Axtarış: 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
+  -  Çap 
Yerləşdirilib: 27.02.26 | Baxılıb: 6
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


ABŞ-ın Azərbaycan üzərindən Türk dünyasının inteqrasiyasına verdiyi töhfə

“Cənubi Qafqazda daşlar yenidən nizamlanır, oyun qaydaları formalaşır. Yeni oyun qaydalarında, regionda yeni dövrün tələblərinə uyğun nizamın formalaşmasında Azərbaycan hər zaman olduğu kimi əsas aktor rolunu oynayır. Bu günlərdə Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaz regionuna, xüsusilə də Azərbaycana səfəri, Bakıda imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası” fonunda bunu aydın şəkildə gördük”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov səsləndirib. İctimai birlik sədri deyib ki, Vensin səfəri əslində ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Onun sözlərinə görə, keçən ilin avqustunda Vaşinqtonda əsası qoyulan bu mərhələ əslində yenu Ağ Ev administrasiyasının həm regiona, həm də Azərbaycana olan münasibətinin dəyişdiyini göstərirdi.

İctimai birlik sədri deyir ki, Xartiyada əksini tapan məqamlar həm də Azərbaycanın İkinci Qarabağ Müharibəsində əldə etdiyi qələbənin, regionda yaratdığı yeni reallıqların Vaşinqton tərəfindən qəbul edilməsi, təsdiq olunması anlamını verir:

“Məhz İkinci Qarabağ Müharibəsi ilə Azərbaycan regional sabitliyə töhfə verdi, bölgədə sülhün təmin olunmasını şərtləndirdi. Eyni zamanda terrorçuluq və separatizmə qarşı mübarizədə barışmaz olduğunu ortaya qoydu, Qarabağda separatizmin kökünü kəsdi. Ən nəhayət, sərhədlərinin təhlükəsizliyini təmin etdi. Əslində Azərbaycanın hərb meydanında qələbəsinin okeanın o tayında təsdiqi, keçən ilin avqust ayında Vaşinqtonda Trampın iştirakı ilə sülh müqaviıəsinin paraflanması ilə baş vermişdi. Bakıda imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası” isə bunu bir daha tarixiləşdirdi. Bir sözlə, Vensin səfəri, Birləşmiş Ştatların Cənubi Qafqaza, xüsusən də Azərbaycana marağının artması həm də Avrasiyanın güc xəritəsinin yenidən müəyyən edilməsi, qurulmasıdır.

Həm bu səfər, imzalanan Xartiya, həm də bundan əvvəl Vaşinqtonda sülh müqaviləsinin Trampın iştirakı ilə paraflanması əslində Azərbaycanın qalibiyyətinin tanınmasıdır”.

İlham İsmayılov hesab edir ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafı, strateji tərəfdaşlığı istər-istəməz Vaşinqtonun Türk dünyası ilə inteqrasiyasını da gücləndirəcək: “Əslində Birləşmiş Ştatlar da müəyyən mənada bu prosesdə maraqlıdır. Bir müddət əvvəl Vaşinqtonda Mərkəzi Asiya+Amerika sammitinin keçirilməsi də dolayı yolla bu məqsədə xidmət edirdi. Vaşinqtonda başlanan bu addım Cənubi Qafqazda davam edir. Zənəgəzur, (TRİPP) marşrutunun işə düşməsi ilə bu inteqrasiya, ABŞ-ın Cənubi Qafqazda Azərbaycan üzərindən Türk dünyası ilə əlaqələri daha da genişlənəcək. Hesab edirəm ki, dünyanın güc mərkəzi sayılan Amerikanın Azərbaycana verdiyi önəm, həm də Vaşinqtionun Türk dünyasına verdiyi önəmdir. Amerikanın yeni müttəfiqlər arasında Aərbaycanı görməsi əslində Birləşmiş Ştatların Türk dünyasına marağının göstəricisidir. Bu arada bir məqamı da xüsusi qeyd etmək yerinə düşərdi. Belə ki, Cey Di Vens Ermənistanda səfərdə olarkən qondarma erməni soyqırımı abidəsini ziyarət etsə də, lakin çıxışlarında bir dəfə də olsun həmin hadisə barədə danışmadı. Eyni zamanda Ağ Evin saytından qısa müddət ərzində Vensin qondarma abidəni ziyarət etməsi xəbəri yığışdırıldı. Bu da onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar hazırkı dönəmdə Cənubi Qafqazda Azərbaycana üstünlük verdiyi kimi, Türkiyənin də Yaxın Şərqdə oynadığı rolu qəbul edir, onu dəstəkləyir, Ankaraya Azərbaycan kimi strateji müttəfiq gözündə baxır. Bu baxımdan ən xırda detalı nəzərə alaraq bu müttəfiqliyə zərər gəlməsini istəmir. Vensin qondarma soyqırım abidəsini ziyarət etməsi xəbərinin də Ağ Evin saytından çıxarılması bunu təsdiqləyir”.

newscenter.az

Süleyman

VIDEO
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Fev.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
232425262728 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo