Axtarış: 
“Türk Şengeni” yaradılır - 14.10.2025
+  -  Çap 
Yerləşdirilib: 30.10.25 | Baxılıb: 127
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə ərazisində yaşayan türk soylu xalqların nümayəndələri üçün imzaladığı qərar Şengen vizasına oxşar, ona bənzər bir sistem kimi qəbul edilə bilər. Düzdür, burada söhbət ölkələrarası sərbəst gediş-gəlişdən çox, əmək və peşə hüquqları üçün imkanlar yaradılmasından gedir. Bütün halda məlum qərar olduqca əhəmiyyətli, türk dünyası arasında inteqrasiyanı daha da sürətləndirəcək bir addımdır”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk əsilli şəxslərin Türkiyədəki statusu haqqında sərəncamını şərh edərkən deyib. İctimai birlik sədri qeyd edib ki, sözügedən sərəncam Türkiyə ərazisində yaşayan türk soylu xalqlara bir sıra üstünlüklər verir:

“Belə ki, onlara Türkiyədə işləmək və peşə icrası hüququ verir. Məlumat üçün qeyd edim ki, bəzi Şengen ölkələri də vizaya əsaslanaraq iş icazəsi də verir. Bu qərar həm də türk dövlətləri arasında mədəni və iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək. Nəticə etibarilə digər türk dövlətləri ilə Türkiyə arasında ortaq kimlik güclənəcək. Əgər Türkiyənin bu qərarı Türk Dövlətləri Təşkilatı (TDT) daxilində digər üzv ölkələr tərəfindən də tətbiq olunarsa, bu zaman “Türk Şengeni” kimi işləyə biləcək bir sistem formalaşar. Bu, türk dünyası üçün strateji dərinliyi olan tarixi addım ola bilər”.

ATXƏM sədri deyir ki, Türk Şengeni qurulsa, ortaq elektron viza sistemi, Türk dövlətləri arasında diplom və sənəd tanınması, əmək icazələrinin qarşılıqlı tanınması, təhsil mübadiləsi və ortaq universitetlərin yaradılması, mədəni və texnoloji pasportların tətbiqi (məsələn, ortaq “Türk kimlik kartı”) kimi məsələlər də qısa müddətdə reallaşa bilər”.

İlham İsmayılovun sözlərinə görə, bu kimi qanunvericilik addımları təkcə türk dövlətləri və türk soylu icmalar arasında mədəni, sosial və iqtisadi bağları gücləndirmir, eyni zamanda insanlar iş, təhsil və yaşayış baxımından daha çox seçimlərə malik olurlar:

“Xarici türk işçilərinin, peşəkarların Türkiyəyə axını iş gücü resurslarını genişləndirə bilər, texniki və ixtisaslı işçilərin köçü investisiyaya, layihələrin icrasına və iqtisadi fəaliyyətlərə təkan verər. Bundan başqa Türkiyədə yaşayan türk soylu xalqların nümayəndələrinin “Əcnəbi” statusundan çıxması, hüquqların bərabər olması, sosial hüquqlarda tətbiq edilən ayrı-seçkiliyin azalması deməkdir. Bu, həmçinin türk dövlətlərindən gələn şəxslərin Türkiyədə daha rahat yaşaması üçün bir çərçivə yaradır.

Ümumilikdə, bu qərar Türkiyənin türk dövlətləri ilə strateji əlaqələrini gücləndirmək, türk dünyasında liderlik rolunu artırmaq baxımından önəmli addımdır. Belə tədbirlər həm daxildə, həm də bölgədə Türkiyənin təsirini artırır”.

Qeyd edək ki, Türkiyə Prezientinin imzaladığı sənəd əsasən, türk soylu icmalara aid olan şəxsləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Qaqauz, Krım kimi icmalar əhatə edir.

Bu şəxslərə Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra etmək, dövlət və ya özəl sektorda işə qəbul imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Bundan sonra Türk soylular Türkiyədə “əcnəbi” kimi deyil, öz vətənlərindəki kimi yaşama, işləmə imkanına sahib olacaqlar.

Süleyman

newscenter.az

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ́́
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo