Axtarış: 
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu - 26 may 2026-cı il
+  -  Çap 
Yerləşdirilib: 18.05.26 | Baxılıb: 127
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Mayın 16-da Bakıda AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilmişdir.



Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstan QHT-lərinin nümayəndələri iştirak etmişlər.

Forumun açılış mərasimində QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov qonaqları salamlayaraq qeyd etdi ki, Türk birliyinin artan gücü, Türk Dünyasının yüksəlişi ortaq soya, tarixə, dilə, mədəniyyətə, ənənələrə sahib olan Türk xaqlarının qarşısında böyük imkanlar açır. F.Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türk dünyasının gücləndirilməsi istiqamətində türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının xüsusi tarixi əhəmiyyətini vurğuladı.

Forum çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Qırğızıstan, Azərbaycan–Türkmənistan və Azərbaycan–Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumları təşkil olunmuşdur.

Azərbaycan–Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumu panelində moderator, Azərbaycalıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov çıxış edərək qeyd etdi ki, 2009-cu ildə Türk Dövlətləri Təşkilatının yaranmasından iki il öncə bizim təşkilatımız Türk xalqları arasında əməkdaşlıq, həmrəylik yaranması yönündə fəaliyyət göstərirdi. Yəni biz ictimai təşəbbüs kimi, bir sosial mesaj kimi bu addımı atdıq.

Bu gün Qarabağ problemi həll olunsa da, növbəti mərhələdə qarşımızda duran problemlərdən biri Şimali Kiprin beynəlxalq hüquq müstəvisində hüquqlarının tanınmasıdır. Rəqəmsal transformasiya müasir dövrümüzün əsas inkişaf istiqamətlərindən biridir. Bu proses qeyri-hökumət təşkilatlarının fəaliyyətinə də ciddi təsir göstərir və yeni əməkdaşlıq imkanları yaradır. Rəqəmsal platformalar vasitəsilə QHT-lər daha geniş auditoriyaya çıxa bilir, beynəlxalq tərəfdaşlarla əlaqələri gücləndirir və layihələrin idarə olunmasını daha səmərəli həyata keçirirlər.

Tam zamanıdır ki, yavru vətən dediyimiz Kuzey Kipr sonucda böyüyüb tam hüquqlu bir tərəfdaş kimi TDT-yə qoşulsun.

Daha sonra “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək qeyd etdi ki, Azərbaycanın və Şimali Kipr Türkiyə Cümhuriyyətinin uzun illər sürən dostluğunun daha da möhkəmləndirilməsi, QHT-lər arasında sıx əməkdaşlığın yaranması və gələcəkdə ŞKTC-nin TDT-nin üzvü olaraq beynəlxalq aləmdə özünəməxsus yer tutması bu gün qarşımızda duran ən önəmli vəzifələrdəndir.

Şimali Kipr Tanıtım Platformunun sədri Okyay Sadıkoğlu çıxış edərək qeyd etdi ki, bu gün biz təkcə şəhərlərimizin gələcəyini deyil, həm də türk dünyasının ortaq gələcəyini müzakirə edirik. Şimali Kipr Təşviq Platforması mədəni diplomatiya, media işi, turizmin təşviqi, sosial həmrəylik və türk dünyası ilə əlaqələrin inkişafı sahələrində fəal şəkildə fəaliyyət göstərir. Biz inanırıq ki, davamlı inkişaf təkcə iqtisadi artımla deyil, həm də mədəni kimliyin qorunması, ətraf mühitin qorunması və şəhərlərin ruhunun gələcək nəsillərə ötürülməsi ilə mümkündür. Tarixi şəhərlərin qorunması, yerli istehsalın dəstəklənməsi, ekoloji cəhətdən təmiz şəhərsalma siyasəti, təbii ərazilərin qorunması və yerli əhalinin inkişaf prosesində fəal iştirakı artıq seçim deyil, zərurətdir. Bu baxımdan vətəndaş cəmiyyəti təşkilatlarının rolu son dərəcə vacibdir. Bu gün Bakı müasir şəhərsalma ilə tarixi irsi uğurla birləşdirən bir şəhərin bariz nümunəsidir.

Kıbrıs Türk Sahibkar Qadınlar Dərnəyinin üzvü Gülnur Sadıkoğlu çıxış edərək bildirdi ki, Kipr Türk Sahibkar Qadınlar Assosiasiyası olaraq, illərdir qadınları iqtisadi və sosial həyatda daha çox görünən etmək üçün çalışırıq. Qadınların sadəcə təhsil alması kifayət deyil. Onların istehsalı iqtisadi dəyərə çevrilməlidir. Biz inanırıq ki, qadın səlahiyyətləndirilirsə, ailə də dəyişir. Ailə dəyişirsə, cəmiyyət də dəyişir. Cəmiyyət dəyişirsə, gələcək yenidən formalaşır. Burada qadınlar yalnız istehsal etmirlər, onlar liderliyi öyrənirlər, qərar qəbuletmə proseslərində iştirak edirlər və bir-birlərini dəstəkləyirlər. Bu gün gənclər üçün xüsusi məkanlar yaradırıq. Türk dünyasında qadınların və gənclərin ortaq bir vizyon ətrafında bir araya gəlməsi böyük güc yaradacaq.

Daha sonra Şəhid və Qazi Ailələri Dərnəyinin rəhbəri Buba Barış çıxış edərək Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi, sosial-humanitar layihələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etdi.

Çıxışlardan sonra forum iştirakçıları mövzu ətrafında maraqlı müzakirələr apararaq öz fikirlərini söylədilər.

Belə forumların keçirilməsi Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə və koordinasiyalı fəaliyyətinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Forum çərçivəsində keçirilən bədii hissədə rəqs ansamblı türk dövlətlərinin milli rəqslərini ifa etmişdir.







ATXƏM İB-nin
Mətbuat Xidməti

VIDEO
Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumundan bəzi anlar  videoçarxda - 16 may, 2026-cı il
 
 Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu - 26 may 2026-cı il
 
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« İyun.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ěě
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo