Axtarış: 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
+  -  Çap 
Yerləşdirilib: 14.04.26 | Baxılıb: 3
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


XX əsrin əvvəllərində dünyada cərəyan edən proseslər, ciddi siyasi dəyişikliklər imperiyadan da yan keçmədi.

1917-ci ildə Böyük Oktyabr inqilabı nəticəsində Rusiya imperiyasının dağılması onun tərkibində olan digər regionlar kimi, Cənubi Qafqazda da siyasi baxımdan boşluqlara gətirib çıxardı. Yaranmış vəziyyətdən istifadə etməyə çalışan bolşevik və erməni daşnak qüvvələri üçün Bakını ələ keçirmək üçün əlverişli fürsət yaranmışdı. Bakıya nəzarəti ələ keçirmək və hakimiyyəti ələ almaq üçün erməni daşnaklarının ənənəvi üsulu var idi: etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçirmək.

Erməni daşnakları bolşeviklərin köməyi ilə öz maraqlarını təmin etmək məqsədilə etnik qarşıdurmanı alovlandırdılar və nəticə etibarilə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı XX əsrin ən böyük cinayətlərindən biri olan kütləvi qırğınlar, soyqırımı həyata keçirdilər. Tarixə Mart soyqırımı kimi düşən bu hadisələr Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdı.

1918-ci ilin mart ayının sonlarından başlayaraq Bakı və ətraf ərazilərdə genişmiqyaslı qırğınlar törədildi. Bolşevik və daşnak silahlı dəstələri dinc əhaliyə hücum edir, insanları milli və dini mənsubiyyətinə görə qətlə yetirirdilər. Qısa müddətdə minlərlə insan öldürüldü, evlər talan edildi, məscidlər və digər mədəni abidələr dağıdıldı.

Faciə yalnız Bakı ilə məhdudlaşmadı. Hadisələr Şamaxı, Quba, Salyan, Qarabağ, Zəngəzur və Lənkəran bölgələrinə, hətta Cənubi Azərbaycana da yayıldı. Xüsusilə Şamaxıda və Qubada yüzlərlə kənd yandırıldı, minlərlə insan amansızlıqla qətlə yetirildi. Soyqırımından illər sonra Qubada aşkar edilmiş kütləvi məzarlıqlar bu qırğınların miqyasını açıq şəkildə sübut etdi.

Daşnakların azərbaycanlı əhaliyə qarşı soyqırımının qarşısını almaq üçün yenə də köməyə çatan türk qardaşlarımız oldu. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya yardım üçün edilən müraciətə dərhal reaksiya verildi və onun komandanlığı altında türk qoşunları azərbaycanlıları erməni daşnaklarının zülmündən xilas etdi. Qafqaz İslam Ordusunun son missiyası sentyabrın 15-də Bakını bolşevik-daşnak qüvvələrindən azad edərək Azərbaycan Xalq Cümhuriyyətinin tabeliyinə vermək oldu. Azərbaycana, türklərə qarşı barışmaz mövqeyi, açıq düşmənçiliyi ilə seçilən ermənilər eyni əsrdə yenidən azərbaycanlılara qarşı deportasiya və soyqırımlar həyata keçirməyə başladılar. 1948–1953-cü illər deportasiyası, 1980-ci illərin sonlarından azərbaycanlılara qarşı başlayan yeni etnik təmizləmə və deportasiya siyasəti, Xocalı soyqırımı, eləcə də digər bu kimi faciələr yalnız Azərbaycan xalqını məhv etməyə, “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə xidmət edirdi.

Eyni əsrdə bir neçə dəfə rastlaşdığımız faciələrin səbəblərindən biri də unutqanlığımız, tarixi tez yaddan çıxarmağımızdır. Əks halda, XX əsrin 90-cı illərində növbəti faciə – Xocalı soyqırımı ilə qarşılaşmazdıq. Yaxud böyük güclərin Qafqaz planının bir hissəsi kimi torpaqlarımız işğal edilərək 30 ilə yaxın erməni tapdağı altında qalmazdı.

Necə ki, 31 Mart Azərbaycanlılarının Soyqırımı Gününü imperiyanın mənfur siyasəti nəticəsində ciddi cəhdlə xalqın yaddaşından silməyə, onu unutdurmağa çalışırdılar. Lakin müstəqillik əldə etdikdən sonra bu hadisələrə obyektiv hüquqi-siyasi qiymət verilməyə başlandı. Xüsusilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu məsələyə dövlət səviyyəsində diqqət yetirildi və 1998-ci ildə imzaladığı fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu.

Bu qərar soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm addım idi. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, 31 mart – Azərbaycanlılarının Soyqırımı Gününə dövlət səviyyəsində diqqət yetirilməsi bu məsələdə vətəndaş cəmiyyətini də daha fəal olmağa sövq etdi.

“Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyi (ATXƏM) də öz növbəsində fəaliyyətə başladığı ilk gündən tarixin müxtəlif dövrlərində baş vermiş deportasiya və soyqırımların dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparmış, müxtəlif formatlarda tədbirlər, konfranslar, seminarlar və dəyirmi masalar təşkil etmişdir.

ATXƏM-in fəaliyyəti təkcə ölkə daxilində keçirdiyi tədbirlərlə məhdudlaşmamışdır. Təşkilat Avropanın siyasi mərkəzlərində də 31 mart – Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı elmi-praktiki konfranslar və anım tədbirləri keçirmişdir. Eyni zamanda müxtəlif ölkələrdən olan tərəfdaş təşkilatların iştirakı ilə Qubadakı Soyqırımı Memorial Kompleksi qarşısında geniş anım tədbirləri təşkil edilmişdir.

ATXƏM-in yerli və beynəlxalq səviyyədə keçirdiyi tədbirlər ermənilərin müxtəlif dövrlərdə Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə, deportasiya və soyqırımların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır. Artıq xalq keçmişi daha dərindən öyrənir, öz tarixinə və milli kimliyinə sahib çıxır, onu gələcək nəsillərə çatdırır. Eyni zamanda yaxın tariximizdə baş vermiş işğallar nəticəsində itirilənlər xalq-dövlət birliyi və həmrəyliyi nəticəsində geri qaytarılmışdır.

44 günlük Vətən müharibəsi bunu bir daha sübut etdi. Xalq bir nəfər kimi dövlətinin və Prezidentinin ətrafında sıx birləşərək işğal altında olan ərazilərini geri aldı, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu, həm də tarixin müxtəlif dövrlərində yaşadığımız faciələrə qarşı nifrətin və ədalət hissinin təcəssümü idi.

Azərbaycan dövləti və xalqı bununla 200 illik erməni yalanlarına son qoydu. Təəssüf ki, bəzi qüvvələr bu nailiyyətləri kölgədə qoymağa, cəmiyyətin diqqətini başqa istiqamətlərə yönəltməyə çalışırlar.

Sanki “zəfər sərxoşluğu” fonunda ətrafımızda baş verən hadisələr – Rusiya-Ukrayna müharibəsi, İrana qarşı mümkün hərbi əməliyyatlar və digər məsələlər informasiya məkanında daha çox qabardılaraq tarixi Zəfərimizin kölgədə qalmasına səbəb olur. 31 mart kimi soyqırımlarını yenidən yaşamamaq, deportasiyalara məruz qalmamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır. Düşməni hər zaman nəzarətdə saxlamaq lazımdır. Çünki zəif olsa belə, nə zamansa güclənə bilər.

İlham İsmayılov
“Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri

newscenter.az

VIDEO
<br><br><b>LAFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə</b>
 
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Apr.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo