Axtarış: 
Bir şəkilin tarixcəsi, yaxud milli şəxsləri Mehdiyevçi kimi ləkələmək planı - 30.10.2025
+  -  Çap 
Yerləşdirilib: 15.12.25 | Baxılıb: 152
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


İlham İsmayılov: “O medalı Mehdiyev deyil, bir başqası da təqdim etsə, mütləq çıxıb onu almalı idim”

Qəribə tendensiya yaranıb. Sabiq PA rəhbəri Ramiz Mehdiyev ətrafında baş verənlər fonunda birilərini qaralamaq, onu ləkələmək, yaxud şər-böhtan atmaqla nəsə əldə etmək üçün milli şəxslərə, dövlət və dövlətçiliyə bağlı olan insanlara da Mehdiyevçi damğası vurulur, həmin şəxslər barədə cəmiyyətdə mənfi rəy formalaşdırılmağa çalışılır. Mehdiyevçi damğası vurulanlar sırasında təkcə hansısa məmurlar, millət vəkilləri deyil, eyni zamanda media və QHT sektorunda fəaliyyət göstərənlər də var. İllər öncə, Mehdiyevin PA rəhbəri olduğu dönəmdə müxtəlif dövlət təltiflərinin verilməsi zamanı Ramiz Mehdiyevlə çəkilmiş fotoları tirajlayaraq guya həmin şəxslərin də sabiq PA rəhbərinin adamı olduğu barədə cəmiyyətə yalnış informasiya ötürülür. Bu günlərdə yerli media qurumlarından birində “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” (ATXƏM) ictimai birliyinin sədri İlham İsmayılovun da dövlət tədbirərindən birində Mehdiyevlə çəkilmiş fotosu yayımlanaraq onun da Ramiz Mehdiyevin himayəsində olan QHT rəhbəri olduğu iddia edilib.

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-a bölüşən ATXƏM sədri İlham İsmayılov sözügedən fotonun tarixçəsi barədə bunları deyib:

“Həmin şəkil Dünya Azərbaycanlılarının qurultayı zamanı çəkilib və diaspor fəaliyyətində xidmətlərə görə bir sıra diaspor nümayəndələri kimi məni də Cənab Prezident İlham Əliyev “Tərəqqi” medalı ilə təltif etmişdi. Medalın təqdim edilməsi anına qədər onun Ramiz Mehdiyev tərəfindən bizə veriləcəyini bilmirdim. Həmin təltifetmə zamanı məlum oldu ki, medalı Mehdiyev təqdim edəcək. Həmin tədbirdə Prezidentin keçmiş köməkçisi Əli Həsənov, YAP sədrinin müavini Əli Əhmədov, DİDK-nin keçmiş sədri Nazim İbrahimov da iştirak edirdi. Orada mənimlə bərabər müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrinə də medalları məhz Ramiz Mehdiyev təqdim edirdi. Onların məntiqi ilə desək o zaman həmin diaspor təmsilçiləri də Ramiz Mehdiyevin adamıdır? Tamamilə məntiqsiz yanaşmadır və yalnız cəmiyyətdə milli şəxsləri ləkələməyə hədəflənib”.

İlham İsmayılov deyib ki, o, Cənab Prezident tərəfindən göstərdiyi fəaliyyətə görə, təltif edilib və həmin medalı Mehdiyev və ya bir başqasının təqdim etməsinin heç bir qəbahəti yoxdur:

“Məgər medalı Mehdiyev təqdim edirdi deyə, biz ondan imtina etməli idik?. Mehdiyevə görə, biz haqq etdiyimiz mükafatdan imtina edəsi deyildik ki”.

ATXƏM sədri onu da deyib ki, həmin təqdimetmə zamanı hətta Mehdiyev onu tanımayıb və ondan kim olduğunu soruşub:

“Medalı təqdim edərkən Ramiz Mehdiyev məndən soruşdu ki, sən kimsən, harada çalışırsan. Çünki həmin medallar daha çox xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları rəhbərlərinə verilirdi. Mən də cavabında bildirdim ki, təşkilatımız Bakıda qeydiyyatda olsa da, lakin fəaliyyətimiz bütün Türk dünyasını əhatə edir və təşkilat olaraq Avropa ölkələrində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif layihələr həyata keçirmişik. İndi bu gün həmin fotonu yaymaq o demək deyil ki, mən Ramiz Mehdiyevin adamıyam. Əksinə Ramiz Mehdiyev 2001-ci ildən məni qara siyahısına salıb. Bunu dəfələrlə açıq şəkildə bəyan etmişəm. Bəlkə də Mehdiyev mənim də təltif olunduğumu əvvəlcədən bilsə, mənə mane olardı ki, “Tərəqqi” medalını almayım. Bir sözlə mən həmin medalı gördüyüm işlərə görə Cənab Prezident tərəfindən verilən mükafat kimi qəbul edirəm. O medalı Mehdiyev deyil, bir başqası da təqdim etsə, mütləq çıxıb onu almalı idim. Çünki bu mükafat ölkənin birinci şəxsinin verdiyi mükafat idi”.

newscenter.az

VIDEO
Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumundan bəzi anlar  videoçarxda - 16 may, 2026-cı il
 
 Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu - 26 may 2026-cı il
 
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« İyun.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo