Axtarış: 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
+  -  Çap 
Yerləşdirilib: 14.04.26 | Baxılıb: 2
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Bu günlərdə Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıb və bununla bağlı cinayət işi açılıb. Məlum olmuşdur ki, qraffiti tipli təsvirləri çəkənlər gənclərdir.

Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov bu cür halların baş verməsini qətiyyətlə pisləyib. ATXƏM sədri hesab edir ki, gənclərimizin bu cür hərəkətlərə yol verilməməsinin kökündə bir sıra amillər dayanır:

"İlk növbədə bu hərəkət onu göstərir ki, gənclərimizin tərbiyəsində hələ də müəyyən boşluqlar var. Bu boşluqlar həm ailədən, həm məktəbdən, həm də ətraf mühitdən qaynaqlanır. Gənclərimizin vətənpərvər, milli dəyərlərə hörmət hissində böyüməsi, tərbiyə olunması üçün ailə ilə yanaşı məktəbin də rolu mühümdür. Digər tərəfdən gənclərimizin bu cür arzuedilməz hərəkətlərə yol verməsi onların sosial şəbəkə imkanlarından düzgün istifadə etməməsinin göstəricisidir. Avropada, Qərbdə də əslində bu kimi hərəkətlər normal qəbul edilmir. Yaxud, gənclərə bu cür qrafitti çəkmək üçün xüsusi yerlər ayrılır. Ancaq orada da tarixi-mədəni abidələrə qarşı bu cür hərəkətlərə yol vermək doğru hesab edilmir və belə hallara qarşı cərimələr müəyyən edilir. Bizim də milli-mənəvi dəyərlərimiz var və onlara hörmət etmək hər bir vətəndaşın borcudur".

İlham İsmayılov deyib ki, gənclərimizin bu cür hərəkətlərə maraq göstərməsi bizi çox narahat edir:

"Xalqımızın gələcəyi gənc nəslin necə formalaşmasından asılıdır. Gənc nəsli düzgün tərbiyə etmək və onların milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalarını təmin etmək çox önəmlidir. Gənclərimizin ictimai proseslərə daha çox cəlb edilməsi də onların düzgün formalaşmalarında mühüm rol oynayır. Bu gün gənclərimizin formalaşmasına informasiya texnologiyalarının geniş yayılması da təsir edir. Xalqımız zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə malikdir. Belə bir dövrdə əsas məqsəd milli kimliyimizi, milli dəyərlərimizi qoruyub saxlamaq, onu gənclərə aşılayan mühit yaratmaqdır".

ATXƏM sədri hesab edir ki, bu gün Bakının küçələrində divarlara, harda gəldi və necə gəldi qraffitinin çəkilməsi qətiyyən düzgün deyil:

"Belə ki, bu göz qabağındadır, hamı bunu görür və əxlaqı nöqteyi-nəzərindən neqativ təsir göstərir. Digər tərəfdən həmin qrafitti tarixi mədəni abidələrimiz üzərində çəkilir ki, bu da gənclərin tarixi-mədəni abidələrə hörmətsizliyinin, biganə münasibətinin göstəricisidir. Bunu edən şəxslər öz ailəsində aldığı tərbiyəni nümayiş etdirirlər. Belə hərəkətlər yolverilməzdir.

Biz də eyni zamanda Vətəndaş Cəmiyyətinin nümayəndələri olaraq şəhərimizin gözəlliyinin bü cür korlanmasının, gənclərimizin tərbiyəsinə neqativ təsir göstərən belə hərəkətlərin baş verməsinin qarşısını almaq istiqamətində fəal olmalıyıq. Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik".

Süleyman

VIDEO
<br><br><b>LAFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə</b>
 
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Apr.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo