Axtarış: 
Iraqda silsilə tədbirlər keçirilmişdir - 08.12.2025
+  -  Çap 
Yerləşdirilib: 16.12.25 | Baxılıb: 170
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Bu ilin mart ayında AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və ATXƏM İB-nin layihə rəhbərliyi ilə Bakıda və Qarabağ bölgəsində "Türkman irsi: Vətəndaş Cəmiyyətinin həmrəyliyi" mövzusunda Forum və silsilə tədbirlər keçirilmişdir.

Tədbir çərçivəsində Bakıya səfər etmiş İraq millət vəkili Ərşad Salihi, Türkmeneli Akademisyenler Teşkilatı sədrı Dr. Nebil Şahin Kifrili tərəfindən bu yaxınlarda Vətənpərvərliyin Təbliğinə Dəstək İB-nin sədri Şəmistan Əlizamanlı və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov silsilə tədbirlərdə iştirak etmək üçün İraqa dəvət olunmuşlar. Hal-hazırda Şəmistan Əlizamanlı və İlham İsmayılov "Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması və Türkman Vətəndaş Cəmiyyəti üzvləri ilə görüşlər və konfranslar" layihəsini icra etmək üçün Kərkük şəhərində səfərdədirlər.

Səfər müddətində Vətəndaş Cəmiyyəti təşkilatları arasında əlaqələrin qurulması, İraq Türkman irsinin, ortaq mədəniyyətin təbliği, xalqlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə konfranslar, görüşlər keçirmək, türkmanların yaşadığı bölgələrə səfərlər etmək və s. nəzərdə tutulmuşdur.

Bu gün Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində və Kışla Şəhid və Məhbuslar Dərnəyində görüşlər keçirilmişdir, o cümlədən Təzə Xurmatu qəsəbəsində Şəhidlərin toplum məzarlığı ziyarət edilmişdir.



Bu muzey Səddam Hüseyn repressiyasına məruz qalmış və İŞİD tərəfindən heç bir günahı olmayan qətlə yetirilmiş türkmanların toplum şəhidlik muzeyidir.

20 iyun 2009-cu il tarixində Təzə Xurmatu tarixinin ən qanlı günlərindən birini yaşamışdır. Peyğəmbər Əzəm (s) məscidi və hüseyniyyəsinin yaxınlığında partladılan minalanmış yük maşını nəticəsində təxminən 89 mülki şəxs şəhid olmuş, 200-dən çox insan – əsasən qadınlar, uşaqlar və yaşlılar – yaralanmış və bütün ərazi dağıdılmışdır.

Bundan əlavə, 2015-ci ildə Təzə nahiyəsi terror təşkilatı DEAŞ tərəfindən kimyəvi hücuma məruz qalmışdır. DEAŞ bölgəni kimyəvi maddələr ehtiva edən Katyuşa raketləri və minaatan mərmiləri ilə bombardman etmişdir. Bu hücum, təşkilatın vəhşiliyinin və günahsız qadın, uşaq və dinc əhaliyə qarşı qəsdən yönəlmiş cinayətlərinin bariz nümunəsidir. Beynəlxalq miqyasda qadağan olunmuş silahların istifadəsi onların alnında qara ləkə olaraq qalır.

Bu şəhidlərin arasında universitetlərdə türk dilinin öyrənilməsi məsələsini qaldıran Hüseyn Dəmirçi də olmuşdur. Tələbələr onun müdafiəsinə qalxsalar da, o həbs edilib, işgəncələrlə şəhidliyə qovuşmuşdur.

İraq türkmənlərinin tanınmış şəhidlərindən biri şəhid Hüseyn Əli Musa “Tempəl Abbas” teatr sənətində parlaq istedada və tükənməz enerjiyə sahib idi və İraqdakı türkmən hərəkatının mədəni və siyasi yolunda böyük rol oynamışdır. Onun yaradıcı şəxsiyyəti türkmən xalqının mədəni və siyasi hüquqlarının müdafiəsində mühüm təsirə malik olmuşdur. O, müxtəlif sahələrdə aktiv idi və şəhid Abdullah Abdurrahman rəhbərliyindəki Türkmən İxvan Klubunun, Müəllimlər Sindikatının və Türkmən Tələbələr Birliyinin üzvü olaraq bütün fəaliyyətlərdə iştirak etmişdir.Böyükdən kiçiyə bütün türkmən şəhərlərində ona dərin hörmət bəslənirdi və o, həqiqətən xalqın sənətkarına çevrilmişdi.

.
2 noyabr 1971-ci ildə Baas rejiminin türkmənlərin mədəni hüquqlarını ləğv etməsinə etiraz olaraq türkmən tələbələrinin başladığı ümumi tətilə şəhid bütün gücü ilə qatıldı. Tətilin ardınca Baas rejimi çox sayda fəalı, o cümlədən Müəllimlər Sindikatının bütün idarə heyətini həbs etdi. Hüseyn Əli Musa də bu həbslər arasında idi və 7 noyabr 1971-ci ildə ağır işgəncələr nəticəsində şəhid oldu. Şəhidlik məzarında edamlarda istifadə olunan simvolik dar ağacı, övladlarına, ərlərinə yardım aparan, vəfat edən edən anaların geyimləri saxlanılan muzey - Analar muzeyi də ziyarət olunmuşdur

ATXƏM İB-nin
Mətbuat Xidməti

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ́́
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo