ki, qanunsuz medal təsis edən bəzi təşkilatlar barədə hüquqi çərçivədə tədbir görülməklə yanaşı, eyni zamanda şəhidlərimiz barədə kitab çapına da hansısa formada nəzarət olmalıdır:

"Şəhidlər bizim baş tacımızdır, onlara hörmət və ehtiramımız sonsuzdur. Onların Azərbaycanımız üçün etdikləri fədakarlığı heç nə ilə qarşılaya bilmərik. Ancaq təəssüf hissi ilə qeyd etmək istərdim ki, bəzi hallarda müəyyən şəxslər şəhidlərimizdən alver predmeti kimi istifadə edirlər. Kimsə bir şəhidimiz haqqında hansısa zirzəmidə yerləşən, cəmiyyətin tanımadığı nəşriyyatda kitab çap edir və sonra da qapı-qapı düşüb həmin kitabı satmağa başlayır. Öz təcrübəmdən çıxış edərək deyərdim ki, dəfələrlə belə hallarla rastlaşmışam. Kitabı almırsansa, başlayırlar özlərinə yaxın mətbu orqanlarda səni qaralamağa ki, İlham müəllim şəhidlərə qarşı hörmətsizlik etdi. Alanda da sən də avtomatik həmin alver predmetinin bir həlqəsinə çevrilirsən".

İlham İsmayılov qeyd edib ki, ən məyus edici məqam şəhidlərlə bağlı çap edilən həmin kitablarda kifayət qədər səhvlərin olmasıdır:

"Nəinki texniki, hətta qrammatik cəhətdən də o kitablar başdan ayağa bərbad vəziyyətdə olur. Adamlar mübtəda ilə xəbərin yerini belə düz yazmırlar. Hesab edirəm ki, belə hallar şəhidlərimizin ruhuna ehtiramdan daha çox hörmətsizlikdir".

ATXƏM sədri təklif edib ki, şəhidlərimizlə bağlı kitab çapına da hansısa formada nəzarət olmalıdır ki, belə biabırçı vəziyyətlərlə üzləşməyək.

Süleyman

newscenter.az

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo