İraqda səfərdə olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov və Vətənpərvərliyin Təbliğinə Dəstək İB-nin sədri Şəmistan Əlizamanlı bu gün Kərkükdə 1361-ci ildə Cəlairilər dövründə Səlcuqlular xanədanının üzvlərindən olan Buğday Xatun üçün tikilmiş Göy Günbəz - Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər. Daha sonra heyət Kərkükdə yaşayan Türkmeneli Akademisyenler Teşkilatı sədrı Dr. Nebil Şahin Kifrilinin evində qonaq olaraq, onların milli adət-ənənələri, yaşayış tərzi ilə tanış olmuşlar, çay süfrəsi arxasında geniş, ətraflı söhbət etmişlər.
ATXƏM İB-nin
Mətbuat Xidməti
|