Axtarış: 
Qarabağ və Şərqi Zəngəzurun inkişafının Azərbaycan dövlətinin əsas prioritetidir - 10.05.2026
+  -  Çap 
Yerləşdirilib: 07.09.26 | Baxılıb: 55
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Ali Baş Komandan, Cənab İlham Əliyevin əlamətdar tarixləri, ad günlərini işğaldan azad edilmiş ərazilərdə qeyd etməsi ənənə halını alıb. Bu ənənəyə sadiq qalan Cənab İlham Əliyev bu dəfə də 10 may tarixini, Ümummilli Liderin doğum gününü Zəngilanda, Böyük Qayıdış nəticəsində öz dogma yurdlarına qayıtmış sakinlərlə birgə keçirdi.

Cənab Prezidentin bu tarixdə Zəngilana səfər etməsi həm də bir rəmzi məna daşıyırdı. Məna isə ondan ibarət idi ki, İlham Əliyevin timsalında Ulu Öndər də Zəngilanda idi və orada aparılan quruculuq-abadlıq işlərindən dahi şəxsiyyətin ruhu şad idi. Bu səfər həm də Qarabağ və Şərqi Zəngəzurun inkişafının Azərbaycan dövlətinin, onun prezidentinin əsas prioritetlərindən biri olduğunu göstərirdi. Bu cür səfərlər milli birlik, qələbə ruhu və gələcəyə inam hisslərini daha da gücləndirir.

Səfər zamanı dövlət başçısının Zəngilanda bir neçə mühüm əhəmiyyətli obyektlərin açılışında iştirak etməsi həm də “Böyük Qayıdış” proqramının növbəti mərhələsinin də uğurla həyata keçirildiyinin göstəricisi idi Bu baxımdan Zəngilan xüsusi əhəmiyyətə və strateji mvqeyə malikdir.

Zəngilanın strateji mövqeyi ondan ibarətdir ki, Azərbaycanın cənub-qərbində yerləşən rayon həm Ermənistan, həm də İran ilə sərhədə malikdir. Bu coğrafi mövqe Zəngilanı regional nəqliyyat və logistika layihələrinin əsas mərkəzlərindən birinə çevirir. Xüsusilə Zəngəzur dəhlizi layihəsi kontekstində rayonun əhəmiyyəti daha da artır. Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya uzanan yol həm də Şimal-Cənub dəhlizi sayılır. Zəngilandan Ağbənd üzərindən İran və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə uzanmaqla beynəlxalq bir mərkəz rolunu oynayır. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin yaradılmasını nəzərdə tutur.

Prezidentin Zəngilan səfəri həm də Azərbaycanın qurucu, yaradıcı bir ölkə olduğunu dünyaya göstərir. Ermənistan dövləti istər işğal zamanı, istərsə də 44 günlük Vətən müharibəsində uzaqmənzilli raketlərlə dağıtdığı şəhərləri, kəndləri, mədəniyyət ocaqlarını Azərbaycan yenidən qurur, abadlaşdırır.

Zəngilan Azərbaycanın azad edilmiş ərazilərində tətbiq olunan yeni inkişaf modelinin əsas nümunələrindən biridir. Burada həyata keçirilən “ağıllı kənd” layihələri müasir texnologiyaların kənd təsərrüfatı, enerji təminatı və idarəetmə sistemlərinə inteqrasiyasını nəzərdə tutur.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə yenidən qurulur, abadlaşır, yeni görkəm alır. Birbaşa dövlət başçısının rəhbərliyi və nəzarəti altında həyata keçirilən bu kimi tədbirlər həm işin keyfiyyətini artırır, həm də Böyük Qayıdış çərçivəsində öz dogma yurdlarına qayıtmış vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradır.

İlham İsmayılov
ATXƏM sədri

newscenter.az

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo