Axtarış: 
Heydər Əliyevin türk dünyasının inteqrasiyasında əvəzsiz xidmətləri - 09.05.2026
+  -  Çap 
Yerləşdirilib: 07.09.26 | Baxılıb: 1
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Anadan olmasının 103-cü ildönümü ərəfəsində tarixə qısa nəzər yetirsək görərik ki, Ümummilli liderin fəaliyyəti yalnız Azərbaycan dövlətinin inkişafı, çiçəklənməsi, onun dünyada layiqli yer tutması ilə kifayətlənmirdi.

Onun fəaliyyəti çoxşaxəli idi. Bu baxımdan Umummilli Liderin türk dünyasının inteqrasiyası istiqamətindəki atmış olduğu mühüm tarixi addımları xüsusi qeyd etmək lazımdır. Keçən əsrin 70-80-cı illərinə nəzər yetirdikdə aydın olur ki, hələ sovetlərin zamanında, pantürkizmin geniş yayıldığı, türkofobiya streotipinin mövud olduğu zamanda belə Heydər Əliyev türk dünyasının inteqrasiyası istiqamətində cəsarətli addımlar atıb. Sovetlərin zamanında Azərbaycana rəhbərlik edən Ulu Öndərin Orta Asiya respublikaları ilə Azərbaycan zəhmətkeşləri, pambıqçılarının təcrübə mübadiləsi məqsədilə səfərlərinin təşkil edilməsi, məhsul bayramlarının keçirilməsinin dərin qatında əslində türk dünyasının inteqrasiyası istiqamətində atılan ilkin addımlar dururdu. Bu cür səfərlər, təcrübə mübadilələri ilə əslində Ulu Öndər türk xalqlarını mədəni, humanitar sahələrdə bir-birinə yaxınlaşdırır, onlar arasında bağları daha da möhkəmləndirirdi.

1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə regionda yeni əməkdaşlıq imkanları yarandı. Bu dövrdə Azərbaycan digər türkdilli dövlətlərlə münasibətlərin qurulmasına xüsusi önəm verirdi. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşləri bu prosesin müasir dövrdə, müstəqillik illərində yeni bir başlanğıcı idi. Hər zaman türk dünyasının birlik və bərabərliyi istiqamətində çalışan Ulu Öndər yeni dövrün tələblərinə uyğun olaraq türkdilli ölkələrin dövlət başçıları səviyyəsində keçirilən zirvə görüşlərində fəal iştirak edir, birlik və bərabərlik istiqamətində yeni-yeni təşəbbüslərlə çıxış edirdi. Bu çərçivədə qəbul olunan qərarlar siyasi əməkdaşlığın dərinləşdirilməsinə, ortaq mövqelərin formalaşmasına və qarşılıqlı dəstəyin gücləndirilməsinə xüsusilə təkan verdi. Məhz Heydər Əliyevin keçirilən zirvə görüşləri zamanı irəli sürdüyü təşəbbüslər və ortaya qoyduğu siyasi iradə nəticəsində türkdilli dövlətlər arasında gələcək institusional əməkdaşlıq üçün zəmin yaradıldı. Bu proses sonradan Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq qurumun formalaşmasına gətirib çıxardı.

Heydər Əliyev təkcə siyasi baxımdan deyil, eyni zamanda iqtisadi sahədə də türk dünyasının inteqrasiyasına dəyərli töhfə vermişdi. Ümummilli Liderin şah əsəri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri iqtisadi inteqrasiyanın addımlarından biri idi. Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edən kəmərlə Orta Asiya neftinin də dünya bazarına çıxarılması türk dünyasının iqtisadi inteqrasiyası istiqamətində atılan mühüm addım sayıla bilər. Məhz Ulu Öndər tərəfindən zamanında təməli məhkəm qoyulan bu istiqadi inteqrasiya sonradan özünü Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi regional, eyni zamanda qlobal əhəmiyyətli layihələri ilə davam etdirildi. Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük enerji layihələri türk coğrafiyasına daxil olan ölkələri bir-birinə bağlayan strateji körpülər rolunu oynadı.

Heydər Əliyev bütün dövrlərdə, həm sovetlərin zamanında, həm də müstəqillik illərində korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıb. Ulu Öndər deyirdi: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə". Bu mənada Ulu Öndər həm də sahibkarların, iş adamlarının hamisi idi. Müntəzəm olaraq iş adamlarını toplayar, onların problemləri ilə maraqlanar və həmin problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edərdi. Heydər Əliyev bilirdi ki, bu cür boşluqların qarşısını zamanında almasa, o daha ağır fəsadlar verə bilər.

İlham İsmayılov
ATXƏM sədri

newscenter.az

VIDEO
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
Türk dünyasının mədəni-humanitar inteqrasiyası üçün yol xəritəsi - 30.06.2026
 
Füzuli və Şuşadan verilən həmrəylik mesajları - 24.06.2026
 
Şuşa Bəyannaməsi: Türk dünyasının inteqrasiyasına töhfə verən tarixi sənəd - 12.06.2026
 
WUF13 Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin təqdimatı baxımından əhəmiyyətli idi - 24.05.2026
 
Heydər Əliyevin türk dünyasının inteqrasiyasında əvəzsiz xidmətləri - 09.05.2026
 
Türkçülük Günü Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb edir - 01.05.2026
 
Kiyev-Bakı əməkdaşlığı, mövcud durum və perspektiv imkanlar - 27.04.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo