Axtarış: 
"Ahiska Türkləri - İtirilmiş Sürgünün İzində" mövzusunda sərginin açılışı - 21.08.2026
+  -  Çap 
Yerləşdirilib: 14.09.26 | Baxılıb: 12
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Bu gün Milli Azərbaycan Tarixi muzeyində Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin əməkdaşlığı çərçivəsində "Ahiska Türkləri - İtirilmiş Sürgünün İzində" mövzusunda sərginin açılışı olmuşdur.

Sərgi 1944-cü ildə Ahıska türklərinin doğma torpaqlarından sürgün edilməsinin tarixinə və buraxdığı izlərə həsr olunub. Açılış mərasiminə dövlət nümayəndələri, ictimai xadimlər, QHT rəhbərləri dəvət olunmuşdur.

O cümlədən, Türk Dünyası Araşdırmalar Vakfının Azərbaycan təmsilçisi Yusif Ziya Dəmirçi, ATXƏM İB-nin sədri İlham İsmayılov, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İB-nin sədri Şəmistan Əlizamanlı və digərləri tədbirdə iştirak etmişlər.

Sərgidə Ahıska türklərinin həyat hekayələri, sürgün illərinin xatirələri və ana vətənə qayıdış arzusu əsas mövzu olaraq irəli sürülmüşdür. Açılış mərasimində Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgün və Dünya Ahiskalı Türklər Birliyinin Ümumi Sədri Ziyatdin Kassanov çıxış edərək, Ahıska türkləri ilə bağlı tarixi yaddaşın qorunmasının əhəmiyyətini, Azərbaycan və Türkiyənin Ahıska türklərinə göstərdiyi diqqət və dəstəyi, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini xüsusilə qeyd etmişlər.

İ.İsmayılov uzun illər əvvəl ATXƏM-in qonağı olmuş, Dünya Ahiskalı Türklər Birliyinin Ümumi Sədri Ziyatdin Kassanovla səmimi söhbət edərək, gələcəkdə Türkdilli xalqlar arasında, o cümlədən Ahiska Türkləri ilə əlaqələrin daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.





ATXƏM İB-nin
Mətbuat Xidməti

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo