Axtarış: 
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
+  -  Çap 
Yerləşdirilib: 30.10.25 | Baxılıb: 3
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycan Respublikası bütün yaxın-uzaq ölkələrlə qarşılqılı faydalı əməkdaşlığa, ikitərəfli, eyni zamanda çoxtərəfli formatlarda ayrı-ayrı dövlətlərlə əlaqələri inkişaf etdirməyə üstünlük verir. Bakının xarici siyasətində Türk dünyası, türkdilli ölkələrlə əməkdaşlıq, bu əlaqələri istər Türk Dövlətləri Təşkilatı daxilində, istərsə də ikitərəfli formatda daha da inkişaf etdirmək prioritet təşkil edir. Bu məqsədlə Azərbaycan TDT-yə üzv ölkələrin hər biri ilə əməkdaşlığa, onu inkişaf etdirməyə xüsusi önəm verir. Elə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərinə dəvət olunması da məhz bu önəmdən, Bakının türk dünyası ilə əlaqələrə daha çox diqqət ayırmasından irəli gəlir.

Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfərinə diqqət yetirən “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov Newscenter.az-a deyib ki, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri həm Azərbaycan–Qazaxıstan münasibətləri baxımından, həm də ümumilikdə türk dünyasının birliyi və əməkdaşlığı kontekstində olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, bu cür yüksək səviyyəli səfərlər strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə, regional əməkdaşlıq formatlarının güclənməsinə və ortaq mədəni-siyasi dəyərlərin möhkəmlənməsinə xidmət edir:

“Azərbaycan və Qazaxıstan tarixi, mədəni və dil baxımından ortaq köklərə malik olmaqla yanaşı, iqtisadi və siyasi sahədə də sıx əməkdaşlıq edir. Səfər çərçivəsində imzalanan sənədlər, aparılan danışıqlar və qarşılıqlı bəyanatlar göstərir ki, iki ölkə arasında ticarət və investisiya əməkdaşlığı genişlənir, nəqliyyat və logistika sahəsində, xüsusən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə əməkdaşlıq gücləndirilir. Bundan başqa energetika, kənd təsərrüfatı, rəqəmsal transformasiya sahələrində əməkdaşlığa dair yeni razılaşmalar əldə edilir. Bütün bunlar isə öz növbəsində iki ölkənin strateji tərəfdaşlıq səviyyəsini daha da yüksəldir”.

ATXƏM sədri qeyd edib ki, İlham Əliyevin Qazaxıstana səfəri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanın möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır:

“Bu səfər həm də Türk dövlətləri arasında həmrəylik və siyasi birliyi nümayiş etdirir. Ölkələr arasında nəqliyyat, enerji və iqtisadi əlaqələrin daha sıx koordinasiyası türk dünyasının ümumi inkişafına töhfə verir.Bu səfər, Türk dövlətləri arasında vahid geosiyasi və iqtisadi məkan qurmaq istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilə bilər”.

İlham İsmayılov onu da qeyd edib ki, Azərbaycan və Qazaxıstan, Avrasiya məkanında nəqliyyat-logistika qovşaqları olaraq böyük əhəmiyyətə malikdirlər:

“Bu səfər nəticəsində Çin–Avropa ticarət dəhlizlərində əməkdaşlığın genişlənməsinə imkan yaradacaq. Xəzər regionunda təhlükəsizlik və sabitlik məsələlərində ortaq mövqe gücləndiriləcək. Bir sözlə, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri təkcə iki ölkə arasında münasibətlərin daha yüksək mərhələyə keçməsi deyil, eyni zamanda türk dünyasının birliyinə, Avrasiya inteqrasiyasına və regional sabitliyə töhfə verən əhəmiyyətli geosiyasi hadisədir. Bu səfər türk xalqları arasında həmrəyliyin və ortaq gələcək vizyonunun gücləndirilməsinə xidmət edir”.

İlham İsmayılovun sözlərinə görə, bu səfər həm də Azərbaycanın türk dünyasının inteqrasiyasında daha çox təşəbbüskar, maraqlı tərəf olduğunu bir daha təsdiqləyir:

"Təkcə Qazaxıstanla deyil, eyni zamanda digər türk dövlətləri ilə rəsmi Bakı çox yüksək səviyyəli əlaqəılər qurur. Bu istiqamətdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, Türk Dövllətləri Təşkilatına o qədər də maraqlı olmayan Türkmənistan belə artıq təşkilatın tədbirlərində təmsil olunur, üzv ölkələrlə əlaqələrə daha çox diqqət ayırır. Bir müddət əvvəl Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedovun Qarabağa, Şuşaya səfər etməsi, ardınca TDT-nin Qəbələ zirvə görüşündə iştirakı deyilənlərin sübutudur".

Süleyman

newscenter.az

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Gündüz: +15.. +17dəyişkən buludlu yağmursuz
Axşam: +13.. +15dəyişkən buludlu yağmursuz
Gecə: +13.. +15aydn yağmursuz
Səhər: +16.. +18aydn yağmursuz
Atm. təziyi: 769 ìì
Rütübət: 65 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo