Axtarış: 
Türk dünyasının mədəni-humanitar inteqrasiyası üçün yol xəritəsi - 30.06.2026
+  -  Çap 
Yerləşdirilib: 07.09.26 | Baxılıb: 72
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Tarixi proseslər, birlik və həmrəylik istiqamətində atılan addımlarda əsas aktor rolu oynayaraq önə çıxan Azərbaycan bu günlər yenidən Türk Dünyasını bir araya gətirib. Böyük Türk coğrafiyasının ürəyi yenə Bakıda döyünür desək yanılmarıq.

Bakı bu dəfə Türkoloji Qurultayın 100 illiyinə evsahibliyi edir. Qurultayın 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsi təkcə bir önəmli tarixin yubileyinin qeyd edilməsi, yaxud elm ictimaiyyətinin bir araya gələrək müzakirələr aparması üçün əhəmiyyətli deyil, bu həm də türk xalqlarının ortaq tarixi yaddaşı, mədəni irsi və gələcək inkişaf strategiyasının öyrənilməsi, onun tədqiqi və gələcək nəsillərə çatdırılması baxımından da önəmlidir. Qeyd etmək yerinə düşər ki, tam bir əsr əvvəl Bakıda keçirilən ilk Türkoloji Qurultay türk xalqlarının dil, tarix, ədəbiyyat və mədəniyyət sahəsində elmi əməkdaşlığının əsasını qoymuş, gələcək inkişaf perspektivləri və yol xəritəsini müəyyən etmişdi.

O dövr üçün bir yenilik olan Türkoloji Qurultayın ideoloji təməlində XIX əsrin sonu – XX əsrin əvvəllərində ümumtürk ictimai fikrinin görkəmli nümayəndələrinin irəli sürdüyü milli birlik ideyaları dayanırdı. Həmin mütəfəkkirlər arasında Əli bəy Hüseynzadənin xüsusi yeri vardır. Birinci Türkoloji Qurultayın iştirakçısı olan Əli bəy Hüseynzadənin bu Azərbaycana sonuncu səfəri olur.

Bu gün mədəni, humanitar, eləcə də siyasi və iqtisadi sahədə inteqrasiya yolunu tutmuş Türk dünyası bu coğrafiyanın böyük şəxsiyyəti İsmayıl Qaspiralının irəli sürdüyü "Dildə, fikirdə, işdə (əməldə) birlik" prinsipi ilə daha böyük hədəflərə doğru addımlayır. Bu ideya türk xalqlarının yalnız mənəvi deyil, həm də elmi, mədəni və ictimai inteqrasiyasının konseptual əsaslarından birinə çevrilib.

İsmayıl Qaspiralı türk xalqlarının gələcəyini parçalanmada deyil, həmrəylikdə görürdü. O, "Fikirdə birlik" dedikdə ortaq tarixi yaddaşın, milli-mənəvi dəyərlərin, dil və mədəniyyətin qorunmasını, "İşdə birlik"də elm, təhsil, iqtisadiyyat və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığı, "Əməldə birlik"də isə ortaq məqsədlərin konkret fəaliyyətlə həyata keçirilməsini nəzərdə tuturdu.

Onu da qeyd etmək yerinə düşər ki, ATXƏM də öz fəaliyyətində hər zaman dahi türk mütəfəkkirlərinin birlik, həmrəylik çağırışlarına əsaslanaraq Türk dünyasının işdə, fikirdə, əməldə birliyi istiqamətində addımlar atıb, yarandığı gündən təkcə Türk dünyasının siyasi deyil, eləcə də mədəni-humanitar birliyi, inteqrasiyasına yönəlik layihələr həyata keçirib. Bu sırada ATXƏM-in 2009-cu ildə məşhur qazax şairi Oljas Süleymanovla görüşünü, qırğız şairi Çingiz Aytmatovu Bakıya dəvət etməsi və Onun ATXƏM-in ofisinin açılışında iştirak etməsi, gənc nəsildə ortaq tariximiz, irsimiz, kimliyimiz barədə məlumat formalaşdırmaq məqsədilə böyük mütəfəkkir, alim, Azərbaycanın ictimai fikrində mühüm yeri olan Əli Bəy Hüseynzadənin yubileyinin keçirilməsinin təşkilatçısı və təşəbbüskarı olması, dahi mütəfəkkirə həsr olunmuş yazı müsabiqəsinin keçirilməsi ATXƏM-in bir təşkilat olaraq Türk dünyasının mədəni-humanitar inteqrasiyasına verdiyi töhfələrdəndir. Bu gün Türkoloji Qurultayın 100 illiyi ərəfəsində irəli sürülən təşəbbüslər, ideyalar, layihə və tədbriləri ATXƏM zaman-zaman öz fəaliyyətində gerçəkləşdirib, həyata keçirib. Zaman-zaman bizim keçirdiyimiz bu kimi tədbirlərdə ortaq türk dilinin vacibliyi ilə bağlı məsələlərin önə çıxması, onun zəruriliyinin vurğulanması fonunda bu gün həmin ideyalarının gerçəkliyə doğru istiqamət alması bizləri sevindirir, daha da qürurlandırır. Bu kimi ideyaların müəllifi olan vətəndaş cəmiyyəti nümayəndələrinin bu cür mühüm tədbirlərə qonaq qismində dəvət almaması da eyni dərəcədə məyusluq yaradır, təəssüf doğuraraq ruh düşkünlüyü yaradır.

Bütün bunları nəzərə alaraq sonda onu qeyd etmək yerinə düşər ki, Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsi Türk dünyasının mədəni, dil və tarix baxımından inteqrasiyası baxımından həm də gələcək üçün bir yol xəritəsidir.

İlham İsmayılov,
ATXƏM sədri

newscenter.az

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo