Axtarış: 
Kiyev-Bakı əməkdaşlığı, mövcud durum və perspektiv imkanlar - 27.04.2026
+  -  Çap 
Yerləşdirilib: 07.09.26 | Baxılıb: 6
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Dərin tarixi köklərə malik olan Ukrayna-Azərbaycan münasibətləri müstəqillik illərindən sonra daha da inkişaf edərək özünün yeni dövrünə qədəm qoyub. Hər iki ölkənin siyasi rəhbərlikləri arasında müxtəlif dövrlərdə mövcud olan möhkəm siyasi əlaqələr, eyni zamanda dostluq münasibətləri Kiyevlə Bakını ən yaxın tərəfdaşa çevirib. 2008 və 2011-ci illərdə Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlığa dair sənədlərin imzalanması bunun təsdiqidir.

Günümüzdə də Bakı ilə Kiyev arasında yüksəksəviyyəli əməkdaşlıq mövcuddur. Hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr hər ötən gün bir qədər də inkişaf edir və perspektivdə yeni-yeni imkanlar açır. Aprelin 25-də Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri də ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Bu səfəri Ukrayna ilə Azərbaycan arasında münasibətlərin inkişafında yeni mərhələ kimi qiymətləndirmək mümkündür.

Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri təkcə siyasi deyil, eyni zamanda iqtisadi, ticari, hətta müdafiə və təhlükəsizlik baxımından da əhəmiyyətlidir.

Həm Azərbaycan, həm də Ukrayna ərazi bütövlüyü məsələsində həssas mövqeyə malikdir. Bu səbəbdən tərəflər beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeləri daha koordinasiyalı şəkildə müdafiə etmək niyyətindədirlər.

Qeyd etdiyimiz kimi səfərin əsas diqqət çəkən məqamı təhlükəsizlik və müdafiə sahəsi oldu. Hər iki ölkənin hərbi-sənaye kompleksi müəyyən inkişaf səviyyəsinə malikdir. Ukrayna xüsusilə sovet dövründən qalma mühəndislik və texnoloji bazaya sahibdir, Azərbaycan isə son illərdə müdafiə sənayesinə ciddi investisiyalar yatırıb. Bu sahədə əməkdaşlıq həm Bakı, həm də Kiyev üçün faydalıdır.

Müharibədən söz düşmüşkən, Kiyev üzləşdiyi müharibənin tezliklə sona çatmasını arzulayır. Bu mənada Ukraynanın Azərbaycandan gözləntiləri də yox deyil. Daha dəqiq desək Kiyev Azərbaycan dövləti və onun rəhbərliyinin sülh təşəbbüsləri, qlobal və regional aspektdə sülhyaratma missiyasının, vasitəçilik imkanlarının üzləşdiyi müharibədə də sınaqdan çıxarılması tərəfdarıdır. Daha dəqiq desək Ukrayna Rusiya ilə münaqişənin danışıqlar yolu ilə həlli məqsədilə qarşı tərəflə görüşün Azərbaycanda keçirilməsini istəyir. Bunu Zelenski azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi görüşdə açıq şəkildə ifadə etdi.

İki ölkə arasında iqtisadi-ticari, mədəni-sosial, humanitar sahələrdə əməkdaşlıq da mühüm yer tutur. Təhsil, mədəniyyət və elm sahələrində əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanı daha da gücləndirir. Ukraynada yaşayan azərbaycanlılar, bu ölkədə fəaliyyət göstərən diasporumuz, eləcə də Azərbaycandakı ukraynalı icma da bu münasibətlərin inkişafında mühüm rol oynayır. Biz də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) olaraq Kiyevlə Bakı arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərimizi əsirgəməmişik. ATXƏM-in yarandığı gündən əsas ana xəttini Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi təşkil etsə də, eyni zamanda digər ölkələrlə də əməkdaşlıq diqqətdən kənarda qalmayıb. Bu mənada təşkilat olaraq Ukraynada da ötən illlər ərzində bir sıra tədbirlər keçirmişik.

2010-cu ilin dekabr ayında Kiyev şəhərində keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik günü tədbirlərində iştirak etmişik. Səfər çərçivəsində Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspora nümayəndələri ilə bir sıra görüşlər keçirmişik, ATXƏM-lə bu ölkədə fəaliyyət göstərən diaspora təşkilatlarının birgə əməkdaşlıq məsələlərini müzakirə etmişik. Bu əməkdaşlığın nəticəsi olaraq Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları vaxtaşırı ATXƏM-i ziyarət etmiş, əməkdaşlıq andlaşmasına uyğun olaraq gələcək birgə əməkdaşlıq məsələlərini müzakirə etmişlər. ATXƏM-in Ukrayna ilə əlaqələrinin genişlənməsi yalnız Azərbaycan diaspora təşkilatları ilə məhdudlaşmır. ATXƏM bu ölkədə Azərbaycan maraqlarının müdafiə olunmasında yerli icra strukturları ilə də əməkdaşlıqda maraqlıdır. Məhz bu əməkdaşlığın nəticəsidir ki, Kiyev şəhər elm və təhsil baş idarəsinin rəisi Vera Qoryunova Azərbaycana etdiyi rəsmi səfəri zamanı ATXƏM-in də qonağı olmuş, Ukrayna-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində QHT-lərin müstəsna rolunun olduğunu bildirmişdir.

Qeyd edək ki, ATXƏM-in rəsmi olaraq Türkiyə və Özbəkstanla yanaşı Ukraynada da nümayəndəliyi fəaliyyət göstərir. Ukraynada yaşayan krım tatarları Kiyevin Türk dünyası ilə əlaqələrinin genişlənməsində mühüm baza rolunu oynayır. Ukrayna nümayəndəliyinin rəhbəri Kiyev-Mohıla Akademiyası Milli Universitetinin genel dil bölümü kafedrasının müəllimi, Şərqşünaslıq Mərkəzi Türkoloji Araşdırmalar bölümü başkanı doç.dr. Fərhad Turanlı bu əlaqələrin yaradılmasında böyük əmək sərf etməkdədir.

Bundan başqa 2021-ci ildə Kiyevdə Avropa Azərbaycanlılar Konqresinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ilə birgə "Ərazi bütövlüyü sabitlik və təhlükəsizliyin əsasıdır" mövzusunda beynəlxalq tədbir keçirildi ki, həmin tədbirdə də ATXƏM olaraq yaxından iştirak etdik. Elə Rusiyanın Ukraynaya təcavüzü zamanı buna ilk etiraz edən vətəndaş cəımiyyəti sırasında ATXƏM öndə olub və bu təcavüzü qətiyyətlə pisləyib.

Göründüyü kimi, vətəndaş cəmiyyəti institutları olaraq biz də Ukrayna ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində üzərimizə düşən məsuliyyəti hiss edir və bu istiqamətdə zaman-zaman müxtəlif layihələr həyata keçiririk. Hesab edirəm ki, Ukrayna prezidentinin Azərbaycana səfəri bu istiqamətdə də bir dinamizmin müşahidə edilməsinə gətirib çıxaracaq və daha məhsuldar fəaliyyət ortaya qoyulacaq.

İlham İsmayılov
ATXƏM sədri

newscenter.az

VIDEO
WUF13 Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin təqdimatı baxımından əhəmiyyətli idi - 24.05.2026
 
Heydər Əliyevin türk dünyasının inteqrasiyasında əvəzsiz xidmətləri - 09.05.2026
 
Türkçülük Günü Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb edir - 01.05.2026
 
Kiyev-Bakı əməkdaşlığı, mövcud durum və perspektiv imkanlar - 27.04.2026
 
Rusiyanın təzminat ödəmək qərarı ədalətin bərpasıdır - 16.04.2026
 
Qarabağ və Şərqi Zəngəzurun inkişafının Azərbaycan dövlətinin əsas prioritetidir - 10.05.2026
 
LAFTV- ŞOK faktlar dedi: Rüşvət alanlara vəzifə verilir! -10.04.2026
 
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo