Axtarış: 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
+  -  Çap 
Yerləşdirilib: 05.01.26 | Baxılıb: 11
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları başa vurduğumuz 2025-ci ilin son dəqiqələrində xalqa ünvanlandığı müraciətlə hər zamankı kimi cəmiyyətə ötən ilin həm hesabatını vermiş oldu, həm də qədəm qoyduğumuz 2026-cı ilin hədəflərini açıqladı, strateji yol xəritəsi təqdim etdi. Dövlət başçısının fikilərindən aydın oldu ki, Azərbaycan dövləti üçün bu il də əvvəlki illərdə olduğu kimi Türk dünyası ilə əlaqələri inkişaf etdirmək prioritet olacaq. Prezidentin xalqa müraciət zamanı ümumi fikirlərdən hasil olan nəticə ondan ibarət idi ki, dövlət başçısının dediyi kimi bizim ailəmiz türk dünyasıdır və bu istiqamətdə fəaliyyəti genişləndirmək lazımdır”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. ATXƏM sədri diqqətə çatdırıb ki, prezident İlham Əliyev 2025-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu və Azərbaycanın müxtəlif beynəlxalq formatlarda öz mövqeyini gücləndirdiyini vurğuladı. Bu çərçivədə Azərbaycanın dünyanın aparıcı təşkilatlarında rolunu genişləndirmək üçün müəyyən addımlar atdığını bildirdi:

“Cənab prezident müxtəlif beynəlxalq qurumlarda üzvlüyün genişləndirilməsi və siyasi əlaqələrin dərinləşdirilməsini qeyd etməklə əslində ümumi bir istiqaməti göstərmiş oldu. Hesab edirəm ki, bu istiqamət Türk dünyası ilə əlaqələr üçün də bir kontekstə çevrilə bilər. Çünki Azərbaycan həmin coğrafiyada etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir. Bu gün Azərbaycanın müxtəlif ictimai təsisatları, vətəndaş cəmiyyətləri təkcə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr deyil, eyni zamanda İraq türkmanları, Rusiyada, Avropada, dünyanın müxtəlif bölgələrində mövcud olan türk xalqları ilə yaxından əməkdaşlıq etməyə çalışır, müəyyən tədbirlər təşkil edirlər. Cənab Prezidentin də bundan əvvəlki çıxışlarında qeyd etdiyi kimi taleyin acı zərurətindən meydana gələrək ayrı düşmüş xalqlarıq və bu baxımdan əlaqələrin genişləndirilməsinə ehtiyac var. Məlumat üçün qeyd edim ki, ATXƏM və “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi olaraq bir müddət əvvəl Kərkükə səfər edərək İraq türkmanlarının iştirakı ilə müxtəlif tədbirlər keçirdik. Bizimlə eyni kökdən olan türkmanlarla əlaqələrin inkişaf etdirilməsi hesab edirəm ki, olduqca zəruridir. Bu sıraya cənublu soydaşlarımızı da daxil etmək lazımdır. Hesab edirəm ki, Cənab Prezidentin güclü Azərbaycan ifadəsi əslində həm də tarixin müəyyən zaman kəsiyində bir birindən ayrı düşmüş türk xalqlarına yönəlmiş bir mesajdır. Yəni, güclü Azərbaycan dövləti bundan sonra onları da diqqətdən kənarda qoymayacaq.

Prezident sözügedən müraciətdə vurğulayır ki, dünyada yaşayan bütün azərbaycanlılar, hansı ölkədə yaşamalarından asılı olmayaraq Azərbaycan dövlətinə bağlıdır və bu dövlət onların arxasında durur. Dünya azərbaycanlılarının bir Vətəni var, o da güclü Azərbaycandır. Bu fikirlər daha geniş miqyasda Türk dünyası çərçivəsində ortaq tarix, dil, köklər və mədəniyyət vahidliyinə işarə kimi başa düşülə bilər. Yəni siyasi səviyyədə konkret Türk Dövlətləri Təşkilatı fəaliyyətinə istinad olunmasa da, sözügedən həmrəylik prinsipi Türk dilinə və mədəniyyətinə malik xalqlar arasında birliyin dəyərini də əhatə edir”.

İlham İsmayılov onu da vurğulayıb ki, dövlət başçısının müraciətində konkret olaraq Türk Dövlətləri Təşkilatı, qardaş ölkələr və ya Türk dünyası üzrə konkret əməkdaşlıq proqramlarına yer verilməsə də, müraciətin xarici siyasət məzmunu onu deməyə əsas verir ki, Azərbaycan regional və beynəlxalq etimadını gücləndirir:

“Bu isə öz növbəsində Türk dünyası daxil olmaqla regional əlaqələrə də müsbət təsir göstərir. Azərbaycan dövlətinin soydaşları öz Ana Vətəni ilə əlaqələrini və mənafelərini önəmli hesab etməsi vurğulanır ki, bu da diaspor və Türk dünyası əlaqələri üçün əsas prinsipdir.

Ümumiyyətlə, Prezidentin müraciətində Türk dünyası ilə əməkdaşlıq birbaşa vurğulanmasa da, müraciətin daxili məğzi və ümumi xarici siyasət çərçivəsi aşağıdakı əsas məqamlara işarə edir.

Birincisi, Dünya azərbaycanlılarını birləşdirən həmrəylik prinsipi regional (o cümlədən Türk dünyası) çərçivələr üçün əsas dəyər kimi qəbul edilir.

İkincisi, Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini gücləndirir və bu, Türk dövlətləri ilə əməkdaşlığın genişlənməsi üçün münbit zəmin yaradır.

Üçüncüsü, “Ortaq tarix, dil və mədəniyyət” kimi ifadələr, müraciətin kontekstində, Türk dünyasına inteqrasiya ideyasını aktiv şəkildə dəstəkləyir. Bir sözlə dövlət başçısının müraciəti, həmrəyliyə, mədəni-tarixi əlaqələrə və Azərbaycanın artan beynəlxalq nüfuzuna vurğu edərək, Türk dünyası ilə daha sıx birlik və əməkdaşlıq ideyasını dəstəkləyən ümumi yanaşmanı əks etdirir”.

newscenter.az

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gecə: +7.. +9buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +9.. +11buludlu yağmursuz
Axşam: +4.. +6buludlu yağmursuz
Atm. təziyi: 764 ìì
Rütübət: 72 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo