Axtarış: 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
+  -  Çap 
Yerləşdirilib: 14.09.26 | Baxılıb: 4
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Bu bir reallıqdır ki, günümüzdə informasiya-kommunikasiya texnologiyaları həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib, onun sürətli inkişafı cəmiyyətlər və dövlətlər üçün yeniliklər gətirib.

Xüsusilə, internet və sosial media platformalarının 7-dən 77-yə hər kəs üçün gündəlik əlçatanlılığı təmin edilib. Zaman keçdikcə, bu sahədə inkişaf dinamikası müşahidə edildikcə onun yaratdığı təhlükələr, meydana çıxardığı problemlər aydın şəkildə görünməyə başlayır. Xüsusilə, uşaqlar və yeniyetmələrin sosial media platformalarından səmərəli şəkildə istifadə etməməsi nəticəsində onun mənfi təsirlərini görürük. Bu mənada Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklikləri təsdiq etməsi uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addımlardan biridir.

Məlumdur ki, bu gün uşaqlar yaşlarından asılı olmayaraq müxtəlif rəqəmsal platformalar vasitəsilə məlumat əldə edir, ünsiyyət qurur və əylənirlər. Lakin həmin platformalarda zorakılıq, kibertəhdidlər, dezinformasiya, pornoqrafik materiallar, qumar oyunlarının təbliği, narkotik vasitələrin təşviqi, nifrət nitqi və digər zərərli məzmunların yayılması onların fiziki, psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə bilər.

Məhz buna görə də Azərbaycan Respublikasında "Uşaqların zərərli informasiyalardan qorunması haqqında" qanunun təkmilləşdirilməsi və Prezident tərəfindən təsdiq edilən dəyişikliklər müasir dövrün tələblərinə cavab verən mühüm hüquqi addım hesab olunur. Bu dəyişikliklər uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə, rəqəmsal təhlükəsizliyin təmin edilməsinə və informasiya mühitinin sağlamlaşdırılmasına xidmət edir.

İstənilən istiqamətdə tətbiq edilən dəyişikliklərin icrasına nail olmaq və istədiyimiz nəticəni əldə üçün yalnız adminstrativ metodlar, cərimələr kifayət etmir. Bu məsələdə maarifləndirmə, məlumatlandırma da xüsusi önəm kəsb edir. Uşaqları sosial media platformalarında zərərli informasiyalardan qorumaq, cərimələnmə prosesinin qarşısını almaq üçün həyata keçirilən maarifləndirmə prosesində xüsusilə ailə və məktəbin üzərinə böyük məsuliyyət və yük düşür. Düzdür, 16 yaşlı gənc və yeniyetmə hansısa bir tətbiqə daxil olanda onun zərərli və zərərsiz olduğunu valideyndən, yaxud müəllimdən soruşmur. Ancaq həm ailə, həm də məktəb uşaq və yeniyetmələr arasında ciddi şəkildə maarifləndirmə həyata keçirsə nəticəyə hesablanmış addımlarımız daha uğurlu olar. Bir sözlə zamanında atılan addım, uşaqla aparılan iş nə onun zərərli informasiyalar çirkabında boğulmasına, bunun da psixoloji durumunun pozulmasına, nə də cərimələrin yazılmasına imkan yaradar.

Ancaq istər-istəməz müəyyən suallar da yaranır ki, həmin suallardan biri də ondan ibarətdir: Uşaq və yeniyetmənin sosial şəbəkədə hansı zərərli informasiyalara keçid etdiyi necə müəyyən olunacaq? Hesab edirəm ki, bu kimi suallara vətəndaş cəmiyyəti nümayəndələri, bu sahənin mütəxəssisləri, sosial platformaların Azərbaycandakı təmsilçiləri ilə keçirilən ictimai müzakirələr, televiziya, mətbuatda məlumat xarakterli bilgilər paylaşmaqla cavab tapmaq mümkündür. Yalnız cərimələrin tətbiq edilməsi ilə bunun qarşısını almaq istənilən effekti verməyə bilər. Avtoxuliqanlıq edən sürücülərə qarşı da cərimələr tətbiq olunur, ancaq qarşılaşdığımız mənzərə ondan ibarətdir ki, avtoxuliqanlıq halları hələ də davam edir. Ona görə də ilk növbədə uşaq və yeniyetmələrin sosial şəbəkələrdə zərərli vərdişlərdən istifadə etdiyini necə müəyyənləşdiriləcəyinin mexanizmi tapılmalıdır.

Ən əsası ondan ibarətdir ki, qanunun uğurlu tətbiqi üçün aidiyyəti dövlət qurumları, hüquq-mühafizə orqanları, təhsil müəssisələri, vətəndaş cəmiyyəti təşkilatları sıx əməkdaşlıq şəklində işləməlidir. Beləliklə, qurulan koordinasiyalı iş və qanunun effektiv tətbiqi nəticəsində uşaqların psixoloji və mənəvi sağlamlığı daha etibarlı qorunacaq, kiberzorakılıq və internet üzərindən edilən hüquq pozuntularının sayı azalacaq, valideynlərin rəqəmsal nəzarət imkanları genişlənəcək, rəqəmsal platformaların sosial məsuliyyəti artacaq və.s.

İlham İsmayılov,
ATXƏM sədri

newscenter.az

VIDEO
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
Türk dünyasının mədəni-humanitar inteqrasiyası üçün yol xəritəsi - 30.06.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo